02 Iyul 2024 10:15
152
İDMAN
A- A+

Spaletti məsuliyyəti üzərinə götürdü

 

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti İsveçrəyə uduzaraq (0:2) mübarizəni dayandırmaqları barədə danışıb. 
Mütəxəssis məsuliyyəti öz üzərinə götürüb:  "Baş verənlərə görə məsuliyyət daşıyıram. Komandanı mən seçmişəm. Oyunumuzdan razı deyiləm. İspaniya ilə matçdan da narazı qalmışdım. Qalan iki oyundan qismən razı qaldım. Futbolçularımıza istirahət verdim və heyəti dəyişdim. Halbuki əvvəlki oyunda tempi yüksək saxlamaq üçün kifayət qədər dəyişiklik etmədiyimə görə özümü qınamışdım. Digər komandaların baş məşqçiləri "Avro-2024"ə qədər öz yığmaları ilə ən azı 20 matç keçiriblər.  Mənim isə cəmi 10 oyunluq imkanım oldu. Biz daim təzyiq altında idik -  "qazanmalısan, qalib gəlməlisən". Ola bilsin ki, komandamı daha yaxından tanımalıyam. Mənim güvəndiyim bir neçə futbolçumuz da zədəli idi".
Qeyd edək ki, son Avropa çempionatının (Avro-2020) qalibi İtaliya millisi olmuşdu. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video