10 Sentyabr 2026 12:35
714
Təhsil
A- A+
Tovuzda bu il ali məktəblərə qəbul olunanlar sırasında şəhid övladları da var

Tovuzda bu il ali məktəblərə qəbul olunanlar sırasında şəhid övladları da var


Bu il qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan tovuzlu gənclər arasında şəhid övladları da var. Bu barədə ali məktəblərə qəbul olan məzunlarla Tovuz RİH-də keçirilən görüşdə məlumat verilib. 

RİH-in başçısı Məmməd Məmmədov çıxış edərək yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. Qeyd edilmişdir ki, məzunların yüksək nəticələr əldə etməsi yalnız onların şəxsi zəhmətinin deyil, eyni zamanda müəllimlərin fədakar əməyinin, valideynlərin dəstəyinin və məktəb kollektivlərinin fəaliyyətinin nəticəsidir. Ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğının təhsilin inkişafına, gənclərin hərtərəfli formalaşmasına və onların intellektual potensiallarını reallaşdırmalarına imkanlar yaratdığını bildirən RİH başçısı qeyd etmişdir ki, hər il tovuzlu məzunların qəbul imtahanlarında göstərdikləri yüksək nəticələr bunun göstəricisidir.

Görüşdə şəhid övladlarının da ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmaları tədbir iştirakçıları tərəfindən xüsusi qürur və fəxrlə qeyd edilmişdir. Bildirilmişdir ki, Vətən uğrunda canından keçmiş mərd oğulların övladlarının təhsildə qazandıqları uğurlar böyük mənəvi əhəmiyyət daşıyır və onların əldə etdikləri hər bir nailiyyət dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Məzunlar çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş və təhsildə yüksək nəticələr əldə etmək, gələcəkdə ölkənin inkişafına öz töhfələrini vermək üçün səylə çalışacaqlarını bildirmişlər.                                                                   

Sonda yüksək bal toplayaraq tələbə adını qazanan məzunlara Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunmuşdur.


Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!