31 Mart 2026 15:08
160
CƏMİYYƏT
A- A+
“Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların sayı 10 mini ötüb 

“Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların sayı 10 mini ötüb 


Martın 6-dan bəri qeydiyyatına start verilən VI “Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların sayı artıq 10 mini ötüb.

Bu barədə AZƏRTAC-a müsabiqənin işçi qrupundan məlumat verilib. Bildirilib ki, ötən 5 mövsüm üzrə müsabiqəyə ümumilikdə 69 min 963 nəfər müraciət edib, onlardan 39 min 536 nəfərin şəxsi kabineti yaradılıb. Namizədlərdən 1254 nəfər yarımfinal mərhələsinə, 488 nəfər final mərhələsinə yüksəlib, 116 nəfər isə qalib adını qazanıb.

Qeydiyyatdan keçənlərin 30.45 faizini qadınlar, 69.55 faizini isə kişilər təşkil edir. Qaliblərin isə 55.63 faizi dövlət sektorunu, 34.51 faizi özəl sektoru, 6.34 faizi beynəlxalq qurumları, 3.52 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir.

VI “Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların 7 mindən çoxu kişi, 2 mindən çoxu isə qadındır. Eyni zamanda, əvvəlki mövsümlərdə iştirak etmiş şəxslərin sayı 5 mindən çox, yeni iştirakçıların sayı isə 4 mindən çoxdur. “Yüksəliş” müsabiqəsi çərçivəsində yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komanda idarəetməsi və liderlik bacarıqları da qiymətləndirilir. Müsabiqə qalibləri Mentorluq Proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davam etdirirlər. Qaliblərdən 80 nəfərdən çoxu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), SOCAR, “PAŞA Holding”, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ), “AzerGold” QSC, bp və “Kapital Bank” ASC kimi ölkənin qabaqcıl dövlət və özəl qurumlarında müxtəlif təyinatlar alaraq məsul vəzifələrdə fəaliyyət göstərirlər.



Qeyd edək ki, VI “Yüksəliş” müsabiqəsi üzrə qeydiyyat aprelin 16-dək davam edəcək. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan yukselish.az vasitəsilə həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, qeydiyyatın son gününə qədər 21-51 yaş aralığında olmalı, ali təhsilə və minimum 2 illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Müdafiə Nazirliyi: Qardaşlarımıza qarşı törədilən soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq!  

15:34
31 Mart

Yaxın Şərq münaqişəsi daha çox insanın aclıqdan əziyyət çəkməsinə səbəb olacaq  

15:33
31 Mart

“Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların sayı 10 mini ötüb 

15:08
31 Mart

Qeyri-iş günlərində şəhər və rayonlararası marşrutlar üzrə 200 mindən çox sərnişin daşınıb

15:06
31 Mart

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

14:48
31 Mart

Fransada yanacaq qıtlığı yaşanır  

14:29
31 Mart

Hesabat: Cəmi 13 ölkə təhlükəsiz hava keyfiyyəti standartlarına uyğundur

14:23
31 Mart

ABŞ təbii qaz mayelərinin ixracını artırıb

14:17
31 Mart

Qarabağın “Qırmızı Kitab”ı hazırlanır

14:01
31 Mart

Baş Prokurorluq: Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir

13:53
31 Mart

Qızılın qiyməti 5400 dollara yüksələ bilər – PROQNOZ

13:41
31 Mart

Sabah bəzi yerlərdə 25 dərəcə isti olacaq

13:31
31 Mart

Dollar mart ayını 2022-ci ildən bəri ən yaxşı aylıq göstərici ilə başa vurur

13:13
31 Mart

ABŞ Prezidenti: Hörmüz boğazı bağlı qalsa belə, İrana qarşı hərbi kampaniyanı başa çatdırmaq əzmindəyik  

13:07
31 Mart

Fransada yanacağın bahalaşmasına etiraz edən yük maşını sürücüləri yolu bağlayıblar  

13:05
31 Mart

Hörmüz boğazı üçün iki fərqli plan: pulsuz gəmiçilik, yoxsa Süveyş modeli?

13:04
31 Mart

BDYPİ: Yolu nəzərdə tutulmayan yerlərdən keçməyin

13:02
31 Mart

ABŞ İrana qarşı əməliyyatlarda mindən çox qanadlı raketdən istifadə edib

13:00
31 Mart

“Google” sosial media üçün ümumi qadağaları dəstəkləməyib

13:00
31 Mart

Dubay sahillərində nəhəng neft tankeri İranın hücumuna məruz qalıb  

12:58
31 Mart

Soyqırımı cinayətlərini dünyaya çatdırlmalı və gələcək nəsillərə ötürməliyik

12:47
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!