22 Yanvar 2026 12:57
1158
Elm və texnika
A- A+
Şuşanın Hacı Yusifli məscidi: tarixi abidənin işğal dövründə məhv edilmiş kitabəsi  

Şuşanın Hacı Yusifli məscidi: tarixi abidənin işğal dövründə məhv edilmiş kitabəsi  


Pənah xanın dövründə Şuşanın inşası üçün cəlb edilən tayfalar məskunlaşdıqları məhəllələrə öz adlarını verirdilər. Hər bir məhəllədə məscid, bulaq və meydan kimi ictimai binalar tikilirdi. Belə məscidlərdən biri də XIX əsrin sonlarına aid edilən Hacı Yusifli məscididir.

Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayevin AZƏRTAC-a verdiyi məlumata görə, görkəmli memar Kərbalayi Səfixan Qarabağinin inşa etdiyi Hacı Yusifli məscidi XIX əsrdə Şuşada fəaliyyət göstərən 17 məsciddən biri idi. Məscidin inşası ilə eyni vaxtda yaxınlığında Hacı Yusifli bulağı da salınmışdı. Bu iki obyekt memarlıq baxımından vahid bir kompozisiya təşkil edirdi.

Onun sözlərinə görə, məscidin baş fasadı qeyri-simmetrik giriş hissəsinə malik idi. Giriş qapısı və pəncərələr üzərindəki aypara şəkilli tağbəndlər, eləcə də yuxarıda yerləşən daş kitabə xüsusi zövqlə işlənmişdi. Daxili planda qadınlar üçün nəzərdə tutulmuş ibadət otağı ümumi zaldan ayrıca girişə malik idi və pilləkənlə birbaşa yuxarı qalxırdı. Sütunsuz ibadət zalı baş və yan fasadlardakı pəncərələr hesabına təbii işıqla təmin olunurdu. Məscidin dördyamaclı dam örtüyündə azançı üçün "güldəstə" quraşdırılmışdı.

“Əldə edilmiş fotoşəkillərə əsasən, məscidin kitabəsinin mətni belə idi: Tərcümə: “Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən şəxslər təmir edə bilər. Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn, 1312. Kitabədə “Tövbə” surəsinin 18-ci ayəsinin bir hissəsi, həmçinin Əhli-beyt üzvlərinin adları həkk olunmuşdu. Hicri-qəməri təqvimi ilə 1312-ci (miladi 1894/95-ci il) tarix məscidin tikilmə vaxtını dəqiqləşdirirdi.

Təəssüf ki, 30 illik işğal dövründə bu əvəzsiz tarixi abidənin kitabəsi erməni vandalizmi tərəfindən tamamilə məhv edilib. Şuşanın Hacı Yusifli məscidi Azərbaycan xalqının mədəni irsinə qarşı törədilmiş növbəti cinayətin qurbanı olub”, - deyə alim bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  

23:04
13 Fevral

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir  

22:41
13 Fevral

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir  

22:33
13 Fevral

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı  

22:31
13 Fevral

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib 

22:24
13 Fevral

Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb  

22:14
13 Fevral

Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb  

22:13
13 Fevral

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında Tramp Marşrutu layihəsinin əhəmiyyətindən danışıb  

22:06
13 Fevral

Ərəb politoloq: Azərbaycan postmünaqişə mərhələsində praqmatik və gələcəyə yönəlmiş yanaşma nümayiş etdirir 

21:34
13 Fevral

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub  

20:39
13 Fevral

Nazir: Azərbaycanla Serbiya arasında imzalanmış sənədlər əməkdaşlığın güclü hüquqi bazasını təşkil edir  

20:28
13 Fevral

“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb  

20:01
13 Fevral

Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib  

19:41
13 Fevral

Bahar Özsoy: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir urbanizasiya modelinin tətbiqinə xüsusi önəm verir  

19:28
13 Fevral

Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqələrinin bərpası həqiqətə uyğun deyil  

19:05
13 Fevral

İsrail-ABŞ-Azərbaycan əməkdaşlığı regionda uzunmüddətli strateji dayanıqlığın əsaslarını formalaşdırır

18:58
13 Fevral

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

18:13
13 Fevral

Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib  

18:03
13 Fevral

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:51
13 Fevral

Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:43
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!