08 Aprel 2024 16:47
1954
PARLAMENT
A- A+

Tatarıstanın nümayəndə heyəti Milli Məclisdə olub

 

Aprelin 8-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Adil Əliyev Azərbaycanın dünyada idman ölkəsi olaraq tanındığını, ölkəmizin bir çox nüfuzlu olimpiadalara, idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, bütün sahələrdə olduğu kimi, müasir Azərbaycanda idman siyasətinin əsasının da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə ölkəmizin idman həyatında mühüm dövrün başladığını vurğulayıb. Həmin dövrdən etibarən bədən tərbiyəsi və idmanda kütləvilik təmin olunub və nəticədə idmançılarımız beynəlxalq yarışlarda fəxri kürsünün ən yüksək pillələrinə qalxıblar.

Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə qarşılıqlı əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşüb. O, bu əməkdaşlığın hər iki tərəfin mənafelərinə uyğun olduğunu, qarşılıqlı təcrübələrin öyrənilməsinin faydasını qeyd edib.

Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video