Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 26 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 821 min 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 929 nəfər müalicə olunaraq sağalıb, 9 min 919 nəfər vəfat edib. Aktiv xəstə sayı 813 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1580, bu günə qədər isə ümumilikdə 7 milyon 256 min 426 test icra olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nazir: Qızılca ilə bağlı hazırkı rəqəmlər pandemiya təhlükəsinin olmadığını göstərir...
04 Dekabr
Zəlzələ ilə bağlı Türkiyənin bütün əlaqədar qurumları səfərbər edilib
04 Dekabr
Mərmərə dənizində zəlzələ olub
04 Dekabr
Bakıda Cənubi Qafqazda mina probleminə həsr olunmuş dəyirmi masa keçirilir
04 Dekabr
Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib...
04 Dekabr
Rəsədxana: Geomaqnit qasırğası gözlənilir
04 Dekabr
Monitorinq Mərkəzinin rəsmisi: Saytlarda 1371 orfoqrafik səhv qeydə alınıb
04 Dekabr
Kuba Prezidenti son 22 ildə İrana ilk dəfə səfər edib
04 Dekabr
Moskvaya son 145 ilin ən güclü qarı yağıb
04 Dekabr
Vəfa İsmayılova: Saytlarda aparılan monitorinq zamanı 4500 dil faktı aşkar olunub
04 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!