12 Fevral 2025 08:15
199
SİYASƏT
A- A+
Təqsirləndirilən erməniəsilli şəxslər məhkəmədə əməllərinə görə cavab verirlər

Təqsirləndirilən erməniəsilli şəxslər məhkəmədə əməllərinə görə cavab verirlər


Bu, yalnız xalqımıza qarşı deyil, bəşəriyyətə yönəlmiş cinayətlərin mühakiməsidir


Bakıda sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin davam edən məhkəməsi onillər boyu Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı, işğal və zorakı deportasiya əməlləri üzərində tarixi ədalətin təntənəsidir. 

Bu məhkəmə prosesi təkcə işğalçı və zərərçəkmiş tərəflərə deyil, habelə bütün sivil dünyaya belə cinayətlərin cəzasız qalmayacağını və icraçıların bir gün mütləq ədalət mühakiməsi qarşısına çıxacaqlarını nümayiş etdirir. Çünki baş verənlər yalnız bir topluma, xalqa və dövlətə deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Onun öz tarixi qiymətini almaması dünyanın ən müxtəlif yerlərində canilərin əl-qolunu aça bilər, onlarda cəzalandırılmayacaqlarına dair əminlik və arxayınlığa səbəb olar, yeni-yeni daha dəhşətli cinayət əməllərini törətmələrinə rəvac verə bilər.  


Tarixin dərsi


Bu gün mühakimə olunan şəxslər son iki əsrdə Azərbaycan xalqının fiziki məhvi və əzəli torpaqlarımızın qəsb edilməsini nəzərdə tutan tarixi cinayətlərin ərsəyə gətirdiyi erməni faşizminin təmsilçiləridirlər. Onların başında durduqları işğal prosesi bu tarixi dövrdə törədilmiş cianəyətlərin yalnız bir epizodudur. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan amilinin sistemli şəkildə hazırkı Ermənistan ərazisindən sıxışdırılıb çıxarılması, xalqımıza qarşı soyqırımı siyasətinin yürüdülməsi, böyük bir coğrafiyada etnik tərkibin zorla dəyişdirilməsi, dünyanın nəinki baş verənləri qınaması, üstəlik həm də dəstəkləməsi özü də prosesin əzazil yolla həyata keçirilməsinin cəzasız qalması, XX əsrin sonlarında vətənimizin ayrılmaz hissəsində baş qaldırmış faşizm və milli zəmində ayrı-seçkilik təzahürlərinin başlıca səbəbidir. Bu cəzasızlıq yüzminlərlə insanın həyatına bais olmuş və bir o qədər də talelərin məhvi ilə nəticələnmiş, dərin mənəvi iztirablara yol açmış, belə demək mümkündürsə, bütöv tarixi gedişatın dəyişilməsi ilə nəticələnmiş cinayət əməlləridir. Məhz bu baxımdan davam edən mühakimə həm də tarixi prosesdir. 

Son 30 il hər birimizin gözləri qarşısında keçib və bu gün Azərbaycanda elə bir ailə yoxdur ki, erməni işğalının fəsadları bu və ya digər şəkildə ona toxunmasın. Bu gün Azərbaycanda hər bir ailə suverenliyimizə və firavan mövcudluğumuza qarşı yönəlmiş müharibə, onun gedişatı və sonrasında törədilmiş vəhşilik əməllərindən birbaşa və dolayı mənəvi zərbəyə məruz qalıb. Bu işğal və onun törətdiyi ümummilli ruh düşkünlüyü ata-baba yurdundan, doğulduğu və boyüdüyü mühitdən, kəndindən və ya şəhərindən zorla qovulmuş, şəhid vermiş, illər boyu doğma ocağının həsrəti ilə yaşamış hər bir şəxsin taleyində iz qoymuşdur. Hər birimiz ayrı-ayrılıqda və ümummilli səviyyədə bu tarixi depressiyanın neqativ təsirlərinə məruz qalmışıq. 

Bu gün Azərbaycan paytaxtında keçirilən məhkəmə prosesi həm də bəşəri xarakter daşıyır. Hər bir cinayət, özü də əgər o, milli zəmində törədilirsə, etnik ədavətə əsaslanırsa, işğal və soyqırımı ilə müşayiət olunursa, - cəzasız qaldıqda insanlığa qarşı yönəlmiş yeni-yeni hərəkətlərin baş verməsi və tərkrarlanmasına yol açır. Xüsusilə son yüz ildə bu mövzuda minlərlə elmi iş, kitab yazılıb, problem hüquq elminin həm nəzəri, həm də praktiki tərəflərinin inkişaf tendensiyalarına öz təsirini göstərib, ancaq cinayətin cəzalandırılması istiqamətində əməli addımlar atılmayıb. Çünki tarix siyasətin qurbanına, onun əlində təsir vasitəsi və geosiyasi dəyənəyə çevrilib. Bu isə dünyanın müxtəlif istiqamətlərində soyqırımlarının baş verməsinə səbəb olub. 

