28 Noyabr 2021 00:14
1476
CƏMİYYƏT
A- A+
Təbii müalicə

Təbii müalicə

 

“Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir”. Bir sıra xəstəliklərin müalicəsində bu şəfalı tərəvəzdən istifadə edən böyük təbib İbn Sina deyib bu sözləri.

Qədimdən bəri soğandan həm yeməklərin hazırlanmasında, həm də təbii müalicə üsulu kimi geniş istifadə olunur. Tərkibində 25 müxtəlif növ antioksidant olan soğan immun sistemini gücləndirir. İnsanları  və xüsusilə qışda soyuqdəymə, qrip, öskürək kimi xəstəliklərdən qoruyur. Effektiv bəlğəmgətiricidir, ürək sağlamlığına təsir edir.  Şəkərli diabetin inkişafının qarşısını alır və orqanizmdə şəkərin səviyyəsini tənzimləyir. Başda mədə və bağırsaq xərçəngi olmaqla, bir çox xərçəng növlərinin inkişafının qarşısını alır. Təsirli pəhriz bitkisi olan soğan saç tökülməsinə və dəri xəstəliklərinə də xeyirlidir. Həm çiy, həm də bişmiş halda yeyilə bilən soğanın orqanizmə faydaları olduqca çoxdur. 

Antioksidant mənbəyi olan bu şəfalı tərəvəzin tərkibində karbohidratlar, lif, protein, şəkər, eyni zamanda C, A, B6, B9 vitaminləri, natrium, kalsium, dəmir, maqnezium, fosfor, kalium, kükürd və mineral antioksidant qaynağı olan quercetin var. 

Yeməklərin tərkibində olan soğanın içərisində yağ və xolesterin yoxdur.

Soğan ürək xəstəlikləri riskini də xeyli azaldır. Tərkibindəki antioksidantlar və iltihabla mübarizə aparan birləşmələr sayəsində triqliseridlərin (qandakı yağ növlərindən biri) və xolesterolun səviyyəsini aşağı salır. İnfeksiyaya qarşı mübarizə xüsusiyyəti sayəsində yüksək təzyiqi aşağı sala və qanın laxtalanmasının qarşısını ala bilir.

 

Xərçəngdən qoruyur

Soğan bir  çox xərçəng növlərinin, xüsusilə mədə, yemək borusu, yoğun bağırsaq və prostat xərçənginin inkişaf riskini azaldır. Bundan əlavə, tərkibində quercetin kimi antioksidantlar olduğu üçün inkişaf edən şişin böyüməsini dayandırır.

Soğan həm də həzmi dəstəkləyən, bağırsaqlarda bakteriyaların tarazlığını yaxşılaşdıran zəngin probiotik (yaxşı bakteriya) mənbəyidir. Xüsusilə qırmızı soğanda olan antosianinlər immun sistemi üçün çox faydalıdır. Onlar bağırsaqda yaxşı bakteriyaların sayını artırır və immunitet funksiyasını yaxşılaşdırmağa kömək edir.

Bu əvəzolunmaz tərəvəz yüksək qan şəkəri səviyyəsini balanslaşdırmağa kömək edir. Tərkibindəki quercetin sayəsində nazik bağırsaq, mədəaltı vəzi, skelet əzələsi, piy toxuması və qaraciyərdəki hüceyrələrlə qarşılıqlı əlaqə quraraq diabet və diabet predmeti olan xəstələrdə qan şəkərinə nəzarəti təmin edə bilir. O, həmçinin qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır.

Soğan sümük sağlamlığı üçün də olduqca faydalıdır və sümükləri möhkəmləndirir.

 

Zehni sağlamlığın təməli

Bu tərəvəzdə olan B9 vitamini (fol turşusu) depressiyanı azaltmağa kömək edir. Çünki o, qan ilə digər qida maddələrinin beyinə çatmasını və insanın özünü yaxşı hiss etməsini təmin edən serotonin, dopamin kimi hormonların istehsalını əngəlləyən homosisteinin (qidalardan alınan amin turşusu) orqanizmdə həddindən çox yığılmasının qarşısını alır.

Alternativ tibdə geniş istifadə edilən soğan sinir sistemini gücləndirir, maddələr mübadiləsini sürətləndirir, dəri-saç sağlamlığını qoruyur, orqanizmdə piyləri yandıraraq onun riskini aradan qaldırır. Həmçinin soğan qırmızı qan hüceyrələrinin miqdarını artıraraq anemiyanın və damarların sərtləşməsinin qarşısını alaraq elastik qalmasına kömək edir. Oynaq ağrılarını, yuxusuzluğu aradan qaldırır, diş çürüməsinə və diş əti problemlərinə səbəb ola biləcək bakteriyaları məhv edir.

 

Soğanın sirri 

Müasir tibb soğanın insan orqanizminə çox faydalı olmasının əsas səbəbinin tərkibindəki fitonsidlərlə əlaqədar olduğunu müəyyən edib. Uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyalara, həmçinin göbələk və ibtidailərə də antimikrob təsiri göstərir.

Soğan damar mənfəzini genişləndirir. Kapilyar damarlarda onun təsiri xüsusilə özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanması üçün çox faydalıdır. O, bütün dəri xəstəliklərinə şəfaverici təsir göstərir.

Ondan bol istifadə edənlərdə sellülit, çiban, komedon səpgilər, damarların varikoz genişlənməsi, dəri çatlamaları kimi hallar demək olar ki, müşahidə olunmur. Bronxial astma xəstələrinin soğan yeməsi tənəffüsün yaxşılaşmasına səbəb olur. Hər gün qidada soğandan istifadə edilməsi həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.

Lakin kəskin mədə-bağırsaq yaralarında soğan çiy halda yeyilməməli və yalnız bişmiş halda istifadə edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!