16 Aprel 2026 12:53
284
CƏMİYYƏT
A- A+
“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

Aprelin 15-də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin təşəbbüsü ilə “Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Hicran Əyyubova qonaqları salamlayaraq, belə bir aktual mövzunun işıqlandırılması təşəbbüsünə görə Rizvan Nəbiyevə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən deputat Rizvan Nəbiyev qeyd edib ki, dövlətimiz sülh yaratmağın Azərbaycan modelini dünyaya nümayiş etdirdi. Əsgərlərimizin səngərdə başlatdığı Vətənimizin işğaldan azad edilməsi missiyasını Prezidentimiz İlham Əliyev diplomatik-siyasi müstəvidə başa çatdırdı. Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında bildirmişdir ki, “Biz müharibəni udduq, sülhü qazandıq”. Suverenliyimizin bərpasından sonra Prezident İlham Əliyevin hərbi, siyasi-diplomatik səyləri və strateji vizionu əsasında formalaşdırılan Azərbaycanın sülh gündəliyi regionda sabitliyin təmin olunması, davamlı inkişafın qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, həm regional, həm də qlobal miqyasda  bütün güc mərkəzləri tərəfindən diqqətlə izlənilir. 

Sülh gündəliyinin qayəsində yer alan mərkəzi faktorları millət vəkili qısaca olaraq belə səciyyələndirdi: 

-Azərbaycanın coğrafi mövqeyinin üstünlükləri, resursları və nəqliyyat-infrastruktur layihələri vasitəsi ilə həyata keçirdiyi sabitləşdirici funksiya və rol;

-Şanlı zəfərimizdən sonra regionda yaranmış yeni siyasi reallığa uyğun təklif edilən və geniş coğrafi məkanı əhatə edən çoxşaxəli əməkdaşlıq imkanları;

-İkitərəfli əsasda və çoxtərəfli platformalarda inkişaf etdirilən tərəfdaşlıqlarla yeni dünya düzəninə aparan proseslərdə mövqemizin gücləndirilməsi.

Deputat bildirib ki, sülh gündəliyinin əsas fəlsəfəsi ərazi bütövlüyünə hörmət, suverenlik prinsiplərinin qorunması, humanitar dəyərlərin üstün tutulması, qarşılıqlı əməkdaşlıq və dialoq prinsiplərinə əsaslanır. Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Bu isə ölkənin beynəlxalq arenada mövqeyini gücləndirir.

Diqqətə çatdırılıb ki, 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpası Ermənistanla aparılan sülh müqaviləsi üzrə danışıqlarda real nəticələrə yol açdı. «Dayanıqlı sülhün və sabitliyin bərqərar olması, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da intensivləşdi. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona edilən səfər, Ağ Evdə keçirilən görüşlər və BMT Baş Assambleyasında səsləndirilən mövqelər bu prosesin zirvə nöqtəsi oldu. Görüşlər zamanı Prezident İlham Əliyev bildirib ki, əldə olunan razılaşmalar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır.  Artıq xalqımız sülh şəraitində yaşayır və bu, həm siyasi, həm də iqtisadi sahədə öz müsbət nəticələrini göstərir» -deyə Rizvan Nəbiyev bildirib. 

Millət vəkili onu da diqqətə çatdırıb ki, Azərbaycan sülhsevər dövlətdir və hər zaman ABŞ, Avropa İttifaqı və qonşu dövlətlərlə münasibətini sülh və əməkdaşlıq şəraitində qurur.  Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın 11 mart 2026-da Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra yaydıqları Birgə mətbuat bəyanatında yer almış bəzi məsələlərə də toxunan Rizvan Nəbiyev Birgə bəyanatın 8-ci bəndində əksini tapmış Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsünə Azərbaycanla bağlı layihələrin daxil olunmasını qeyd edərək bildirdi ki, “Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. 

