28 Sentyabr 2026 16:40
503
CƏMİYYƏT
A- A+
Tərtərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib

Tərtərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib


Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün ehsan süfrəsi açılıb.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub. 

Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən və Vətən uğrunda canlarını qurban vermiş tərtərli qəhrəmanlardan söhbət açıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Ordumuz düşməni məhv edərək tariximizə zəfər səhifəsi yazdı və şəhidlərimizin qisası döyüş meydanında alındı. 2023-cü il sentyabrın 19-20-də keçirilən uğurlu lokal xarakterli antiterror əməliyyatları ilə ölkəmizin suverenliyi tam bərpa olundu. 

Müstəqim Məmmədov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğının dövlət siyasətinin ana xəttini təşkil etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Tərtər rayonunda da bu həssas təbəqədən olan insanların problemlərinin həlli, onlara hərtərəfli diqqət və qayğının göstərilməsi hər zaman ön planda saxlanılır.

Daha sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və Vətən müharibəsi qazisi İntiqam Sarıyev çıxış ediblər.

Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Zəfərin əhəmiyyətindən, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan danışıblar. Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnatdarlıqlarını bildiriblər.



Lazım QULIİEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb  

17:53
20 Oktyabr

ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması müzakirə edilib  

17:52
20 Oktyabr

Sirkənin qaraciyəri qorumaq qabiliyyətinin olduğu ortaya çıxıb  

17:46
20 Oktyabr

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

Yaponiya ABŞ-dən bu məsələ ilə bağlı kömək istəyib  

17:09
20 Oktyabr

Süni intellekt əsaslı köməkçi hansı imkanları təqdim edir?

17:09
20 Oktyabr

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

16:53
20 Oktyabr

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

16:49
20 Oktyabr

Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

16:45
20 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

16:41
20 Oktyabr

Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib  

16:38
20 Oktyabr

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

16:25
20 Oktyabr

Abbas Əraqçi: İran-Rusiya münasibətləri heç vaxt bu qədər yaxın olmayıb  

16:23
20 Oktyabr

“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub  VİDEO

16:14
20 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub  

16:13
20 Oktyabr

Eston deputat: Estoniya ilə Azərbaycan arasında dialoq və mədəni əlaqələr dərinləşir  

16:01
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!