25 Sentyabr 2026 20:11
892
CƏMİYYƏT
A- A+
Spartan Aeronavtika və Texnologiya Kolleci və Azərbaycan Milli Aviasiya Akademiyası əməkdaşlıq haqqında Saziş imzalayıblar 

Spartan Aeronavtika və Texnologiya Kolleci və Azərbaycan Milli Aviasiya Akademiyası əməkdaşlıq haqqında Saziş imzalayıblar 


Spartan Aeronavtika və Texnologiya Kolleci (Spartan) və Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) Azərbaycanın yeni nəsil aviasiya texniki xidmət mütəxəssislərinin hazırlanması məqsədilə Əməkdaşlıq haqqında Saziş imzalayıblar.

MAA-dan AZƏRTAC-a bildirilib ki, sazişə əsasən, Azərbaycan tələbələri Spartan-ın Aviasiya Texniki Xidmət Texnologiyası (Aviation Maintenance Technology – AMT) üzrə hibrid proqramına qəbul olunacaqlar.

Proqramın tələblərini uğurla başa vuran tələbələr “Spartan”ın Oklahoma ştatının Tulsa şəhərində yerləşən kampusu tərəfindən verilən Tətbiqi Elmlər üzrə Assosiasiya (Associate of Applied Science – AAS) dərəcəsini əldə edəcəklər.

“Müasir aviasiyanın inkişaf etdirilməsi Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Elmi tədqiqatların və yeni texnologiyaların inteqrasiyası ilə yanaşı, ixtisaslı işçi qüvvəsinin hazırlanması da bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Tələbələrimizə yalnız yüksək səviyyəli peşə hazırlığı deyil, həm də Spartan kimi tərəfdaşla beynəlxalq təcrübə əldə etmək imkanının yaradılması bizim üçün böyük əhəmiyyət və maraq kəsb edir”, - MAA-nın rektoru, akademik Arif Paşayev vurğulayıb.

“Aviasiya Texniki Xidmət (AMT) proqramı Azərbaycanda, MAA-nın kampusunda həyata keçirilən, interaktiv məzmunla dəstəklənən 13 aylıq onlayn tədris kursunu, həmçinin 8 aylıq praktiki laboratoriya təlimini birləşdirir. “Spartan”ın Tulsa və “Broomfield” kampusları arasında bağlanmış konsorsium sazişinə əsasən, praktiki laboratoriya hissəsi Kolorado ştatının Broomfield şəhərində həyata keçiriləcək. Burada tələbələr təcrübəli və FAA tərəfindən sertifikatlaşdırılmış təlimatçıların rəhbərliyi altında birbaşa hava gəmiləri, mühərriklər və onların komponentləri üzərində praktiki iş aparacaqlar. Təhsili başa vurduqdan sonra tələbələr FAA Airframe and Powerplant (A&P) imtahanlarına buraxılmaq hüququ əldə edəcəklər. Tələbələr Bakıya qayıtdıqdan sonra MAA-da Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilən və təxminən 2 ay davam edən uyğunlaşdırma (conversion) kursunda iştirak edəcəklər. Bunun ardınca əlavə tip üzrə reytinq (type rating) təlimi keçiriləcək. Sözügedən əlavə təlim Spartan-ın tədris proqramına daxil deyil və Spartan tərəfindən əlaqəli şəkildə həyata keçirilmir”, - deyə “Spartan Education Group” şirkətinin baş icraçı direktoru Robert Polston bildirib.

Daha sonra Robert Polston əlavə edib: “Sertifikatlaşdırılmış aviasiya texniki xidmət mütəxəssislərinin etibarlı kadr təminatı xəttinin strateji əhəmiyyətini dərk edən aviaşirkətlər uzunmüddətli inkişaflarını daha yaxşı təmin edə biləcəklər. MAA ilə əməkdaşlıq haqqında sazişimiz bu istiqamətdə mühüm addımdır. Proses hazırda “Silk Way Group” və AZAL-da çalışan texniki mütəxəssislərin hazırlanmasından başlayır. Bu tərəfdaşlıq Azərbaycan aviasiya işçi qüvvəsini gücləndirən uzunmüddətli və strateji münasibətlərin inkişaf etdirilməsinə qarşılıqlı sadiqliyimizi əks etdirir”.

“Bu əməkdaşlıq Azərbaycanın nəqliyyat infrastrukturunun, o cümlədən aviasiya sektorunun daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib.

Tərəflərin bir araya gətirilməsində mühüm rol oynamış ALG Transportation Group şirkətinin təsisçisi və baş icraçı direktoru Fərhad Azima bildirib: “Bu əməkdaşlıq Azərbaycan aviasiya təhsilinin beynəlxalq səviyyədə inkişaf etdirilməsində və yeni nəsil aviasiya mütəxəssislərinin hazırlanmasında mühüm rol oynayacaq”.

Bu təşəbbüsü dəstəkləyən və imzalanma mərasimində iştirak edən digər yüksək səviyyəli nümayəndələr sırasında ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və elm və təhsil nazirinin müavini Firudin Qurbanov da olub.

İlk tələbə qrupunun təhsil xərcləri “Silk Way Group” tərəfindən – baş icraçı direktor Zaur Axundov və baş əməliyyat direktoru Onno Pietersma tərəfindən, həmçinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən – İdarə Heyətinin sədri Samir Rzayev və baş texniki direktor Scott McConnell tərəfindən maliyyələşdirilir. “Spartan” tərəfini isə baş icraçı direktor Robert Polston, strategiya və inkişaf üzrə icraçı vitse-prezident Daniel Bregman və direktorlar şurasının üzvü, kapitan David Bourne təmsil ediblər.

İlk tələbə qrupu 61 nəfərdən ibarətdir. Hazırda tələbələr ADA Universitetində texniki aviasiya istiqaməti üzrə intensiv ingilis dili hazırlığı kursunda iştirak edirlər. Tələbələr Spartan Aeronavtika və Texnologiya Kollecində qeydiyyatdan keçdikdən sonra 16 noyabr tarixindən AMT proqramı üzrə təhsilə başlayacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

SpaceX Starship-in 15-ci uçuş sınağının tarixini açıqladı

17:23
11 Noyabr

3500-dən çox robot 112 milyon qızılbalığın sağlamlığını qoruyur  

17:17
11 Noyabr

NASA astronavt axtarışındadır  

17:14
11 Noyabr

Zelda oyunu dörd günə 5,2 milyon nüsxə sataraq rekord qırdı  

17:06
11 Noyabr

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb  

16:46
11 Noyabr

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

16:45
11 Noyabr

Zelenski: Avropa sülh danışıqlarında tək nümayəndə təyin etməlidir

16:43
11 Noyabr

100-dən çox QHT-dən Avropa Parlamentinə “İslamofobiya və irqçilik” etirazı

16:40
11 Noyabr

16 ölkənin iştirak etdiyi interpol əməliyyatında 260-dan çox şəxs saxlanılıb

16:39
11 Noyabr

Yeni filtr sistemi ilə hava kanallarına ehtiyac qalmayacaq  

16:34
11 Noyabr

29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  

16:29
11 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

16:25
11 Noyabr

Karbon emissiyaları azala bilər

16:23
11 Noyabr

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

16:13
11 Noyabr

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

16:07
11 Noyabr

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

16:06
11 Noyabr

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  

16:01
11 Noyabr

Avropanın gələcəyi faciəlidir

16:00
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!