15 Sentyabr 2023 15:17
581
İQTİSADİYYAT
A- A+
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq genişlənir  

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq genişlənir  

 

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfərin ilk günü İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadiyyat və ticarət üzrə məsul nazirlərinin 12-ci görüşü keçirilib.

Türkiyənin ticarət naziri Ömər Bolat nazirlərin 12-ci görüşünün iştirakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb.

Görüşdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın quruma üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir. Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Özbəkistanın gənclər siyasəti və idman nazir Adham İkramov, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və energetika naziri Olqun Amcaoğlu çıxışlarında geniş bir coğrafiyada əhatə olunan, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və bir çox imkanlara malik TDT-na üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikirlər səsləndiriblər.

Həmin gün İstanbulda Türk Dünyası Biznes Forumu keçirilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Forumda çıxış edərək qloballaşan dünyada baş verən çağırışların həllində türk dövlətlərinin birgə fəaliyyətinin önəmini vurğulayıb. Bildirilib ki, enerji sektorunda birgə təşəbbüslər regional və qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb. Bu birgə səylər təkcə iştirakçı dövlətlərin enerji təhlükəsizliyini artırmaqla yanaşı, həm də Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmağa xidmət edir. Qeyd edilib ki, Türk dövlətləri tərəfindən həyata keçirilən əməkdaşlıq və birgə investisiyalar regionun nəqliyyat və ticarət dinamikasına fəal təsir edir və bu kontekstdə Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir.

Təşkilata üzv ölkələrin ticarət və investisiyalar, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və s. kimi sahələrdə tərəfdaşlığı dərinləşdirməsi üçün böyük potensial mövcuddur. Türk İnvestisiya Fondunun yaradılması qarşılıqlı layihələrin maliyyələşdirilməsi və üzv ölkələr arasında gələcək əməkdaşlığın gücləndirilməsi üçün mühüm perspektivlər vəd edir.

Biznes forumda çıxış edən Türkiyə Ticarət Palatası və Birjaları Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezident Məmməd Musayev, Qazaxıstan Respublikası Milli Sahibkarlar Palatasının sədri Raimbek Batalov, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariev, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri, gənclər siyasəti və idman naziri Adham İkramov, Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Parraq Laslo, Türkmənistan Ticarət və Sənaye Palatasının sədri Merqen Qurdov, Kipr Türk Ticarət Palatasının sədri Turqay Deniz və Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amrayev təşkilatda təmsil olunan ölkələr arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, indiyədək birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çox saylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bütün bunlar quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələrinin təqdim edilməsi, o cümlədən investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlar arasında işgüzar əlaqələrin dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır.

Forum işgüzar dairələrin iştirakı ilə keçirilən ikitərəfli (b2b) görüşlərlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!