31 Mart 2026 19:13
154
CƏMİYYƏT
A- A+
“Susmayan həqiqətlər” sərgisinə yekun vurulub

“Susmayan həqiqətlər” sərgisinə yekun vurulub

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında təşkil olunan, tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” sərgisinə yekun vurulub.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, tədbirdə Aparat rəhbərinin müavini Rəşid Rumzadə çıxış edərək “Susmayan həqiqətlər” sərgisinin azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxış edib, Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından danışıblar.

Tədbirin yekununda ombudsmanın 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanatı səsləndirilib. Bəyanatda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən ilk dəfə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsi ilə həmin hadisələrə siyasi qiymətin verildiyi vurğulanıb.

Qeyd edək ki, martın 2-dən martın 31-dək davam etmiş “Susmayan həqiqətlər” sərgisində nümayiş olunan nəşrlər, eləcə də arxiv sənədləri, fotoşəkillər və digər materiallar yerli və xarici qonaqlara təqdim edilib. İştirakçılar sərginin xatirə dəftərinə öz təəssüratlarını qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səudiyyə Ərəbistanında gün ərzində 12 PUA və 4 ballistik raket zərərsizləşdirilib  

22:37
31 Mart

Azərbaycan və İpək Yolu Fondu arasında yeni investisiya fondu yaradıla bilər

20:47
31 Mart

Nazir: Ölkəmizdə aparılan islahatlar xarici investisiyaların təşviqinə geniş imkanlar açır  

20:41
31 Mart

Sabahdan Azərbaycanda elektron siqaretlərin istifadəsi və satışı qadağan olunur

20:01
31 Mart

Belçika Baş nazirinin müavini İran ərazisindən Naxçıvana dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib

19:36
31 Mart

Prezident Rəcəb Tayyib Ərdoğan: Regionda baş verən proseslər kibertəhlükəsizliyin əhəmiyyətini göstərdi  

19:33
31 Mart

Azərbaycan Ordusunda soyqırımı qurbanlarının xatirəsi anılıb

19:21
31 Mart

“Susmayan həqiqətlər” sərgisinə yekun vurulub

19:13
31 Mart

Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb

18:24
31 Mart

FIFA dünya çempionatında tətbiq ediləcək yeni qaydaları açıqlayıb  

18:22
31 Mart

Hörmüz boğazının bağlanmasının Körfəz ölkələrinə zərəri 50 milyard dollar qiymətləndirilir

17:53
31 Mart

Rusiyalı politoloq: Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə güclənib VİDEO  

17:35
31 Mart

Prezident Kitabxanasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb 

17:24
31 Mart

Avrozonada inflyasiya əhəmiyyətli dərəcədə yüksəlib

17:19
31 Mart

Macarıstan “Caspian Agro-2026”da iştirak etməyə dəvət olunub

17:12
31 Mart

Budapeştdə Azərbaycanın qütblərarası dialoqun təşviqindəki rolundan danışılıb

17:03
31 Mart

Ağdərədəki təlim mərkəzində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

16:59
31 Mart

Yaz fəslində sağlamlığı qorumaq üçün nə etmək lazımdır?

16:21
31 Mart

TÜRKPA 31 mart soyqırımı ilə bağlı bəyanat yayıb

15:51
31 Mart

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb

15:45
31 Mart

“Eurovision” mahnı müsabiqəsini ilk dəfə Asiyada təşkil edəcək

15:44
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!