24 Dekabr 2025 11:46
138
CƏMİYYƏT
A- A+
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib  

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib  

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahını ziyarət edib və Baş katib səfir Ramil Həsənlə görüşüb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Baş katib Ramil Həsən Bakıda yenidən görüşmək fürsətindən məmnunluğunu bildirib. Bundan əvvəlki görüşün Türkiyədə baş tutduğunu xatırladan Baş katib konstruktiv dialoqun davam etdirilməsinin institusional əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən müsbət addım olduğunu vurğulayıb.

Baş katibin vəzifələrinin icrasına başlamasından sonra baş tutan bu ziyarətdə ticarət naziri Ömer Bolat, ailə və sosial xidmətlər naziri xanım Mahinur Özdemir Göktaş, Türkiyə Böyük Millət Məclisinin üzvləri, diplomatik nümayəndəliklər və yüksəkvəzifəli rəsmilərin də daxil olduğu heyət iştirak edib.

Ziyarət çərçivəsində Vitse-prezident Cevdet Yılmaz və Ramil Həsən arasında ikitərəfli görüş baş tutub. Baş katib Vitse-prezidentə səlahiyyətlərinin icrasına başladıqdan sonra həyata keçirilən fəaliyyətlər barədə məlumat verib, üzv dövlətlərin Xarici İşlər nazirlikləri ilə qurulmuş güclü və institusionallaşdırılmış əlaqələri vurğulayıb. O, daha sonra TÜRKPA-nın türk dövlətlərinin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat verib. Bu kontekstdə, Baş katib ATƏT Parlament Assambleyasının 23-cü Payız Sessiyası çərçivəsində keçirilən milli nümayəndə heyətlərinin koordinasiya görüşünə xüsusilə diqqət çəkib.

Daha sonra Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə nümayəndə heyəti ilə birgə görüş keçirilib. Görüş zamanı Baş katib iştirakçılara dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin uğurlu təcrübəsinə əsaslanaraq parlament sədrlərinin illik qeyri-rəsmi görüşlərinin keçirilməsi təşəbbüsü barədə məlumat verib. O, həmçinin Türk Dövlətləri Təşkilatında olduğu kimi, TÜRKPA-da da fəaliyyətdə olan sədrliyin rotasiya əsasında dövr etdiyini və hazırda Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovun Assambleyanın Fəaliyyətdə olan sədri olduğunu qeyd edib. Bununla yanaşı, Baş katib TÜRKPA Parlament sədrlərinin ilk qeyri-rəsmi görüşünün 2026-cı ilin aprel ayında İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun ev sahibliyi ilə təşkil edilməsinin planlaşdırıldığını qeyd edib.

Baş katib Ramil Həsən nümayəndə heyətini Macarıstan və Özbəkistana son səfərləri barədə də məlumatlandıraraq Özbəkistan Ali Məclisinin TÜRKPA-ya üzvlüyü istiqamətində göstərdiyi dəstəyə görə Vitse-prezident Cevdet Yılmaza minnətdarlığını ifadə edib.

Vitse-prezident Cevdet Yılmaz çıxışında Türk Dövlətləri Təşkilatının davamlı şəkildə inkişaf etdiyini vurğulayıb və TÜRKPA daxilində təmsil olunan parlamentlərin legitimlik və təmsilçilik baxımından ən inklüziv struktur təşkil etdiyini qeyd edib. O, TÜRKPA-nın regional inteqrasiya və əməkdaşlığa əhəmiyyətli töhfə verdiyini qeyd edərək bu günə qədər TÜRKPA-da xidmət etmiş şəxslərə təşəkkürünü bildirib və Ramil Həsənin səlahiyyət müddətinin onun peşəkarlığı və təcrübəsi sayəsində Assambleya üçün fərqli və dinamik mərhələ olacağına əminliyini ifadə edib.

Vitse-prezident Cevdet Yılmaz Baş katib Ramil Həsəni Xarici İşlər nazirlikləri ilə əməkdaşlığın gücləndirilməsi, Özbəkistanın üzvlüyü istiqamətində atılan addımlar və Şimali Kipr Türk Respublikası ilə qurulan sıx əlaqələr münasibətilə təbrik edib. O, həmçinin TÜRKPA parlament sədrlərinin planlaşdırılan qeyri-rəsmi görüşünün də faydalı olacağını da qeyd edib.

Ziyarət proqramı çərçivəsində Cevdet Yılmazın əlamətdar ziyarətinin xatirəsinə Katibliyin daxili həyətyanı sahəsində zeytun ağacı əkilib.

Görüşdə TÜRKPA Beynəlxalq Katibliyindən Baş katibin müavinləri Talgat Aduov, Sakı Sadıkov və Muhammet Alper Hayali, həmçinin komissiya katibləri Aynurə Abutalıbova, Bauırjan Datkayev, Aygerim Taalaybekova və Kadir Yaman iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallı daha 450 ağac yaşıllaşdı 

16:47
24 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb  

16:33
24 Dekabr

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən  

16:32
24 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

16:31
24 Dekabr

Zelenski ilk dəfə olaraq 20 maddəlik sülh planının məzmununu açıqlayıb  

16:29
24 Dekabr

Almaniyadan “S.A.T. GmbH Security and Transport” korporasiyasının icraçı direktoru Konrad Szorqdan  

16:28
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:27
24 Dekabr

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən 26-sı gündüzədək hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ  

16:26
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:09
24 Dekabr

Çexiyada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevdən  

16:08
24 Dekabr

“Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfrans keçirilib  

15:59
24 Dekabr

Viktor Orban gələn il Avropada müharibənin başlayacağını istisna etməyib  

15:49
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNİB  

15:43
24 Dekabr

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib  

15:40
24 Dekabr

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan  

15:40
24 Dekabr

Portuqaliyada yaşayan Azərbaycan icmasının koordinatoru Milana Seyidzadədən  

15:39
24 Dekabr

Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır  

14:56
24 Dekabr

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:56
24 Dekabr

Sos kəndində daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB  

14:55
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:49
24 Dekabr

Neftçalada aztəminatlı ailələrin övladları üçün bayram aksiyası təşkil olunub  

14:48
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!