17 Sentyabr 2024 08:05
241
İDMAN
A- A+
Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi

Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi


Bakı daha bir mötəbər idman tədbirinə yüksək səviyyədə evsahibliyi etdi


Dünyada avtomobil həvəskarlarının əsas bayramı hesab edilən "Formula-1" Azərbaycan Qran-prisi başa çatdı. Azərbaycan sayca 8-ci dəfə bu möhtəşəm yarışa uğurla evsahibliyi etdi. Dünya növbəti dəfə azərbaycanlıların mehribanlığına, qonaqpərvərliyinə, qədim tarixinə, füsunkar təbiətinə, mentalitetinə şahidlik etdi. 

Çoxlu sayda siyasi, mədəni, idman və digər tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız növbəti beynəlxalq tədbirə layiqincə evsahibliyi etməklə dünyanın diqqətini Bakıya cəlb etdi. "Formula-1" Azərbaycan Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü. Bütövlükdə bu mötəbər tədbir Azərbaycanı növbəti dəfə beynəlxalq aləmə daha yaxından tanıtdı. 

Sentyabrin 13-də başlayan yarışların sonuncu günü həyəcanlı keçib. Sentyabrın 15-də Qran-prinin açılış mərasimi baş tutub. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. "Xan Qarabağ" xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib. Açılışdan sonra "Formula-1" Azərbaycan Qran-prisi-2024 start götürüb.

"Formula-1" yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Sürücülər qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurublar. 

Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi isə İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda "McLaren"in avstraliyalı pilotu Oskar Piastri Qran-prinin qalibi olub. Şarl Lekler ("Ferrari") ikinci, Corc Rassell ("Mercedes") üçüncü sırada qərarlaşıb. Sonra "Formula-1" Azərbaycan Qran-prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Əvvəlcə qalib idmançının və komandanın şərəfinə Böyük Britaniya və Avstraliya Dövlət himnləri səsləndirilib.

Mükafatları pilotlara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və "Qatar Airways"in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez təqdim ediblər.

İlk gündə keçirilmiş birinci sərbəst yürüşdə "Red Bull" komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.

Sentyabrın 14-də təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.

Builki dünya çempionatına fevralın 29-dan martın 2-dək Bəhreyn Qran-prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya və Yaponiya, Çin, ABŞ, İtaliya (İmola), Monako, Kanada, İspaniya, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, Niderland və İtaliyada (Monza) təşkil olunub. Yarışlara dekabrın 6-8-də Əbu-Dabidə yekun vurulacaq.

Beləliklə, 16 Qran-pridən sonra pilotların siyahısında "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 313 xalla liderdir. "McLaren"də çıxış edən Lando Norris 254 xalla ikinci yeri tutub. İlk "beşliy"i isə 235 xalla Şarl Lekler ("Ferrari"), 222 xalla Oskar Piastri ("McLaren"), 184 xalla Karlos Sayns ("Ferrari") tamamlayıblar.

Konstruktorlar kubokuna isə 476 xalla "McLaren" komandası başçılıq edir. "Red Bull" 456 xalla ikinci, "Ferrari" 425 xalla üçüncü pillədə yer alıblar.

Beləliklə, qarşıya qoyulmuş vəzifə - idman tədbirinin tələb olunan səviyyədə təşkili və onun iştirakçılarının ədalətli mübarizə aparması üçün lazımi şəraitin yaradılması uğurla icra olundu. Bakı Şəhər Halqası əməliyyat şirkəti əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində idman tədbirini ən yüksək səviyyədə təşkil etdi, "Formula-1" komandalarının və  yarışı televiziya ilə izləyən yüz milyonlarla motoidman azarkeşinin rəğbətini qazandı. Mübaliğəyə varmadan demək olar ki, Azərbaycanda Qran-prinin təşkili təqdirəlayiq idi.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var  

11:03
17 Sentyabr

Naxçıvanda sahibkarlarla görüş keçirilib  

11:00
17 Sentyabr

ÜST “mpox” virusuna qarşı ilk peyvəndi təsdiqləyib  

10:01
17 Sentyabr

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılıb

09:52
17 Sentyabr

Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

09:48
17 Sentyabr

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb

09:45
17 Sentyabr

Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır

09:28
17 Sentyabr

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib  

09:16
17 Sentyabr

Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 

09:15
17 Sentyabr

"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı

09:10
17 Sentyabr

Səmaların Leylası... 

09:05
17 Sentyabr

Zaqatalanın Muğanlı kəndində yeni məktəb binası istifadəyə verildi

09:00
17 Sentyabr

"Şeyx Alı"nın ayağı düşərli oldu 

08:55
17 Sentyabr

"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb

08:50
17 Sentyabr

Hindistan səfiri Lənkəranda olub 

08:45
17 Sentyabr

Meyvə festivallarının sırasına biri də əlavə edildi

08:40
17 Sentyabr

Sahilin başına "oyun açan" Xəzər 

08:35
17 Sentyabr

Yanardağın "sirləri" 

08:30
17 Sentyabr

Qaratüstülü avtobuslardan tutmuş küçə ticarəti və tullantı qalaqlarınacan... 

08:25
17 Sentyabr

Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?

08:20
17 Sentyabr

Şvabenin ermənipərəstliyi

08:15
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!