№ 272
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 350-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 261 (Cild I); 2024, № 9, maddə 1058, № 12 (I kitab), maddə 1311) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.5-ci bəndinin üçüncü cümləsinə “şəxslərin” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri, ikinci halda “təhsil” sözündən sonra “(əlavə təhsil istisna olmaqla)” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467 (Cild I); 2024, № 3, maddə 307, № 9, maddə 1058, № 12 (I kitab), maddə 1310) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.7-ci bəndinin ikinci abzasına “şəxslərin” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri, ikinci halda “təhsil” sözündən sonra “(əlavə təhsil istisna olmaqla)” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 561 (Cild I); 2024, № 9, maddə 1058) ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.8-ci bəndinin ikinci abzasına “şəxslərin” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri, ikinci halda “təhsil” sözündən sonra “(əlavə təhsil istisna olmaqla)” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 612, № 9, maddə 1058; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 1.6-cı bəndinin ikinci abzasına “şəxslərin” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri, ikinci halda “təhsil” sözündən sonra “(əlavə təhsil istisna olmaqla)” sözləri əlavə edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 sentyabr 2026-cı il