11 Noyabr 2026 18:24
115
CƏMİYYƏT
A- A+
 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub


Orqanizmin bioloji yaşlanmasının ləngiməsi sağlam qidalanma ilə əlaqədardır. Bu qənaətə Almaniya Neyrodegenerativ Xəstəliklər Mərkəzinin alimləri gəlib. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Mütəxəssislər 30 yaşdan yuxarı 6470 nəfərin məlumatlarını təhlil ediblər. Onlar iştirakçıların rasionunu orqanizmin vəziyyətini əks etdirən və insanın faktiki yaşından fərqlənə bilən bioloji yaş göstəriciləri ilə müqayisə ediblər. Məlum olub ki, daha yavaş qocalma Aralıq dənizi və Skandinaviya pəhrizlərinin, eləcə də DASH və MIND qidalanma sistemlərinin prinsiplərinə əməl olunması ilə bağlıdır. Bitki mənşəli sağlam qidalanma modellərində də müsbət qanunauyğunluqlar aşkar edilib.

Bundan əlavə, tədqiqatçılar müəyyən ediblər ki, qeyri-sağlam qidalanmaya, xüsusən də şirniyyat və tərkibində şəkər olan içkilərin qəbuluna az meyllilik də daha yavaş bioloji qocalma ilə əlaqədardır. Bununla belə, alimlər vurğulayıblar ki, eyni vaxtda bir neçə pəhrizə riayət etmək və ya ideal rasion seçmək məcburi deyil. Şəxsi üstünlüklərə və imkanlara uyğun gələn öyrənilmiş sağlam qidalanma yanaşmalarından birini seçmək kifayətdir.

Əldə edilən nəticələr 1034 nəfərin məlumatlarının əlavə təhlili zamanı təsdiqlənib. Lakin tədqiqat yalnız qidalanma ilə bioloji yaş arasında əlaqəni aşkar etsə də, rasionun dəyişdirilməsinin qocalmanı birbaşa ləngitdiyini sübut etməyib.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

SpaceX Starship-in 15-ci uçuş sınağının tarixini açıqladı

17:23
11 Noyabr

3500-dən çox robot 112 milyon qızılbalığın sağlamlığını qoruyur  

17:17
11 Noyabr

NASA astronavt axtarışındadır  

17:14
11 Noyabr

Zelda oyunu dörd günə 5,2 milyon nüsxə sataraq rekord qırdı  

17:06
11 Noyabr

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb  

16:46
11 Noyabr

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

16:45
11 Noyabr

Zelenski: Avropa sülh danışıqlarında tək nümayəndə təyin etməlidir

16:43
11 Noyabr

100-dən çox QHT-dən Avropa Parlamentinə “İslamofobiya və irqçilik” etirazı

16:40
11 Noyabr

16 ölkənin iştirak etdiyi interpol əməliyyatında 260-dan çox şəxs saxlanılıb

16:39
11 Noyabr

Yeni filtr sistemi ilə hava kanallarına ehtiyac qalmayacaq  

16:34
11 Noyabr

29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  

16:29
11 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

16:25
11 Noyabr

Karbon emissiyaları azala bilər

16:23
11 Noyabr

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

16:13
11 Noyabr

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

16:07
11 Noyabr

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

16:06
11 Noyabr

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  

16:01
11 Noyabr

Avropanın gələcəyi faciəlidir

16:00
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!