18 Dekabr 2024 21:10
119
CƏMİYYƏT
A- A+
Sülhün və sabitliyin bərqərar olması üçün dinlərarası harmoniyanın yaradılması qaçılmazdır  

Sülhün və sabitliyin bərqərar olması üçün dinlərarası harmoniyanın yaradılması qaçılmazdır  

ICESCO-nun Rabat şəhərindəki baş qərargahında “Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi” mövzusunda təşkil olunan beynəlxalq konfrans işini sessiyalarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, “Avropa Müsəlman Liderləri Məclisi” (“Eulema”) təşkilatının sədri doktor Yəhya Pallavicinin moderatorluğu ilə “Dinlərarası harmoniya davamlı inkişafın əsas elementi kimi” mövzusunda keçirilən I sessiyada çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru Əhməd Abdullah Zayed Hegab dinlərin müxtəlifliyini qəbul etməyin onları təbii zənginlik kimi görmək olduğunu bildirib. Qeyd edib ki, bu isə dinlərarası harmoniya üçün ən vacib elementdir. Biz dinlərin fərqliliklərini deyil, ortaq dəyərlərini ön plana çıxarmalıyıq. Bu gün dünyada baş verən əksər münaqişələrin kökündə yanlış anlaşılmalar, dözümsüzlük və stereotiplərdən kənara çıxa bilməmək durur. Məhz buna görə də sülhün və sabitliyin bərqərar olması üçün dinlərarası harmoniyanın yaradılması qaçılmazdır.

Milli Məclisin sədr müavini Rafael Hüseynov bildirib ki, əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycan dünyada müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birliyini yaradan ölkə kimi tanınır. Azərbaycan hökuməti müxtəlif dinlərə sitayiş edən, müxtəlif dillərdə danışan bütün etnik qrupların birgəyaşayışını təmin etmək üçün geniş və sistemli fəaliyyət göstərir. Qeyd edib ki, 1918-ci ilə qədər Azərbaycanın tərkibində olan İrəvan “məscidlər şəhəri” kimi tanınırdı. Onların hamısı məhv edilib. Bu, başqa dinlərə, xalqlara, mədəniyyətlərə münasibətin bariz nümunəsidir.

Seneqal Respublikası Prezidenti yanında Dini işlər və ərəb dili məzunlarının inteqrasiyası üzrə direktor Cim Dreym söyləyib ki, hər kəsin dini inanclarını azad və qorxusuz şəkildə yaşaması üçün dinlərarası anlaşma vacibdir. Bunun üçün gənclərə dinlər haqqında doğru məlumatlar vermək, fərqli dinlərin nümayəndələri arasında müntəzəm dialoqlar təşkil etmək lazımdır.

İslam elmləri üzrə tədqiqatçı, liviyalı professor Camal Əbdüssəlam əl-Həcrisi çıxışında dinlərarası dialoq və harmoniyanın əhəmiyyətini vurğulayaraq, sülh və əmin-amanlığın təmin olunmasında dinlərin müsbət rolunu qeyd edib. Bildirib ki, dinlərarası münasibətlərin inkişafı, qarşılıqlı anlaşma və əməkdaşlıq dünya miqyasında davamlı sülhün qurulmasına kömək edə bilər.

London İslam Mərkəzinin direktoru, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təmsilçisi Əhməd əl-Dubayan dinlərarası münasibətlərin və birgəyaşayışın vacibliyini, müasir dünyada müxtəlif dinlərə mənsub insanların bir arada sülh və əmin-amanlıq şəraitində yaşamasının böyük önəm daşıdığını vurğulayıb. O, cəmiyyətlərdə anlaşmanın və qarşılıqlı hörmətin inkişafı üçün təhsil və mədəniyyət mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycanın dünyada humanizm prinsiplərinə sadiq, sülhsevər və tolerant ölkə kimi tanındığını deyən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsinin və beynəlxalq arenada tolerantlıq mərkəzi kimi tanınmasının hər bir azərbaycanlı üçün qürurverici olduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyev tolerantlığı dövlət siyasətinin prioritet istiqamətlərindən və əsas hədəflərindən birinə çevirib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi də bu sahəyə olan diqqətin göstəricisidir.

Azərbaycan Respublikasının Alban-udi xristian dini icmasının sədri Robert Mobili ölkəmizin müxtəlifliyə dəyər verən, bütün xalqlara və dinlərə hörmət göstərən, onların hüquq və azadlıqlarını qoruyan müqəddəs torpaq olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan harmoniya və birgəyaşayışın qiymətləndirildiyi, insan ləyaqətinə yüksək verildiyi ölkədir.

Beynəlxalq konfrans işini növbəti sessiya ilə davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında

01:47
19 Dekabr

"Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə

01:46
19 Dekabr

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında

01:45
19 Dekabr

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 13 dekabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:44
19 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin forması, sayı və hazırlanması qaydası haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

01:43
19 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:43
19 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:42
19 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:42
19 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:39
19 Dekabr

"Bank Respublika" asc səhmdarlarının nəzərinə!

01:37
19 Dekabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

23:25
18 Dekabr

Tələbələrin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib

23:23
18 Dekabr

Rusiyada sərnişin və yük qatarları toqquşub  

23:19
18 Dekabr

Mingəçevirdə yeni stadion olacaq

23:18
18 Dekabr

Türkiyə Prezidenti fransalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib  

23:17
18 Dekabr

Suriyada əczaçılıq anbarında çoxlu sayda meyit tapılıb  

23:16
18 Dekabr

Türkiyə Prezidenti: Suriyada sabitlik bütün regionun sabitliyinə bərabərdir  

22:25
18 Dekabr

Azərbaycanın yaşıl dünya naminə fəaliyyətlərdə özünəməxsus təcrübəsi var  

21:12
18 Dekabr

Sülhün və sabitliyin bərqərar olması üçün dinlərarası harmoniyanın yaradılması qaçılmazdır  

21:10
18 Dekabr

Anastasiya Lavrina: 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası Cənubi Qafqazın tarixində mühüm hadisə oldu

21:08
18 Dekabr

Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzindədir  

21:07
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!