23 Yanvar 2026 14:36
928
DÜNYA
A- A+
Tarixin əzəmət nişanələrindən biri-Qalata qülləsi  

Tarixin əzəmət nişanələrindən biri-Qalata qülləsi  


İstanbulda gəziləcək yerlər deyiləndə də ilk olaraq ağıla Qalata qülləsi gəlir. Çünki insanlar həm Qalata qülləsini, həm də onun ətrafındakı küçələri çox sevirlər. Dünyanın ən qədim tarixi abidələrindən olan bu qüllə tarixin bir çox sınaqlarından keçərək bu gün də əzəməti ilə insanları özünə cəlb edir.

Qalata qülləsi bir çox rəvayətlərlə də əlaqələndirilir.

Qüllənin tarixinə gəldikdə isə, Bizans imperatoru Anastasius tərəfindən 528-ci ildə gəmilər üçün fənər qülləsi olaraq inşa edilən Qalata 1204-cü ildə IV Səlib yürüşü zamanı ağır zərbələr alıb və 1348-ci ildə Cenevizlilər tərəfindən “İsa Qalası” adı ilə bərpa olunub. 1445-1446-cı illərdə burada qüllə ucaldılıb.

Fateh Sultan Mehmetin komandanlığı altında Osmanlı ordusu tərəfindən İstanbulun fəthindən sonra - 1453-cü il mayın 29-da Qalata qülləsinin açarı Cenevizlilər tərəfindən sultana təqdim edilir. Həmin il iyunun 1-də isə qüllə tamamilə Osmanlı İmperatorluğuna təslim olunur.

Qüllə 1509-cu ildə baş verən və osmanlılar tərəfindən “kiçik qiyamət” adlandırılan zəlzələ zamanı ciddi zərər görüb. Lakin o zamanın tanınmış memarlarından biri olan Hayreddin tərəfindən yenidən qurulub. Osmanlı Sultanı III Muradın (1546-1595) dövründən 1579-cu ilədək qüllə rəsədxana kimi fəaliyyət göstərib. XVI əsrdə isə İstanbulun Kasımpaşa limanında işləyən xristian müharibə əsirlərinin sığınacağı olub.

XVII əsrin birinci yarısında dövrün elm adamlarından olan Hazerfen Ahmet Çelebi taxtadan düzəltdiyi qartal qanadları ilə Qalata qülləsindən İstanbulun Üsküdar istiqamətində uçub. Bu uçuş avropalıların marağına səbəb olub.

1717-ci ildə İstanbulda tez-tez baş verən yanğınlar səbəbindən Qalata yanğına nəzarət qülləsi olaraq istifadə olunmağa başlayıb. Buna baxmayaraq, XVII əsrin ortalarında və 1831-ci ildə qüllədə baş verən iki yanğın nəticəsində o, ciddi zərər görür. 1875-ci ildə İstanbulda baş vermiş güclü fırtına isə qüllənin üst hissəsini tamamilə dağıdır. 1965-1967-ci illərdə tikilinin dağılmış hissəsi yenidən inşa edilir və Qalata qülləsi hazırkı görünüşünü alır.

Əzəməti ilə seçilən qüllənin hündürlüyü 67 metrdir. Qüllənin zirzəmisində yerləşən çuxurlarda aparılan araşdırmalar zamanı burada insan sümüklərinə rast gəlinib. Bu da bir vaxtlar qüllənin zirzəmisinin zindan kimi istifadə edildiyini göstərir. Aparılan hesablamalara görə, bu tarixi tikilinin çəkisi 10 min tondur.

İstanbulun ən əhəmiyyətli memarlıq nümunələrindən biri olan Qalata qülləsinin yerləşdiyi tarixi Qalata bölgəsi isə romalıların zamanında şəhərin 14 məhəlləsindən 13-sü olub. Böyük Konstantinin vəfatından sonra burada dəfn edilməsini istəməsi bu yerin o vaxtlar necə vacib məkan olduğuna işarədir.

Hazırda Qalata qülləsi İstanbula gələn turistlərin ziyarət etdikləri ilk məkandır. Bu tarixi tikilinin ən yüksək nöqtəsindən isə İstanbul sahili başda olmaqla, Haliç bölgəsi və boğaza gözəl mənzərə açılır.


AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!