Rizvan Nəbiyev həmçinin qeyd edib ki, sülh gündəliyinin yaradacağı perspektivlər olduqca ümidvericidir. Bu perspektivlərə ölkənin regional iqtisadi mərkəzə çevrilməsi, nəqliyyat logistika imkanlarının genişlənməsi və beynəlxalq əməkdaşlığın dərinləşməsini misal göstərmək olar.  

Tədbirdə iştirak edən, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev öz çıxışında bildirib ki, Azərbaycanın sülh gündəliyi təkcə münaqişənin bitməsinə deyil, həm də regionda yeni əməkdaşlıq mühitinin qurulmasına yönəlib. Bu yanaşma həm siyasi, həm iqtisadi, həm də humanitar aspektləri əhatə edir və Cənubi Qafqazın gələcək inkişafında mühüm rol oynayır. Abbas Əliyev həmçinin deyib ki, sülhə gedən yol isə ilk növbədə qarşılıqlı etimadın formalaşdırılmasından keçir. Bu baxımdan Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsi vacibdir. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi regionda davamlı sülhün bərqərar olunmasına mühüm töhfə verə bilər. Bu addım qarşılıqlı etimadın güclənməsinə, münasibətlərin normallaşmasına və sülh müqaviləsinin imzalanmasına real zəmin yaradacaq.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh siyasətinin regionda yeni geosiyasi reallıqlar formalaşdırdığını vurğulayıb. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıdan keçmiş məcburi köçkünlər artıq öz əzəli torpaqlarında təhlükəsiz və sülh şəraitində yaşayırlar ki, bu da dövlətin məqsədyönlü siyasətinin mühüm nəticəsidir.

Gülnar Rəhimova çıxışında Qərbi Azərbaycana qayıdış məsələsinə də toxunaraq, tarixi ədalətin bərpasının vacibliyini diqqətə çatdırıb. Bununla yanaşı, o, gənclərin bu proseslərdə rolunu xüsusi vurğulayaraq bildirib ki, milli dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və sülh ideyalarının gələcək nəsillərə ötürülməsində gənclərin fəallığı mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda millət vəkili, siyasi elmlər doktoru Rizvan Nəbiyev tələbələrin  mövzu ilə bağlı suallarını cavablandırıb.


«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrana hücum Suriya və İraqda uşaqların müalicəsinə mane olub

16:13
16 Aprel

Sudanda münaqişənin fəsadları: iqtisadi tənəzzül, kütləvi köçkünlük, zorakılıq və humanitar böhran

16:12
16 Aprel

Zəngilanda Azərbaycan ilə Rusiya arasında Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb  

16:11
16 Aprel

Milli Məclis və Mərakeş Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb  

15:45
16 Aprel

Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların həcmi açıqlanıb

15:22
16 Aprel

AAYDA-nın sədri Quba–Qonaqkənd yolunda sürüşmə baş verən ərazidə olub

15:13
16 Aprel

Xaçmazda tədris prosesi izlənilib

15:06
16 Aprel

Şahin Mustafayev: Şimal–Cənub dəhlizi mürəkkəb geosiyasi şəraitdə etibarlı fəaliyyətini göstərir  

14:56
16 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Baş nazirin müavini: Azərbaycanla Rusiya arasında investisiya əməkdaşlığında müsbət dinamika müşahidə olunur  

14:51
16 Aprel

Baş nazirin müavini: İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır  

14:47
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

Türkiyədə yeni xüsusi təyinatlı briqadalar formalaşdırılır

14:13
16 Aprel

Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər

14:07
16 Aprel

İlin sonunadək ikinci LRHW hipersəs raket batareyası ABŞ ordusuna təhvil veriləcək  

13:43
16 Aprel

Azərbaycanda nadir elementlərlə zəngin yeni ərazilər müəyyən edilib

13:34
16 Aprel

DSMF-nin xərcləri artıb

13:26
16 Aprel

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasının iştirakçıları Zəngilanın Ağalı kəndi ilə tanış olublar  

13:03
16 Aprel

Kiyevə hava hücumu nəticəsində hotellər, yaşayış binaları dağılıb, ölənlər var 

12:53
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!