11 Dekabr 2021 00:31
1633
Elm və texnika
A- A+
Stolüstü oyunların yaranması

Stolüstü oyunların yaranması

 

Ur Kral oyunu

 

Əyləncəli vaxt keçirmənin maraqlı üsullarından biri də oyunlardır. Stolüstü oyunların ta qədim zamanlardan bəşəriyyətə məlum olduğu faktı aşkardır. Müxtəlif millətlərin maraq dairəsinə görə oyunlar da çeşidliliyi ilə fərqlənir. Dünyanın ilk yaranan ən qədim stolüstü oyunu “Ur Kral” oyunudur. Mesopotamiyada yaranan bu oyun eramızdan əvvəl 2400-cü ilə aiddir. Oyuna dair lövhələr Yaxın Şərq, o cümlədən Krit, hətta Şri-Lanka ərazilərindən də tapılıb.

Müasir nərd oyununu xatırladan “Ur Kral” oyunu fərqli qaydaları ilə seçilir. Bu qaydalar Babil astronomu tərəfindən mixi yazılarla gil lövhə üzərinə qeyd edilib. Lövhəni 1980-ci illərdə Britaniya muzeyinin kuratoru İrvinq Finkel taparaq yazıları tərcümə edib. Beləliklə, oyunun əsl oynanılma qaydaları bəlli olub.

Oyun lövhəsi 20 naxışlı damadan ibarətdir. Hər iki iştirakçı 7 ədəd fiqura sahib olur. Fiqurların yerinə müxtəlif əşyalardan da (qəpik, daş və s.) istifadə etmək mümkün olur. Gediş 4 ədəd piramida formalı daşla edilir. Bu daşların 4 küncündən ikisi ağ rənglidir. Atılan zaman hansı daşların ağ küncləri düzgün istiqamətə düşərsə, həmin say qədər də gediş edilir. Əgər fiqur olan damaya digəri gediş edib fiqurunu qoyarsa, bu zaman qarşı tərəfin fiquru oyundan çıxarılır. Əvvəldən sona qədər irəliləyib öz yolunu bitirən oyunçu qalib hesab olunur.

“Ur Kral” oyununun kifayət qədər məşhur olduğu halda sonralar unudulmasının əsl səbəbi təəssüf ki, məlum deyil. Müxtəlif fərziyyələrə görə, nərdin ilk versiyalarının formalaşması bu oyunu kölgədə qoymuşdu.

 

Şahmat

 

Stolüstü oyunların ən məşhuru və seçilənlərindən biri də şahmatdır. Şahmatın geniş tarixi qədim oyunlardan olduğunu bir daha göstərir. Misirdə 4 min il əvvəl şahmat oynanıldığına dair sübutlar piramidalardan tapılıb. İndiki şahmat isə XI əsrdə Hindistana xas olan Çaturanqa oyunundan yaranıb. Deyilənlərə görə, bu oyunun meydana çıxması Hindistan kralı ilə bağlıdır. Kral müharibələrə maraq göstərdiyi üçün daim hücumlar edir, xalq da bu şəraitdə yaşamaqdan təngə gəlir. Sisa adlı müdrik bir adam bu oyunu hazırlayıb krala təqdim edir. Burada olan fiqurlar isə elə hind ordusunu təmsil edir.

Oyundakı savaş ab-havası da buradan qaynaqlanır. Diqqətlə nəzər yetirdikdə görünür ki, oyun əsnasında istifadə olunun fiqurlardan müharibələr zamanı da istifadə edilib. Atlar, fillər, piyadalar, şah və vəzir qarşılıqlı olaraq yarışırlar. Onları idarə edən oyunçulardan hansı daha strategiyalı gedişlər edərsə, qalib də o olurdu.

Şahmat haqqında ilk yazılı mənbələr Hindistanda mövcuddur. Sonrakı dövrlərdə Avropa və Asiyaya yayılaraq nəticədə formalaşmış bir oyuna çevrilib. Lakin həmin zamanda oyunun qumarla əlaqələndirilməsi din xadimləri arasında gərginlik yaratmışdı. Onlar oyunun qadağan olunması üçün addımlar atırdılar. Hətta Fransa kralı IX Luizin şahmatın oynanılmasını ölkəsində qadağan etməsinə baxmayaraq oyunun populyarlığı qalib gəlmişdi.

Şahmat qaydalarına aid ilk kitab 1497-ci ildə Lusena tərəfindən yazılıb. Həmin vaxtdan bəri oyunun qaydaları eyni üsulla oynanılır. Fiqurlarda edilən dəyişikliklər  də bu tarixə düşüb. Şahmat üzrə ilk dünya çempionatı 1886-cı ildə Vilhelm Steinitz və Johannes Zukertort arasında olmuşdu. Oyunun qalibi olan V.Steinitzin istifadə etdiyi üsullar günümüzdə də tətbiq edilir. 1924-cü ildə isə Beynəlxalq Şahmat Federasiyası yaradılıb. Oyunun geniş miqyaslılığı bacarıqlı şahmatçıların sayını artırmış və adlarının tarixə həkk olunmasına səbəb olmuşdu.

Əslində, şahmat bir həyat oyunudur. Bu oyunla zamana qarşı yarışmaq, zamanı, stressi idarə etmək, təzyiq altında doğru qərar vermək, sonrakı həmləni hesablamaq kimi nüanslarla həyatda da mübarizə aparırıq. Şahmatın digər faydalarından biri isə sağlamlığa müsbət təsiridir. Oyun zamanı bütün beyin hüceyrələri aktiv olub işlədildiyi üçün gələcək vaxtlarda baş verə biləcək yaddaş pozğunluğu, alzheymer kimi xəstəliklərin qarşısını ala bilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Budapeştdə hava hərəkətinin koordinasiyasına dair yüksəksəviyyəli müşavirə keçirilib  

19:14
24 Aprel

BSTDB-nin Azərbaycanda fəaliyyəti genişlənir: maliyyələşmə həcmi artır  

19:07
24 Aprel

“Meta” şirkəti süni intellektlə əlaqədar 8 min işçisini ixtisar edir

18:51
24 Aprel

 Uşaqlarda sepsisin müalicəsində yeniliklər 

18:44
24 Aprel

Dünyada milyarderlərin sayı sürətlə artır

18:39
24 Aprel

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:19
24 Aprel

Cənubi Koreya investorları ABŞ bazarına axın edir

18:13
24 Aprel

Kənd təsərrüfatı naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

17:53
24 Aprel

Oljas Süleymenov - 90: Anti-nüvə hərəkatının səsinə çevrilən yazıçı

17:45
24 Aprel

Prezident Ərdoğan: Türkiyənin Formula1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq  

17:36
24 Aprel

Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışılıb  

17:31
24 Aprel

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini bir daha azaldıb

17:21
24 Aprel

Azərbaycanda keçiriləcək WUF13-ün prioritetləri Avropa İqtisadi Konqresində təqdim olunub  

17:14
24 Aprel

MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq  

17:08
24 Aprel

Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyətində qadın imzası

17:06
24 Aprel

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA  

16:50
24 Aprel

“Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib

16:48
24 Aprel

Tramp İrana nüvə zərbəsi endirilməsini istisna edir

16:36
24 Aprel

Dünyada son 20 ildə 94 seçki iqlim böhranları nəticəsində pozulub

16:32
24 Aprel

Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsi təqdir edilib

16:06
24 Aprel

Müşfiqabadda irimiqyaslı ağacəkmə aksiyası keçirilib

15:46
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!