19 İyun 2025 17:28
539
İQTİSADİYYAT
A- A+
Türkiyənin 18 vilayətinin ixrac həcmi 1 milyard dolları keçib

Türkiyənin 18 vilayətinin ixrac həcmi 1 milyard dolları keçib


Bu ilin yanvar-may aylarında Türkiyənin 18 vilayətindən ixracın həcmi 1 milyard dollar həddini keçib. Eyni zamanda, ölkənin ümumilikdə 46 vilayətindən xaricə məhsul tədarükündə artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin 2025-ci ilin ilk 5 ayı üzrə iyunun 19-da dərc etdiyi statistik məlumatda deyilir.

Ticarət Nazirliyinin məlumatına görə, təkcə 2025-ci ilin may ayında xaricə 5 milyard 212 milyon ABŞ dolları dəyərində məhsul göndərən İstanbul Türkiyənin vilayətləri arasında ixrac həcminə görə lider olaraq qalır.

İlk üçlüyə Kocaeli (3 milyard 403 milyon dollar) və İzmir (2 milyard 124 milyon dollar) vilayətləri də daxildir.

Bu arada, Türkiyə İxracatçılar Birliyinin rəhbəri Mustafa Gültepe bildirib ki, İran və İsrail arasında gərginliyin artması ilə bağlı regiondakı eskalasiya fonunda türkiyəli ixracatçılar məhsul tədarükü üçün İran marşrutuna alternativ axtarmağa başlayıblar.

O əlavə edib ki, bu ilin ilk 5 ayında Türkiyənin İrana ixracının həcmi 8 faiz azalaraq 1,2 milyard dollar olub. “İran Türkiyə üçün tarixi əhəmiyyətli ticarət tərəfdaşıdır, lakin ixracatçılar da riskləri minimuma endirməlidir”, - deyə Gültepe bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqlayıb  

11:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər

11:26
27 İyun

Aktauda yeni konteyner habı Xəzər üzərindən Çin-Avropa marşrutunu gücəndirəcək

11:19
27 İyun

Konqoda Ebola virusuna yoluxma sayı 1203-ə çatıb

11:03
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

11:02
27 İyun

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

10:59
27 İyun

SEPAH regiondakı ABŞ hədəflərinə zərbələr endirib

10:57
27 İyun

Hava şəraiti qeyri-sabit keçir: ən çox yağıntı Sarıbaşa düşüb – Faktiki hava

10:39
27 İyun

Misir ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb  

10:39
27 İyun

Dünya çempionatı: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada başa vurub

10:17
27 İyun

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq

10:09
27 İyun

DÇ-2026: İspaniya qrup lideri kimi pley-offa yüksəlib

10:01
27 İyun

Kabo-Verde dünya çempionatında tarix yazıb

09:34
27 İyun

Avropada müşahidə olunan ekstremal istilər festival və konsert təşkilatçılarının planlarını dəyişir  

09:19
27 İyun

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatıb

08:52
27 İyun

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!