Bu gün genosidə məruz qalmış onlarca xalq var ki, onların milli şüurunda və dünyanı dərketmə prosesində oyanma, baş verənləri obyektiv analiz edib tarixi nəticələr çıxarmaları üçün obyektiv şərait, şans yaranıb. Özlərini sivil, mədəni, humanist, demokratiya beşiyi hesab edən "qabaqcıl" dövlətlər Yer üzündən silinmiş onlarca xalqın, əlindən torpağı və milli sərvəti alınmış toplumlarda yaşayan insanların qətlinə, soyqırımına rəhbərlik etmiş və icraçısı olmuşlar. Bu gün Bakıda izlədiyimiz məhkəmə prosesi həm də Afrika və Asiyada, Amerika və Okeaniyada əzilmiş, haqları tapdanmış çoxsaylı xalqların milli oyanışına, tarixlərini dərk etmələrinə və ədalətsiz güzəranlarına qarşı çıxmalarına stimul yaradacaq bir tarixi prosesdir. Canlı şahidi olduğumuz bu günlərdə hətta məhkəməsiz belə cinayət əməlləri bəlli olan şəxslərin mühakiməsinin təkcə Ermənistanda deyil, ona havadarlıq etmiş və hazırda edən ölkələrdə narahatlıqla izlənilməsinin, təlaşa yol açmasının başlıca səbəbi məhz sözügedən tarixi gerçəklikdir. 


Humanizmin təntənəsi


Beynəlxalq hüquqda milli zəmində ədavət, etnik ayrı-seçkilik, irqi və dini müstəvidə fərq qoyulma, soyqırımı və zorakı deportasiya kimi anlayışlar ən çox və tez-tez toxunulan mövzulardır. Bu məfhumlar müasir beynəlxalq hüququn ən ümdə problemlərindəndir. Ancaq təəssüf ki, dünyada daha çox törədilən və cəzasız qalan cinayətlər də məhz bu məzmundadırlar. Çünki müqəddəs və toxunulmaz ümumbəşəri ideyalar bəzi dövlətlər tərəfindən hətta öz cılız maraqlarının belə təmin olunması yolunda siyasi alətə, geosiyasi amilə çevrilir. Humanizm və demokratiya lazım gəldikdə böyük hərbi kampaniyalara, "cəza tədbirləri"nin həyata keçirilməsinə səbəb olur, ancaq təəssüf ki, əsl problem bir çox halda unudulur. Çünki bu bəşəri ideyalar belə dünyada güclülərin əlində bir alətə çevrilib. Fransa kimi neokolonial və biabırçı müstəmləkəçi tarixi olan dövlət milyonlarla afrikalının və müsəlmanın fiziki məhvinə müəlliflik edib. Bu dövlətin rəhbərlərinin əmri ilə Əlcəzairdə həyata keçirilmiş nüvə sınaqları milyonlarla əlcəzairlinin ya ölümünə, ya da əlilə çevrilməsinə səbəb olub. Parisdə oturanların açıq okeandakı silah sınaqları dünyanın ekosisteminə bərpa edilməyəcək zərər vurub. 

Fransa bu kimi əməllərin önündə gedən tək dövlət deyil. Təəssüf ki, tarix belə nümunələrlə boldur. Sözdə iqtisadi tərəqqiyə və təhlükəsizliyin təmin olunmasına xidmət edən Avropa İttifaqı və NATO kimi qurumların mənzil-qərargahlarının yerləşdiyi Belçikada 7 aydır davam edən siyasi böhrandan sonra formalaşmış çoxpartiyalı koalisiya ərsəyə gələr-gəlməz imzaladığı müştərək sazişə uzaq, sıravi belçikalılar üçün heç bir əhəmiyyəti və mənfi təsiri, onların firavan yaşayışına təhdid olmayan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyan maddələr daxil edilib. Niyə? Hansı səbəb və əsasla?  Ancaq biz yaxşı bilirik ki, bu gün Bakıda keçirilən məhkəmə və onun nəticələri Belçika karallığının Afrikada törətdiyi vandallıq və siyasi cinayətlərin ictimailəşməsinə, istibdada məruz qalmış afrikalıların öz haqlarını tələb etməsinə yol aça bilər. İndi həmin Belçika Bakıda mühakimə olunanların aqibətindən narahatdır, qəbul etdiyi sənədlərdə mövcud olmayan "Dağlıq Qarabağ" ifadəsini işlədir və separatçılara açıq dəstək verir. 


