10 Sentyabr 2026 03:35
74
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə  

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə  


№ 273


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 627 (Cild I); 2025, № 4 (I kitab), maddə 384, № 10, maddə 966) ilə təsdiq edilmiş “Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 11-ci hissənin üçüncü abzasında “Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri “Agentliyi” sözü ilə əvəz edilsin;

1.2. 15-ci hissədə “olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

2. “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 101 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 592 (Cild I); 2024, № 2, maddə 229; 2025, № 9, maddə 879) 5-ci hissəsində “olan “Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözləri “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətləri” sözləri ilə əvəz edilsin.

3. “Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası”nın, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişin forması”nın və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişə uyğun olaraq bağlanılan illik müqavilənin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli 138 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 671 (Cild I); 2025, № 2, maddə 204, № 4 (I kitab), maddə 384) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında (hər iki halda), 1-ci (hər iki halda) və 2-ci hissələrdə ismin müvafiq hallarında “olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası”nın 2-ci, 3-cü, 4-cü (hər iki halda), 5-ci, 7-12-ci hissələrində və 3.6-cı və 3.8-ci bəndlərdə ismin müvafiq hallarında “olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişin forması”nın adında, mətnində və saziş formasına əlavənin adında ismin müvafiq hallarında “olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

3.4. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişə uyğun olaraq bağlanılan illik müqavilənin forması”nın adında və mətnində ismin müvafiq hallarında “olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 may tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 435 (Cild I); 2024, № 9, maddələr 1090, 1106; 2025, № 2, maddə 204, № 4 (I kitab), maddə 384) ilə təsdiq edilmiş “Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması Qaydaları”nın 1.13-cü bəndində “olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 322 (Cild I); 2024, № 2, maddə 206, № 12 (I kitab), maddə 1313; 2025, № 8, maddə 811; 2026, № 2, maddə 191) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 72-83-cü, 122-1-ci, 122-2-ci və 122-4-122-7-ci hissələrdə “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

5.2. 84-122-ci və 122-3-cü hissələrdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950 (Cild I); 2024, № 2, maddə 229, № 3, maddə 336, № 9, maddə 1048; 2025, № 4 (I kitab), maddə 398, № 9, maddə 879) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. Qaydalara 1 nömrəli əlavə - “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan Müqavilə” üzrə:

6.1.1. preambula üzrə:

6.1.1.1. cədvəlin birinci sütununda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti / Regional Su Meliorasiya Xidməti” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti / “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

6.1.1.2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə, “Regional Su Meliorasiya Xidmətinin” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin;

6.1.2. 4.1-ci bənddə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “Regional Su Meliorasiya Xidməti” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

6.2. Qaydalara 2 nömrəli əlavə - “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan Müqavilə” üzrə:

6.2.1. preambula üzrə:

6.2.1.1. cədvəlin birinci sütununda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti / Regional Su Meliorasiya Xidməti” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti / “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

6.2.1.2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə, “Regional Su Meliorasiya Xidmətinin” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin;

6.2.2. 4.1.12-ci yarımbənddə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “Regional Su Meliorasiya Xidməti” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

7. “Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 fevral tarixli 55 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 308 (Cild I); 2024, № 2, maddə 229; 2025, № 4 (I kitab), maddə 398) əlavələr - “Forma 1” və “Forma 2”də “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə, “Regional Su Meliorasiya Xidmətinin” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 202 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 973 (Cild I); 2025, № 4 (I kitab), maddə 384, № 10, maddə 966) ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın 2.1.2-ci yarımbəndində “olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

9. “Ayrı-ayrı su istifadəçiləri tərəfindən istismar olunan nasos stansiyalarının və subartezian quyularının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürülməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 mart tarixli 83 nömrəli qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 iyun tarixli 269 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1243 (Cild I); 2024, № 2, maddə 229) 2-ci hissəsində “olan “Regional Su Meliorasiya Xidmətinin” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

10. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan, Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli çirkab sutəmizləyici qurğuların onlara aid əmlakla birlikdə Buzovna, Binəqədi, Bilgəh, Pirşağı və Sumqayıt bələdiyyələrinin mülkiyyətinə verilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 169 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 640 (Cild I); 2024, № 2, maddə 229) 3-cü hissəsində “olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

11. “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 348 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1369 (Cild I); 2024, № 2, maddə 229, № 3, maddə 312) 3-cü hissəsində “Regional Su Meliorasiya Xidməti” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 iyun tarixli 297 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 717) ilə təsdiq edilmiş “Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası”nın 4.5-ci bəndində “Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 8, maddə 988 (Cild I); 2025, № 4 (I kitab), maddə 398, № 12 (II kitab), maddə 1209; 2026, № 4, maddə 385) ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

13.1. 34-cü hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “İRİ ŞƏHƏRLƏRİN BİRLƏŞMİŞ SU TƏCHİZATI XİDMƏTİ” PUBLİK HÜQUQİ ŞƏXS” sözləri “İRİ ŞƏHƏRLƏRİN SU TƏCHİZATI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ” sözləri ilə əvəz edilsin;

13.2. 35-ci hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “REGİONAL SU MELİORASİYA XİDMƏTİ” PUBLİK HÜQUQİ ŞƏXS” sözləri “REGİONAL SU MELİORASİYA” QAPALI SƏHMDAR CƏMİYYƏTİ” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 avqust tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 8, maddə 801) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın 1-ci və 2-ci hissələri aşağıdakı redaksiyada verilsin:

“1. “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti;

2. “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti;”.

15. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 avqust tarixli 236 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 8, maddə 808) “Kollegiyanın üzvləri” bölməsində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru” sözləri ilə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru” sözləri ilə əvəz edilsin.

16. Bu Qərar “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 8 ” “ sentyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:52
10 Sentyabr

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə  

03:50
10 Sentyabr

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 356-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:42
10 Sentyabr

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:41
10 Sentyabr

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 350-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:40
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 398 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”ndə dəyişiklik edilməsi haqqında

03:38
10 Sentyabr

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 352-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:36
10 Sentyabr

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə  

03:35
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında  

03:34
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması”nda dəyişiklik edilməsi barədə 

03:31
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” 2008-ci il 13 iyun tarixli 136 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2017-ci il 14 noyabr tarixli 490 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin təsdiq edilməsi haqqında” 2020-ci il 8 avqust tarixli 286 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

03:30
10 Sentyabr

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:28
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

03:26
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:25
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

03:23
10 Sentyabr

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 582 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:22
10 Sentyabr

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Ankarada soydaşlarımızın təkliflərini dinləyib

19:10
09 Sentyabr

Azərbaycan-Özbəkistan qərargah danışıqları olub

18:20
09 Sentyabr

BCAW2026: Su mərkəzli iqlim fəaliyyətinə dair dəyirmi masa keçirilib

17:30
09 Sentyabr

Xəlilur Rəhman Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumatlandırılıb

17:20
09 Sentyabr

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

17:10
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!