18 Sentyabr 2023 09:46
280
DÜNYA
A- A+

Sudanın paytaxtı Xartuma hava zərbələri endirilib  

 

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmanın davam etdiyi paytaxt Xartumda bəzi binalara hava zərbələri endirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, hücuma məruz qalan Ədliyyə Nazirliyinin, standartlar və metrologiya idarəsinin, “Nil Petrol” kompaniyasının binalarında yanğın başlayıb.

Çevik Dəstək Qüvvələri hücumların orduya məxsus hərbi təyyarələr tərəfindən edildiyini bildirib.

Sentyabrın 16-da Sudan Ordusunun Baş Komandanlığı, Siqnal Korpusu və Mühəndislər Korpusunun qərargahı Çevik Dəstək Qüvvələrinin miqyaslı hücumuna məruz qalıb. Ordu nümayəndələri hücumun dəf edildiyini və düşmənin ağır itki verdiyini bildirib.

Qeyd edək ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında toqquşmalar aprelin 15-dən davam edir. BMT-nin məlumatına görə, döyüşlər nəticəsində, ən azı 5 min nəfər həlak olub, 12 min nəfər yaralanıb, 5 milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video