Təkzib edilməyən və mübahisə mövzusu olmayan cinayətlər


Qərbin bir sıra ölkələrindəki ayrı-ayrı siyasətçilər, siyasi mərkəzlər təəssüf ki, öz maddi gəlirlərinə görə əlləri Azərbaycan xalqının qanına batmış və əməlləri heç kimdə şübhə doğurmayan caniləri müdafiə etmək kimi çirkin əməllərindən qalmırlar. Ancaq onların keçirdiyi tədbirlərdə səslənən bəyanatlarda, imzalanan hansısa kağızlarda, verilən müsahibələrdə bir dəfə olsun belə təqsirləndirilən şəxslərin "günahsız" olduqlarını sübut edən dəlil, arqument yoxdur. Bütün bu hay-küyün yeganə məqsədi ictimai rəyi çaşdırmaqdan ibarətdir. Tam əminliklə demək olar ki, onların heç biri məhkəmə zamanı dövlət ittihamçıları tərəfindən Azərbaycan xalqının soyqırımına, ərazimizin işğalına, etnik separatizmə, terror əməllərinə, sərvətlərimizin iqtisadi qəsbinə, tariximizin saxtalaşdırılmasına yönəlmiş əməllərə dair təkzibolunmaz faktlarla tanış olmayıblar. Bütün bunlara heç vaxtları və həvəsləri də yoxdur. Onlar yalnız və sadəcə pullu siyasi sifarişlərin muzdlu icraçılarıdırlar. Bu səbəbdən taleləri barədə "narahat olduqları" şəxslərin əməllərini bir daha xatırlatmaq yerinə düşər:

Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılıb, bununla da xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.

Xankəndi şəhəri və onun Kərkicahan qəsəbəsinin işğal edilməsi nəticəsində 2944 dinc sakin didərgin salınıb, həmin şəxslərə xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 4579 əmlak üzrə 636 milyon manatdan artıq maddi ziyan dəyib. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndinin işğalı (hazırda Sədərək rayonunun Kərki kəndi) nəticəsində 461 dinc sakin didərgin salınıb, xüsusi mülkiyyətdə və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 54 əmlak üzrə 7 milyon manatdan artıq maddi zərər vurulub.

Qazax rayonunun 7 kəndinin - Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskiparanın işğalı nəticəsində 3159 dinc sakin didərgin salınıb, bu, xüsusi və dövlət mülkiyyətində olan ümumilikdə 896 əmlak üzrə 137 milyon manatdan artıq maddi ziyana səbəb olub.

Xocalı şəhəri və Əsgəran qəsəbəsinin də daxil olduğu, ümumilikdə 50 kənddən ibarət Xocalı rayonunun işğalı nəticəsində 7161 dinc sakin evindən qovulub, dəyən zərər ümumilikdə 1067 əmlak üzrə 103 milyon manatdan ibarətdir. Bundan başqa, Şuşa, Xocavənd, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Cəbrayıl rayonlarının, Tərtərin, Ağdamın, Füzulinin böyük hissəsinin işğalı nəticəsində minlərlə dinc sakin didərgin salınmış, dövlət mülkiyyətində olmuş əmlaka və xüsusi mülkiyyətə milyardlarla manat maddi ziyan dəymişdir. 

Ən azı 697 tarix və mədəniyyət abidəsi hücum obyektinə çevrilməklə, hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməklə, qəsdən böyük həcmdə yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla, qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə Azərbaycan Respublikasına və Azərbaycan xalqına 906 milyon manatdan artıq maddi ziyan vurulub.

Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunması nəticəsində didərgin salınmış dinc sakinlərin sosial təminatı və maddi-məişət şəraitinin təmin edilməsinə sərf edilmiş vəsait 8,8 milyard manat təşkil edib.

Sadəcə bir vandalizm faktı: Xocalıda yaşayan azərbaycanlı əhalini kütləvi şəkildə milli-etnik mənsubiyyətinə görə bir qrup kimi məhv etmək niyyəti ilə onları öldürmək, sağlamlığına ağır və əqli qabiliyyətinə ciddi zərər vurmaq məqsədilə şəhərə və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıların baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməniəsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 şəxsin qəsdən öldürülməsi... soyqırımı deyil? Cavab verə bilərsinizmi separatçıların "halına yanan" cənablar? 

Bu cinayət əməllərinə görə bütün günahkarlar layiqli cəzalarını alacaqlar. Ancaq onları müdafiə və himayə edənlər utanacaqlarmı?..


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:43
15 Mart

CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir  

19:53
15 Mart

XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb

19:36
15 Mart

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB 

19:29
15 Mart

Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub

19:27
15 Mart

Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

19:26
15 Mart

Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib

19:04
15 Mart

XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

18:57
15 Mart

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

18:41
15 Mart

Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq  

18:31
15 Mart

"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO

18:27
15 Mart

İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var  

18:19
15 Mart

Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib

18:12
15 Mart

Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək 

17:59
15 Mart

Türkiyə XİN: İslamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir

17:52
15 Mart

Viktor Orban: Bizə keçmişdə qaldığımızı dedilər, amma sizə bildirirəm ki, gələcək bizimdir  

17:32
15 Mart

Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur

17:21
15 Mart

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir  

17:01
15 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır  

16:40
15 Mart

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb

16:16
15 Mart

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub  

16:12
15 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!