01 Avqust 2024 21:49
367
İQTİSADİYYAT
A- A+
"Tikintiyə icazələrin verilməsi sahəsində təkmilləşmələr və kommunikasiya üzrə Yol Xəritəsi"nin təqdimatı keçirilib

"Tikintiyə icazələrin verilməsi sahəsində təkmilləşmələr və kommunikasiya üzrə Yol Xəritəsi"nin təqdimatı keçirilib

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun növbəti iclası keçirilib. "Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi və cari dövr ərzində görülmüş işlərə dair təqdimat” mövzusunda keçirilən tədbirdə dövlət qurumları və özəl sektorlardan olan nümayəndələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, işçi qrupun rəhbəri Namiq Hümmətov ötən illər ərzində tikintiyə icazələrin verilməsi prosesində edilən mühüm dəyişikliklər və bu məqsədlə yaradılan elektron icazə portalından, həmçinin qurumlararası əlaqələrin əhəmiyyətindən danışıb.

Cari ilin 6 ayı ərzində bütün növ obyektlərin tikinti və istismarına icazə prosesinin artıq yalnız elektron qaydada, komitə tərəfindən yaradılan bir pəncərə prinsipi əsasında aparıldığını qeyd edib. Komitə rəsmisi bu ilin ilk yarımilliyində ölkə üzrə ümumən 43 tikintiyə, 39 istismara icazə və 2143 məlumatlandırma icraatının həyata keçirildiyini diqqətə çatdırıb.

İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev də çıxış edərək, "Tikintiyə icazələrin verilməsi" İşçi qrupunun 2018-ci ildən etibarən dinamik fəaliyyəti nəticəsində tikinti sektorunda islahatların həyata keçirilməsunə müvəffəq olduğunu qeyd edib. V.Şıxəliyev müvafiq sahədə müasir çağırışlara cavab verən yenilikləri tətbiq etmək məqsədilə yeni Yol Xəritəsinin hazırlandığını diqqətə çatdırıb. Əlavə edib ki, belə bir təqdimatın keçirilməsi həm sahibkarların tikinti sektorunda baş verəcək mühüm yeniliklərlə hazırlıqlı olmasına, həm də yeni təşəbbüslərin hazırlanmasında biznes nümayəndələri və qeyri-hökumət təşkilatlarının aktiv iştirakına şərait yaratmaqdır.

Tədbirdə daha sonra çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, işçi qrupun rəhbərinin müavini Read Qasımov “Tkintiyə icazələrin verilməsi sahəsində təkmilləşmələr və kommunikasiya üzrə Yol Xəritəsi"nin prioritet istiqamətləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, proqramda tikinti sahəsində mövcud prosedurların və razılaşdırma mexanizminin təkmilləşdirilməsi, qurumlararası əlaqələrin gücləndirilməsi, məlumatlara əlçatanlığın və tikintiyə dair tələblərin ictimaiyyətə açıqlığının bir mənbədən təmin olunması, qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, habelə gələcəkdə Binaların İnformasiya Modelləşdirilməsinə (BİM) keçidin təmin edilməsi nəzərdə tutulur. R.Qasımov, həmçinin Yol Xəritəsinin əsas istiqamətləri, o cümlədən tikinti və istismara icazələrin verilməsi sahəsində şəffaflığın təmin edilməsindən bəhs edib.

İclasda son zamanlar ölkə qanunvericiliyində edilmiş dəyişikliklərdən, onların sırasında icazə və məlumatlandırma icraatının elektron qaydada həyata keçirilməsi, mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin elektron qaydada verilməsi, tikinti layihələrinin elektron formada hazırlanması və "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"nin təsdiq olunması kimi mühüm yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, iclas iştirakçıları enerji səmərəliliyi və yaşıl tikinti standartlarının tətbiqi, tikinti fəaliyyəti və ekoloji ekspertiza, onlayn dövlət xidmətləri və statistika, tikinti icazələri üzrə qarşılıqlı fəaliyyət kimi mühüm məsələləri də müzakirə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!