01 Mart 2024 08:40
873
İQTİSADİYYAT
A- A+
Su ehtiyatlarımız təhlükədədir

Su ehtiyatlarımız təhlükədədir

 

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Hazırda iqlim dəyişiklikləri, ekoloji problemlər, dünya əhalisinin artması, sulardan səmərəsiz istifadə fonunda qlobal su qıtlığı problemi yaşanır. Mütəxəssislər uzun illərdir bununla bağlı həyəcan təbili çalırlar.
Beynəlxalq təşkilatların hesabatlarına görə, dünyada bir milyard insan su qıtlığından əziyyət çəkir. Proqnozlara görə, 2025-ci ildən sonra bu qlobal problem dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcək. Belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadə və su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir.
Bütün dünyanı narahat edən bu problem ölkəmizdə də müşahidə olunur. Bunun təsirlərini son illər daha çox hiss edirik.

 

Qlobal istiləşmə su mənbələrini azaldır 

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri Rza Mahmudov deyir ki, bu gün dünyada iki təbii problem varsa, onlardan biri iqlim dəyişmələri, digəri isə su ehtiyatları ilə bağlıdır: "Bu iki problem müəyyən qədər bir-biri ilə əlaqədar olsa da, su ehtiyatları iqlim dəyişmələrindən daha çox asılıdır. Tarixboyu Yer kürəsində iqlim dəyişimləri baş verib. Bu, heç də hər zaman insan faktorundan asılı olmayıb. Lakin son dövrlərdə planetdə gedən qlobal iqlim dəyişiklikləri təbii amillərlə yanaşı, antropogen amillərlə də bağlıdır".
R.Mahmudovun sözlərinə görə, iqlimdə baş verən dəyişikliklər bu və ya digər formada su obyektlərinə təsir göstərir: "Ölkəmizdə şirin su ehtiyatları, əsasən, çay və yeraltı sulardan ibarətdir. Təəssüf ki, regionumuzda orta illik yağıntının son illərdə azalması müşahidə olunur. Son 20 ilin müşahidəsi göstərir ki, orta çoxillik yağıntının miqdarı 
30-35 millimetrə qədər azalıb. Temperaturun və buxarlanmanın artması şirin su mənbələrini azaldan səbəblərdəndir. Məsələn, Kürün orta çoxillik su sərfi 450-500 kubsaniyədirsə, hazırda çayda 50-60 faizə qədər su sərfi müşahidə olunur".
Hidroloq-alim bildirir ki, çoxsulu və azsulu illər olur: "Keçən il yağıntının miqdarı nisbətən yüksək olduğu üçün çay sularında vəziyyət yaxşılaşmışdı. Təbii ki, ayrı-ayrı quraq yerlərdə çayda su ehtiyatının azalması da baş vermişdi. Ölkəmizdə suvarma əkinçiliyi geniş inkişaf etdiyi üçün şirin su ehtiyatlarının azalması birbaşa buna da təsir edir. Buna görə də problemin qarşısının alınması istiqamətində kiçik su anbarlarının tikilməsi, su ehtiyatlarının səmərəli istifadəsi və digər qabaqlayıcı tədbirlər görülür".

 

Qarabağ ərazisindəki su ehtiyatlarından istifadə suya tələbatın ödənilməsinə müsbət təsir göstərəcək

 

İşğaldan azad olunmuş ərazilərimizdə olan su ehtiyatlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan R.Mahmudov deyir ki, Qarabağ ərazisinin su ehtiyatları ölkənin ümumi su ehtiyatlarının təxminən 5-7 faizini təşkil edir: "Son dövrdə bu ərazilərimizdə yeni, kompleks su-balans metodu ilə tədqiqatlar aparılır. Qarabağ ərazisindəki su ehtiyatlarının qiymətləndirilməsi və çaylarda aparılan müşahidə sıralarının bərpası məsələləri tədqiqatlarımızın əsas məğzini təşkil edir. Bununla bağlı şöbəmiz tərəfindən son üçillik tədqiqat işinin nəticələri universitetə təqdim olunub. Nəticə odur ki, 1990-cı ilə kimi Qarabağ ərazisində 2.13 kubkilometr  olan su ehtiyatı hazırda 1.87 kubkilometrə qədər azalıb. Bu da təxminən su ehtiyatlarının 12-15 faizə qədər azalması deməkdir. Yəni iqlim dəyişmələrinin regional təsirləri Qarabağ ərazisinə də təsir göstərib. Buna baxmayaraq, bu regiondakı su ehtiyatlarından istifadə ölkəmizin suya olan tələbatının ödənilməsinə müsbət təsir edəcək".
Hidroloq-alim qeyd edir ki, şirin su ehtiyatlarının qorunması istiqamətində istər dövlət səviyyəsində, istərsə də ayrı-ayrı qurumlar, hətta ayrı-ayrı vətəndaşlar tərəfindən tədbirlər həyata keçirilir: "Əsas məqsəd su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərini qorumaq, eyni zamanda onun çirklənməsinin qarşısını almaq, bir sözlə, su ehtiyatlarının azalmasına səbəb olan göstəriciləri aradan qaldırmaqdır. Bununla birlikdə kiçik su anbarları tikilməli, habelə yeraltı, artezian sularından və alternativ su mənbələrindən istifadə olunmalıdır".
Ənənəvi suvarma əkinçiliyindən damcılı suvarma sisteminə keçməyin su itkisinin qarşısını alacağını vurğulayan R.Mahmudov təbii 
itkiləri bura aid etmir: "Təbii ki, yağıntı yağdıqda mütləq buxarlanma, çay axımı formalaşırsa, onun bir hissəsi süzülməlidir. Çay sularından istifadə edərkən torpaq kanalları mütləq beton kanalları ilə əvəz edilməlidir. Bu da su itkisinin qarşısını ala bilər".
Texniki su ilə içməli suyu ayırmağın vacibliyini vurğulayan mütəxəssis bildirir ki, əksər sənaye mərkəzlərində, avtoyuma yerlərində içməli sudan istifadə edilir. Buna isə heç kimin haqqı yoxdur: "İnkişaf etmiş və etməkdə olan ölkələrdə bağ sahələrinin, yaşıllıqların suvarılmasında şirin sudan isitifadə olunmur. Bu ərazilərdə suyadavamlı bitkilər əkilir. Eyni zamanda şirin sulardan təmizlənmə yolu ilə yenidən də istifadə edilə bilər. Həmçinin Xəzərin suyunun duzsuzlaşdırılması da ölkəmizin şirin suya olan tələbatının ödənilməsi istiqamətində görülən tədbirlər sırasındadır. Su ehtiyatlarından istifadədə israfçılığın qarşısını almaq üçün çıxış yolunu birgə tapmalıyıq. Hər kəs gündəlik həyatında sudan istifadədə diqqətli davranmalı, üzərinə düşən vətəndaşlıq vəzifəsini yerinə yetirməlidir".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!