31 Mart 2026 17:53
154
DÜNYA
A- A+
Hörmüz boğazının bağlanmasının Körfəz ölkələrinə zərəri 50 milyard dollar qiymətləndirilir

Hörmüz boğazının bağlanmasının Körfəz ölkələrinə zərəri 50 milyard dollar qiymətləndirilir


Qlobal miqyasda xam neft və neft məhsullarının nəqlinin 20 faizinin həyata keçirildiyi, mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti üçün isə əsas tranzit nöqtəsi olan Hörmüz boğazının bağlı qalmasının Körfəz ölkələrinə vurduğu ziyanın 50 milyard dolları ötdüyü bildirilir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazının bağlanması səbəbindən Körfəz ölkələri münaqişənin başlanğıcından bəri enerji gəlirlərində ciddi itkilərə məruz qalırlar. ABŞ və İsrailin İrana hücumları və İranın cavab tədbirləri Körfəz ölkələrində enerji istehsalı, enerji obyektləri, ticarət yolları, logistika, maliyyə və turizm infrastrukturu da daxil olmaqla bir çox sektorda ciddi iqtisadi yavaşlamaya səbəb olub. Hörmüz boğazının bağlanması Körfəz ölkələrinin iqtisadiyyatları üçün əsas gəlir mənbəyi olan neft və təbii qaz ixracının dayanması fonunda bir aydan çoxdur davam edən regional münaqişənin bu ölkələrə vurduğu ziyanın dəyəri hər gün artır. Hörmüz boğazından nəqliyyatın dayanması Körfəz ölkələrinin neft və LNG ixracını pozub və enerji gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb.

Münaqişə başlayandan indiyədək İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin Hörmüz boğazından neft ixracı gündəlik 12,32 milyon bareldən gündə 7,83 milyon barelə düşüb. Bu dövrdə həmin ölkələrin neft gəlirlərinin itkisi 15,27 milyard dollar proqnozlaşdırılır. Enerji qurğularının sıradan çıxması və bu bölgələrdə LNG ixracında yaşanan problemlər də daxil olmaqla, bu ölkələrin ümumi itkilərinin 50 milyard dolları keçdiyi təxmin edilir.

Gündəlik neft hasilatı təxminən 30 milyon barel olan Körfəz bölgəsi qlobal miqyasda tədarükün təxminən üçdəbirini təşkil edir. Qlobal LNG ixracının təxminən 20 faizini təşkil edən Qətər və BƏƏ, eləcə də Səudiyyə Ərəbistanı, Küveyt və İraq kimi ölkələr təbii qaz daşımalarının və neft ixracatının böyük bir hissəsini Hörmüz boğazı vasitəsilə dünya bazarlarına göndərirdilər. Körfəz ölkələri arasında Qətər, Küveyt və Bəhreyn, demək olar ki, 100 faiz Hörmüz boğazından asılıdır. Digər tərəfdən, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ və İran ixracatlarının bir hissəsini boğazdan istifadə etmədən boru kəmərləri vasitəsilə həyata keçirə bilirlər.

Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, dəniz yolu ilə neft daşımalarının təxminən 25 faizi Hörmüz boğazından keçir. Çin, Yaponiya, Koreya Respublikası və Hindistan kimi Asiyanın nəhəng iqtisadiyyata malik ölkələri Körfəz bölgəsindən böyük həcmdə neft idxal edir. Bölgədən çıxarılan xam neftin 44 faizi Çin və Hindistana ixrac olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hörmüz boğazının bağlanmasının Körfəz ölkələrinə zərəri 50 milyard dollar qiymətləndirilir

17:53
31 Mart

Rusiyalı politoloq: Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə güclənib VİDEO  

17:35
31 Mart

Prezident Kitabxanasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb 

17:24
31 Mart

Avrozonada inflyasiya əhəmiyyətli dərəcədə yüksəlib

17:19
31 Mart

Macarıstan “Caspian Agro-2026”da iştirak etməyə dəvət olunub

17:12
31 Mart

Budapeştdə Azərbaycanın qütblərarası dialoqun təşviqindəki rolundan danışılıb

17:03
31 Mart

Ağdərədəki təlim mərkəzində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

16:59
31 Mart

Yaz fəslində sağlamlığı qorumaq üçün nə etmək lazımdır?

16:21
31 Mart

TÜRKPA 31 mart soyqırımı ilə bağlı bəyanat yayıb

15:51
31 Mart

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb

15:45
31 Mart

“Eurovision” mahnı müsabiqəsini ilk dəfə Asiyada təşkil edəcək

15:44
31 Mart

Türkiyə Müdafiə Nazirliyi: Qardaşlarımıza qarşı törədilən soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq!  

15:34
31 Mart

Yaxın Şərq münaqişəsi daha çox insanın aclıqdan əziyyət çəkməsinə səbəb olacaq  

15:33
31 Mart

“Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların sayı 10 mini ötüb 

15:08
31 Mart

Qeyri-iş günlərində şəhər və rayonlararası marşrutlar üzrə 200 mindən çox sərnişin daşınıb

15:06
31 Mart

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

14:48
31 Mart

Fransada yanacaq qıtlığı yaşanır  

14:29
31 Mart

Hesabat: Cəmi 13 ölkə təhlükəsiz hava keyfiyyəti standartlarına uyğundur

14:23
31 Mart

ABŞ təbii qaz mayelərinin ixracını artırıb

14:17
31 Mart

Qarabağın “Qırmızı Kitab”ı hazırlanır

14:01
31 Mart

Baş Prokurorluq: Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir

13:53
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!