№ 265
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 356-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 21 noyabr tarixli 243 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 995 (Cild I) ilə təsdiq edilmiş “Mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu Qaydası”na aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
“4-1. Özəl tibb müəssisələri tərəfindən yalnız bu Qaydanın 4-cü hissəsində göstərilən tibb müəssisələrində qeydiyyata alınmış onkoloji xəstələrə onkoloji yardım göstərilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 21 noyabr tarixli 244 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 966 (Cild I) ilə təsdiq edilmiş “Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət Standartları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissənin “Qeyd”ində “ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır” sözləri “ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçirilir” sözləri ilə əvəz edilsin;
2.2. 3.2.2-ci yarımbənddə “tibb müəssisələrinin” sözləri “dövlət tibb müəssisələrinin və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrinin (lisenziyanın əlavəsinə uyğun olaraq)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 21 noyabr tarixli 245 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 997 (Cild I) ilə təsdiq edilmiş “Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4-cü hissədə “müalicə diaqnostika yardımı” sözləri “, habelə onların fərdi müraciəti əsasında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) onkoloji yardım” sözləri ilə əvəz edilsin;
3.2. 6-cı hissədə “tibb müəssisələrində” sözləri “dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq)” sözləri ilə əvəz edilsin;
3.3. 8-ci hissəyə “isə” sözündən sonra “ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində” sözləri əlavə edilsin.
4. “Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 266 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1155 (Cild I); 2024, № 9, maddə 1106) aşağıdakı dəyişikliklər edilsin:
4.1. adına və 1-ci hissəyə “Onkoloji” sözündən sonra “yardım göstərən dövlət tibb müəssisələrində onkoloji” sözləri əlavə edilsin;
4.2. həmin Qərarla təsdiq edilmiş “Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.2.1. adına “Onkoloji” sözündən sonra “yardım göstərən dövlət tibb müəssisələrində onkoloji” sözləri əlavə edilsin;
4.2.2. 1-ci hissəyə “onkoloji” sözündən sonra “yardım göstərən dövlət tibb müəssisələrində onkoloji” sözləri əlavə edilsin;
4.2.3. 3-cü hissəyə “xəstələr” sözündən sonra “dövlət tibb müəssisələrində müalicə olunduqda” sözləri əlavə edilsin;
4.2.4. 4-cü hissəyə “xəstələr” sözündən sonra “dövlət tibb müəssisələrində müalicə olunduqda” sözləri əlavə edilsin.
5. “Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı və miqdarı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 17 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 61 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. adına və 1-ci hissəyə “Onkoloji” sözündən sonra “yardım göstərən dövlət tibb müəssisələrində onkoloji” sözləri əlavə edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş “Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı və miqdarı”nın adına “Onkoloji” sözündən sonra “yardım göstərən dövlət tibb müəssisələrində onkoloji” sözləri əlavə edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 sentyabr 2026-cı il