10 Fevral 2026 08:05
2056
SİYASƏT
A- A+
Sülhün qorunması ümumi məsuliyyətdir

Sülhün qorunması ümumi məsuliyyətdir


Azərbaycanın qətiyyətli səyləri nəticəsində Cənubi Qafqazda hazırda de-fakto sülh müşahidə olunur. Ötən il avqustun 8-də Vaşinqton Sammitində Ağ Ev rəhbəri Donald Trampın iştirakı ilə iki ölkə arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişi mətninin paraflanması normallaşma ilə bağlı xeyli irəliləyişlərin əldə olunmasına rəvac verib. Azərbaycanın Ermənistana tranzit məhdudiyyətini aradan qaldırması, bu ölkəyə neft məhsulları tədarük etməsi də bunun mühüm tərkib hissəsidir. Eyni zamanda iki ölkə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri xalqlar arasında etimad quruculuğunun yaranmasında vacib əhəmiyyət daşıyır.


Müsbət dinamika qorunub saxlanmalıdır

 

Prezident İlham Əliyevin fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı da bu məqamlara vurğu edilib. Tərəflər ABŞ Prezidenti Donald Trampın evsahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar.

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Liderlər, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Əbu-Dabidə iki ölkə liderinin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilməsi də məhz  regionda müsbət istiqamətdə irəlilədilən sülh prosesinə verilən beynəlxalq dəyərin təzahürü idi.

"Zayed İnsan Qardaşlığı Mükafatı" Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan  "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib.

Nüfuzlu mükafatın təqdimolunma mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev bölgədə əldə olunan barışın nümunə yaratdığını bu sözləri ilə dilə gətirdi: "...Hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür".


Sülh və qarşılıqlı anlaşma


Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllindən sonra ölkəmizin seçdiyi siyasi  xətt sülh və qarşılıqlı anlaşma oldu.

Yuxarıda da vurğuladığımız kimi, Azərbaycanın qətiyyətli səyləri ilə əldə olunan regional sülh beynəlxalq səviyyədə rezonans doğurub. Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində əldə olunan razılaşmaların Qafqazın gələcəyində yeni bir səhifə açacağına böyük inam doğurub. 

Ötən il 8 avqust tarixində Vaşinqtonda sülh müqaviləsinin imzalanmamasının yeganə səbəbi Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasının olmasıdır. Məlumdur ki, qarşıda bu ölkədə parlament seçkilərinin keçiriləcəyi gözlənilir və nəticələrdən asılı olmayaraq, İrəvan sülh müqaviləsinin imzalanması üçün siyasi iradə nümayiş etdirməlidir. Həmçinin parlament seçkilərindən sonra gündəmə gələ biləcək referendum seçkilərində bu ölkə ümumxalq səsverməsi ilə Ermənistan konstitusiyasının preambula hissəsindəki Azərbaycana qarşı ərazi iddialarını ləğv etməlidir. Bu halda iki ölkə arasında sülh müqaviləsi imzalanacaq. 

Təbii ki, bölgədə müşahidə olunan sülh və əməkdaşlıq mühitinin fonunda nümayiş etdirilən bəzi qeyri-konstruktiv davranışlar təəssüf doğurur. 

2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri sayəsində Azərbaycan Qarabağda separatizmə son qoyaraq bütün ərazilərində suverenliyini təmin edib. 23 saat davam edən antiterror tədbirləri zamanı Qarabağdakı erməni silahlı dəstələri məğlub olaraq ağ bayraq qaldırıblar. Həmin vaxt kriminal rejim özünü buraxdığını elan edib. Bununla da qondarma "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verib. 

Lakin bu günlərdə qondarma və separatçı rejimin sonuncu rəhbəri olan Samvel Şahramanyan Ermənistanın Elm və Təhsil Nazirliyini məhkəməyə verib. Buna səbəb S.Şahramanyanın qondarma qurumu ləğv etməsi barədə qərar haqqında məlumatın tarix dərsliyinə salınmasıdır. O, "şərəf və ləyaqətin qorunması və faktların təkzibi ilə bağlı mülki iddia" qaldırıb. Lakin məhkəmə onun iddiasını təmin etməyib. 

Təbii ki, Şahramanyan bu addımı ilə mövcud reallığı qəbul etmədiyini və Ermənistanda bəzi zehniyyətlərdə hələ də revanşizm meyillərinin ölmədiyini göstərir. Bu isə gələcəkdə sülhə potensial təhlükə deməkdir. 

Eyni zamanda bu günlərdə XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlərin yarış proqramında siyasi və separatçı məzmun daşıyan "Arsax" adlı musiqidən istifadə etməsi narahatlıq doğurdu. 

Təbii ki, bu kimi təxribatçı addımlarla Cənubi Qafqazda sülhün qarşısını almaq mümkün deyil. Çünki normallaşma istiqamətində ortaya qoyulmuş siyasi iradə və qətiyyətli addımlar regionda əbədi sülhü bərqərar etmək iqtidarındadır. Sadəcə sülhün bərqərar olunması üçün xalqlar arasında barış körpülərinin salındığı həssas dövrdə bu cür təxribatçı fəaliyyətlər arzuolunan deyil. Buna görə də sülhə kölgə sala biləcək qeyri-konstruktiv davranışlar hər iki tərəfin vətəndaş cəmiyyətləri tərəfindən qınanmalı və gələcəkdə oxşar halların baş verməməsi üçün məsuliyyət formalaşdırılmalıdır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

12:53
16 Aprel

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması sürətlə davam edir

12:42
16 Aprel

İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimi olub

12:40
16 Aprel

Azərbaycandan təbii qaz ixracı 6 faizdən çox artıb

12:37
16 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:33
16 Aprel

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

12:01
16 Aprel

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:41
16 Aprel

Azərbaycan nefti 113 dollara satılıb

11:36
16 Aprel

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər  

10:50
16 Aprel

Dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qızıl satışına başlayıblar

10:50
16 Aprel

Rusiya təxminən 6 min miqrantı ölkədən çıxaracaq

10:48
16 Aprel

Pentaqon: Kubada sadəcə bir sıra ehtiyat tədbirləri planlaşdırırıq

10:47
16 Aprel

Odessa raket və dron hücumuna məruz qalıb, azı 7 nəfər ölüb

09:47
16 Aprel

Mərkəzi Komandanlıq: Hörmüzdə ABŞ-nin blokadası başlayandan bəri 10 gəmi geri qaytarılıb  

09:39
16 Aprel

"Azərenerji" və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub

09:00
16 Aprel

"Uğurlarıma görə müəllimlərimə minnətdaram"  

08:55
16 Aprel

Milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi

08:50
16 Aprel

Ot kökü üstə bitər

08:45
16 Aprel

Qeyri-neft sektoru üzrə ixracda aqrar və aqrar-sənaye məhsullarının çəkisi yüksəkdir

08:40
16 Aprel

Qardaş ölkə, strateji tərəfdaş

08:35
16 Aprel

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

08:30
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!