(Iki Zərfli Tender Prosesi)
Ölkə: Azərbaycan Respublikası
Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Layihənin adı: Məşğulluğa Dəstək
Layihəsi
Müqavilə adı: “Özünəxidmət
avtoyuma”, “Avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri)”,
“Avtorazval xidməti”, “Avtomobil disklərinin təmiri” yeni məşğulluq zərfləri
üzrə avadanlıqların
satınalınması
Kredit No.: 9044-AZ
TÜD No.: AZ-MLSPP-463551-GO-RFB
1.
Azərbaycan
Respublikasının Hökuməti Dünya Bankından Məşğulluğa Dəstək Layihəsini həyata
keçirilməsi məqsədilə kredit almış və bu kredit vəsaitinin bir hissəsini yeni məşğulluq istiqamətləri üzrə
avadanlıqların satınalınması əsasında bağlanacaq müqavilədən irəli
gələn ödənişlərə ayırmaq niyyətindədir. Bu müqavilə üzrə Borcalan, müqavilədə
akkreditiv vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan ödənişlər istisna
olmaqla, Dünya Bankının İnvestisiya Layihəsinin Maliyyələşdirilməsi üzrə Ödəniş
Təlimatlarında müəyyən edildiyi kimi Birbaşa Ödənişin edilməsi metodundan
istifadə etməklə ödənişləri emal etməlidir.
2.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uyğun İddiaçılardan avadanlıqların
çatdırılması, quraşdırılması və işə salınması daxil aşağıdakı yeni məşğulluq
istiqamətləri üzrə avadanlıqların satınalınması ilə bağlı möhürlənmiş
təkliflərini təqdim etməyə dəvət edir:
·
Özünəxidmət avtoyuma (50 aktiv)
·
Avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri (70 aktiv)
·
Avtorazval xidməti (120 aktiv)
·
Avtomobil disklərinin təmiri (110 aktiv)
Mallar (i) avans ödəniş tarixindən etibarən 20
(iyirmi) həftə ərzində Bakıda yerləşən Dövlət Məşğulluq Agentliyinin (DMA) anbarına,
(ii) DMA tərəfindən dəqiq ünvanlar təmin olunduqdan sonra dörd (4) həftə ərzində Alıcının ölkəsində
daxilində müəyyən edilmiş son təyinat məntəqələrinə çatdırılmalıdır. Alıcının ölkəsində
sığorta da nəzərə alınmaqla Təchizatçı tərəfindən malların son təyinat
məntəqələrinə daşınması və icra olunacaq əlaqəli xidmətlər də müqavilə qiymətinə
daxil ediləcək.
3.
Tender Dünya Bankının “İLM Borcalanları üçün
Satınalma Qaydaları” 2016-cı il iyul, 2017-ci il noyabr, 2018-ci il avqust, 2020-ci
il noyabr və 2023-cü il sentyabr aylarında qəbul olunmuş (“Satınalma
Qaydaları”) ilə müəyyən edilmiş bir Təkliflər üçün Dəvət (TÜD) istifadə
edilərək Beynəlxalq Rəqabətli Tender yolu ilə aparılacaq və Satınalma
Qaydalarında müəyyən olunmuş bütün uyğun İddiaçılara açıqdır.
4.
Maraqlı olan uyğun
İddiaçılar əlavə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa
Dəstək Layihəsi, [email protected] (sürəti [email protected]) ünvanlarından (Layihə Koordinatoru Fəqan Əsgərov adına) əldə edə bilər
və tender sənədi ilə aşağıda göstərilən ünvanda iş günləri ərzində (09:00-17:00 saatlar arasında) tanış ola
bilərlər.
Maraqlı olan iddiaçılar tender sənədlərinin ingilis dilindəki tam
toplusunu aşağıda göstərilən ünvana məktub təqdim etməklə və geri qaytarılmayan
340 AZN və ya 200 ABŞ dolları ödəməklə əldə edə bilərlər. Ödəniş birbaşa
depozit və ya Əmək və Əhalinin Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən
Məşğulluğa Dəstək Layihəsi, Layihə İdarəetmə Qrupunun aşağıda göstərilən
hesabına köçürmə yolu ilə keçirilə bilər. Tender sənədi geri qaytarılmayan
haqqı ödəmiş iddiaçılara iddiaçının seçimi ilə ya iddiaçının nümayəndəsi
tərəfindən aşağıda göstərilən ünvanda Layihə ofisindən alına bilər, ya da
e-poçt/kuryer vasitəsilə PDF formatında göndəriləcək.
|
ABŞ
Dollar Hesabı
|
AZN
Hesabı
|
|
Azerbaijan Republic Ministry of Labor and Social Protection of Population
Tax ID 1700093011
IBAN: AZ49IBAZ38190048409330186120
International Bank of Azerbaijan
Bank code (BIC): 805250
Corr acc: AZ03NABZ01350100000000002944
SWIFT: IBAZAZ2X
|
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
VÖEN 1700093011
IBAN: AZ93IBAZ38090029449330186120
Azərbaycan Beynəlxalq Bankı
Bank Kodu (BIC): 805250
M\H: AZ03NABZ01350100000000002944
SWIFT: IBAZAZ2X
|
5.
Təkliflər 23 aprel 2025-ci il Bakı vaxtı ilə
15:00-dan gec olmayaraq aşağıdakı ünvana çatdırılmalıdır. Təkliflərin elektron
şəkildə təqdim edilməsinə icazə
verilmir. Gecikmiş təkliflər qəbul olunmayacaqdır. Yalnız
Satınalantəşkilata müraciət etmiş və rəsmi qeydiyyatdan keçmiş İddiaçıların
təklifləri qəbul ediləcəkdir. “TƏKLİFİN ƏSLİ” kimi işarələnmiş zərflərin
daxilində olan “TEXNİKİ HİSSƏ” adlı zərflər İddiaçıların təyin edilmiş
nümayəndələrinin və iştirak etmək istəyən hər kəsin iştirakı ilə aşağıdakı göstərilən
ünvanda 23 aprel 2025-ci il Bakı vaxtı ilə 15:00-da publik şəkildə açılacaqdır.
“İKİNCİ ZƏRF: MALİYYƏ HİSSƏSİ” qeyd olunmuş bütün zərflər açılmamış qalacaq və
ikinci açıq açılışa qədər Alıcının mühafizəsində saxlanılacaq.
6.
Bütün Tender təklifləri 30 000 (otuz min) ABŞ
Dollar məbləğində Təklif Təminatı ilə müşayiət olunmalıdır.
7.
Borcalandan Müqavilənin Mükafatı Bildirişinin bir
hissəsi kimi, tender sənədinə daxil edilmiş Benefisiar Mülkiyyətin Açıqlanması
Formasından istifadə edərək, qalib tender iştirakçısının benefisiar mülkiyyəti
haqqında məlumatı açıqlamasını tələb edən Satınalma Qaydalarına diqqət
yetirilir.
8.
Yuxarıda nəzərdə tutulan
ünvan:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi /
Məşğulluğa Dəstək Layihəsi
Fəqan Əsgərov, Layihə Koordinatoru
Nazim Hikmət küç. 27,
Rich Plaza, 1-ci giriş, 2-ci mərtəbə
AZ1100, Bakı, Azərbaycan
Tel: (99412) 5253449
E-mail: [email protected];
[email protected]