14 Yanvar 2023 02:00
1839
SİYASƏT
A- A+
Sülh müqaviləsi qaçılmazdır

Sülh müqaviləsi qaçılmazdır

 

İlham Əliyev Ermənistana və onun havadarlarına bir daha hərbi-siyasi diplomatik danışıqların ən doğru yolunu göstərdi

 

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ildən artıq vaxt ötsə də, qalib Azərbaycanla məğlub Ermənistan arasında hələ də sülh sazişinin imzalanmaması yeganə narahatedici məqamdır. 44 günlük savaşda Azərbaycan qarşısında diz çöküb yalvaran Ermənistan indi köhnə xislətini nümayiş etdirərək müqavilə bağlamaq üçün hətta bəzi şərtlər irəli sürür. Ancaq qalib ölkə kimi Azərbaycanın qətiyyətli mövqeyi dəyişməzdir. Sülh müqaviləsi yalnız Azərbaycan Prezidentinin irəli sürdüyü 5 prinsipə uyğun hazırlanmalı və imzalanmalıdır. 
Yerli televiziya kanallarına verdiyi müsahibədə bir daha tərəflər arasında gedən sülh danışıqlarına toxunan Prezident İlham Əliyev həm Ermənistana, həm də onun havadarlarına hərbi-diplomatik dərs keçdi və bəyan etdi ki, hansısa qüvvə, hansısa güc Azərbaycanla təhdid dilində danışa bilməz. İlham Əliyev eyni zamanda ümidvar olduğunu bildirdi ki, 2023-cü ildə bu məsələlərə tamamilə son qoymaq mümkündür. Azərbaycan üçüncü müharibənin baş verməsini istəmir. Ona görə də Ermənistan rəhbərliyi yaxşı-yaxşı düşünüb qərar verməlidir. 

 

Rusiya sülhməramlılarının missiyası başa çatanda...

 

Bəs Ermənistan nə istəyir?!
İlham Əliyev bunu belə izah edir: "Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik. Bu azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamağa yalnız biz kömək edə bilərik. Nə ilə? Onunla ki, biz deyirik "hə", biz deyirik, gəlin sülh bağlayaq". 
Amma yenə də rəsmi İrəvan məkrli oyun oynayır və iddialar səsləndirməklə yenə də öz dediyini qəbul etdirməyə can atır. 

İlham Əliyev isə deyir ki, istəmirlərsə, heç lazım da deyil. Delimitasiyanı da istəmirlərsə, heç bizə də lazım deyil. Demək, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. 
Azərbaycan Prezidenti deyir ki, uzun müddət belə yaşamaq mümkündür, sülh müqaviləsi olmasa, heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq: "Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər".

 

Azərbaycan üçüncü müharibəyə başlamaq istəmir

 

Hər zaman verdiyi vədlərə, səsləndirdiyi fikirlərə sadiqliyi ilə seçilən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra regionda yaranmış reallıqlar fonunda yeni missiyasını yerinə yetirir - Cənubi Qafqazda sülhün, sabitliyin təmini, müasir əməkdaşlıq platformalarının yaranması. Bütün bunlar İlham Əliyevin son dövrlərdə keçirdiyi bütün görüşlərdə, tədbirlərdə, konfranslarda səsləndirdiyi fikirlərdə də təsdiqini tapır.
Beynəlxalq birlik, müxtəlif dövlətlər və təşkilatlar tərəfindən səslənən fikirlərə  əsaslanaraq deyə bilərik ki, Azərbaycan Prezidentinin bu addımı təqdir edilir. İlham Əliyevin söylədiyi kimi, regionda dəyişən reallıqları hətta vasitəçilər də etiraf edirlər. Həm Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası yerinə yetirmiş ölkələr, həm də Avropa İttifaqı, ATƏT kimi mötəbər təşkilatların İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək nümayiş etdirmələri bunu təsdiqləyir.   
Ancaq hazırda Ermənistanın sərgilədiyi mövqe onu deməyə əsas verir ki, bu ölkə sülh müqaviləsi imzalamaq fikrində deyil. Bunu son zamanlar Avropada Azərbaycana qarşı aparılan çirkin kampaniyalar da göstərir. Amma Prezident dedi ki, nə qədər çalışsalar da, Azərbaycanın üçüncü müharibəni başlamaq fikri yoxdur: "Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik".
İlham Əliyev bir daha revanşistlərə səslənərək dedi ki, ölkə ictimaiyyətini aldadaraq müharibəyə təhrik etmək yolverilməzdir. Çünki Azərbaycan istənilən təhlükəni dərhal məhv edəcək. İstər öz ərazisində olsun, istərsə da başqa ərazidə, istənilən təhlükə aradan qaldırılacaq. Bu, Azərbaycanın legitim hüququdur: "Belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. Ona görə biz, əlbəttə ki, lazımi tədbirləri görürük və imkan verə bilmərik ki, Ermənistan bizim üçün təhlükə yaratsın, heç vaxt imkan verə bilmərik".

 

Artıq Fransa faktiki olaraq özü-özünü danışıqlar prosesindən tamamilə təcrid edib

 

Sülh danışıqları ilə bağlı keçirilən görüşlərə də münasibətini bildirən İlham Əliyev bir daha dedi ki, həqiqət ortadadır, müqavilə yalnız Azərbaycanın maraqları çərçivəsində imzalanmalıdır. Heç bir "status" söhbəti ola bilməz. Xankəndidə yaşayan ermənilər üçün də yollar açıqdır. İstədikləri qərarı verə bilərlər. 
Minsk qrupu "rəhmətə gedəndən" sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlayıb və Azərbaycan da bunu dəstəkləyib. Ancaq İlham Əliyev bəyan edib ki, əgər arxada başqa oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Artıq Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid edib. "İndi qalır Amerika və Rusiya. Yəni danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa", - deyə İlham Əliyev vurğulayıb. 
Ən əsası odur ki, bütün bu çirkinliklərə görə Fransanın Qafqazı itirdiyi dəqiqdir. Yəqin ki, bundan sonra rəsmi Paris Azərbaycanın Qafqazın taleyini müəyyənləşdirən heç bir layihəsində iştirak edə bilməyəcək. Baş verən bütün proseslər, Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe onu deməyə əsas verir ki, İlham Əliyev antiazərbaycançı dairələrə ədalət dərsi keçir və Ermənistan da, Fransa da, bu şəbəkənin digər üzvləri də bundan nəticə çıxarmalıdırlar. Əks təqdirdə "dəmir yumruq" yenə öz sözünü deyəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!