16 Aprel 2024 17:51
275
DÜNYA
A- A+

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

 

Gürcüstanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) milli müdafiə komitəsinin sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə naziri İrakli Çikovani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

İrakli Çikovani Gürcüstan və Türkiyə arasında səmərəli əməkdaşlığın regional sülh və sabitlik üçün əsas şərt olduğunu vurğulanıb. Bu kontekstdə strateji əməkdaşlığın önəmi xüsusi qeyd olunub.

Söhbət zamanı tərəflər, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi əməkdaşlığı dair fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, bu əməkdaşlıqdan məqsəd regional təhlükəsizliyi gücləndirməkdir.

İrakli Çikovani 2024-cü ildə Tbilisinin Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşünə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video