30 Sentyabr 2022 00:46
743
SİYASƏT
A- A+

Şuşaya 10-cu səfər 

 

İlham Əliyevin diqqəti və qayğısı ilə Azərbaycanın mədəniyyət paytaxtı sürətlə dirçəlir

 

Vətən müharibəsinin başa çatmasından ötən müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidr. Qısa müddətdə nəhəng infrastruktur layihələrin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin, yenilməz quruculuq əzminin təcəssümüdür. Torpaqlarımızı azad edən Müzəffər Ali Baş Komandan indi yurd yerlərimizə yeni həyat bəxş edir.

 

Quruculuğun Şuşa zirvəsi

 

Ötən iki ilə yaxın müddətdə həyata keçirilən bərpa işləri işğaldan azad olunmuş bütün şəhər və rayonlarımızı əhatə edir. Görülən işlər isə məhdud sfera ilə kifayətlənməyərək, demək olar ki, bütün sahələri əhatə edir. Həm infrastrukturlar yaradılır, həm yaşayış massivləri inşa olunur, həm də bu ərazilərin iqtisadi potensialı hərəkətə gətirilir. 
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuğun əsas ünvanlarından biri də Şuşadır. Qarabağın tacı, mədəniyyətimizin paytaxtı sürətlə bərpa olunur, tarixi şöhrətini tədricən özünə qaytarır.  Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfərləri bir daha göstərdi ki, Şuşa dirçəlir, yeniləşir. 
Şuşanın bərpası istiqamətində işlər Vətən müharibəsinin başa çatmasından dərhal sonra başlayıb. İlk olaraq şəhərin enerji və su təchizatı təmin edilib, Şuşaya doğru Zəfər yolu salınıb. Ötən ilin yanvarında Şuşaya səfər edən Prezident İlham Əliyev özü ilə bərabər Bülbülün, Natəvanın, Üzeyir bəy Hacıbəylinin büstlərini gətirmişdi. 2021-ci il ərzində Şuşada Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-siyasi xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Qala divarlarında bərpa işləri aparılıb. Şuşadakı Rəsm Qalereyası, Xalçaçılıq Qalereyası da şəhərdə bərpa olunan binalar sırasında yer alır. Xarıbülbül" və "Qarabağ" hotelləri isə Şuşaya gələn qonaqların istifadəsindədir.
Bu il mayın 10-da "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir.

 

Dövlət başçısının hər səfəri Şuşanın həyatında dərin iz buraxır

 

Budəfəki səfər Prezident İlham Əliyevin Şuşanın azad olunmasından sonra şəhərə 10-cu gəlişi idi. Bu səfərlərin hər biri Şuşanın həyatında dərin iz buraxıb. Eyni zamanda bu səfərlərdə yeni ünvanların təməli qoyulub. Dövlət başçısının imzaladığı sərəncamlarla Şuşada həyata keçirilən layihələr maliyyələşdirilib. Məsələn, dövlət başçısının sərəncamları ilə Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi, şəhərin istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması, Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi, mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi, Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası, Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı vəsaitlər ayrılıb.
Şəhərin Baş planı təsdiq olunub. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. İlk evlərin 2023-cü ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Bu səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa olunan yeni yaşayış kompleksində, hotel və konfrans mərkəzində, yenidən qurulan hoteldə, 1 saylı tam orta məktəbin binasında, Mehmandarovların malikanə kompleksində, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında aparılan tikinti və bərpa işləri ilə, Şuşa rayonunda xüsusi nümayəndəliyin binasında yaradılan şəraitlə tanış olublar. Bütün bu layihələr göstərir ki, Şuşanın bərpası və yenidən qurulması kompleks xarakter daşıyır.

 

Şəhər tarixi siması qorunmaqla bərpa olunur

 

Hələ ötən ilin əvvəlində Prezident İlham Əliyev Şuşanın bərpası ilə bağlı tapşırıqlarını verərkən demişdi: "Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz".
Hazırda Şuşa böyük tikinti meydanını xatırladır. Şəhərin hər küçəsində bərpa və quruculuq işləri aparılır. Görünən odur ki, mədəniyyət paytaxtımızda bərpa işləri dövlət başçısının tapşırıqlarına uyğun olaraq şəhərin memarlıq xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Ümumilikdə Şuşanın tarixi simasının qorunması diqqət mərkəzində saxlanılır. Beləliklə, Şuşa Azərbayanın mədəniyyət beşiyi kimi tarixi ənənələrini bərpa edir, şəhərə həyat yenidən qayıdır, özü də yüksək səviyyədə.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video