05 Mart 2024 09:30
387
DÜNYA
A- A+
Tramp daha üç ştatda seçkilərdə qalib gəlib

Tramp daha üç ştatda seçkilərdə qalib gəlib

 

Sabiq prezident sorğularda Baydeni də üstələyir

 

ABŞ-nin keçmiş prezidenti və hazırkı namizəd Donald Tramp Respublikaçılar Partiyasının Miçiqan, Missuri və Aydaho ştatlarında keçirilən kokuslarında qalib gəlib.
Tramp hər üç ştatda yeganə rəqibi - Cənubi Karolinanın sabiq qubernatoru və ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylini böyük fərqlə məğlub edib. O, Missuridə 100 faiz, Miçiqanda 68 faiz, Aydahoda isə 84,6 faiz səs toplayıb.
Öz növbəsində, Aydaho qubernatoru Bred Littl tədbirdən əvvəl Trampı açıq şəkildə dəstəkləyərək "X" sosial şəbəkəsində yazıb ki, artıq Co Baydendən qurtulmağın və prezident Trampı Ağ Evə qaytarmağın vaxtıdır.
"Röyter" yazır ki, Heylinin respublikaçıların namizədi uğrunda yarışın gedişatını dəyişmək üçün vaxtı sürətlə tükənir. Növbəti praymerizlər martın 5-də keçiriləçək. "Superçərşənbə axşamı" adlandırılan gün 15 ştatda və bir ərazidə - Amerika Samoasında səs veriləcək. Tramp qalib gəlsə, o, artıq özünü Respublikaçılar Partiyasının namizədi hesab edə bilər.
Amerika mediasının qeyd etdiyi kimi, Ayova, Nyu-Hempşir, Nevada, Vircin Adaları, Cənubi Karolina, indi isə Miçiqan, Missuri və Aydaho ştatlarında qazandığı qələbələrlə Tramp yarışda aşkar liderdir, Heyli isə keçmiş prezidentə alternativ tapmaq həvəsində olanların donorluğu sayəsində mübarizəni davam etdirir. 
Bu seçki dövrü üçün Miçiqan respublikaçıları praymeriz və kokus arasında bölünmüş qarışıq namizədlik sistemini işləyib hazırlayıblar.
Xatırladaq ki, kokuslar partiya tərəfdarlarının və üzvlərinin yığıncaqlarıdır. ABŞ-də prezident seçkiləri öncəsi dövlət orqanları tərəfindən keçirilən praymerizlərdən fərqli olaraq, kokuslar partiya aparatı tərəfindən təşkil edilir. Qurultayda prezidentliyə namizədə səsvermə kokus və praymerizlərin nəticələrindən asılıdır.
Demokratlar və respublikaçılardan prezident seçkiləri üçün yekun namizədlər yayda müəyyənləşəcək.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək, andiçmə mərasimi isə 2025-ci ilin yanvarına planlaşdırılıb. 
Hələlik Tramp və demokratlardan namizədliyini irəli sürməyi planlaşdıran ABŞ-nin hazırkı prezidenti Co Bayden öz rəqiblərini nəzərəçarpacaq dərəcədə qabaqlayırlar, lakin partiyalarından nominasiya almayıblar.
Bir müddət əvvəl CNN şirkətinin keçirdiyi sorğu göstərib ki, seçicilərin 49 faizi Trampa, 45 faizi Baydenə səs verəcək, digər 6 faizi isə qərarsız qalıb.
Martın 4-də isə CBS News, ABŞ-nin 45-ci prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək seçkilərdə hazırkı Amerika lideri Co Baydeni 4 faiz qabaqladığını göstərən yeni sorğu dərc edib. Araşdırmaya görə, respondentlərin 52 faizi respublikaçıya, 48 faizi isə demokrata səs verməyə hazırdır.
Amerikalılara namizədlərin fiziki və psixi sağlamlığı ilə bağlı sual verildikdə Tramp ən yaxşı nəticə göstərib - 45 faiz bu göstəriciləri nəzərə alaraq onun prezidentliyə hazır olması ilə razılaşıb. Yalnız 17 faiz Baydenə üstünlük verib. Respondentlərin daha 29 faizi onların heç birinin uyğun olmadığını vurğulayıb.
Sorğu fevralın 28-dən martın 1-dək keçirilib.
Eyni zamanda Amerikanın "The New York Times" qəzeti tərəfindən aparılan sorğu göstərib ki, 2020-ci ildə keçirilən son seçkilərdə Baydenə səs verən seçicilərin əksəriyyəti (61 faiz) indi öz baxışlarını dəyişərək, onu "səmərəli fəaliyyət göstərmək üçün çox qoca" hesab edirlər. Dörd il əvvəl ona səs verənlərin 19 faizi isə indi bildirib ki,  Bayden yüksək vəzifənin öhdəsindən gələ bilmək iqtidarında deyil.
Son məlumata görə, Nikki Heyli praymeriz və kokuslar seriyasında ilk, simvolik qələbə qazanıb - o, Vaşinqtonda və Kolumbiya dairəsində səslərin əksəriyyətini toplayıb. Paytaxt rayonunda respublikaçıların demək olar ki, 63 faizi Heyliyə, 33 faizi isə Trampa səs verib.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!