Bu, bizə dünyanın mühüm tranzit ölkəsi olmaq imkanı qazandırıb
Artıq beynəlxalq aləmdə də qəbul olunur ki, Azərbaycan dünyanın iki mühüm ticarət marşrutunun açar ölkəsidir. Bu o deməkdir ki, Şərqdən Qərbə, Şimaldan Cənuba gedən qlobal nəqliyyat dəhlizlərində ölkəmiz qovşaq ölkə kimi mühüm statusa malikdir.
Ölkəmizin bu statusu qazanmasında şübhəsiz ki, Prezident İlham Əliyevin apardığı logistika siyasəti önəmli rol oynayır. Yaxın keçmişdə bu istiqamətdə görülən işləri xatırlayaq. Orta dəhlizin fəaliyyəti barədə ciddi qərar qəbul edilməmişdən öncə Prezident İlham Əliyev uzaqgörənliklə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsinə Gürcüstan və Türkiyəni razı sala bildi. Bu dəmir yolu xəttinin tikintisindən işğalçı Ermənistan kənarda qaldığı üçün erməni lobbisinin təsiri altında olan qüvvələr Azərbaycana təzyiq göstərməyə başladılar. Ancaq dövlətimizin başçısı bu təzyiqlərə əhəmiyyət verməyərək qətiyyətli şəkildə öz mövqeyini ortaya qoydu - Ermənistan işğalçı olduğu üçün bu layihədə yer ala bilməz. Amma ermənipərəst qüvvələr dinc durmurdular. Onlar banklar vasitəsilə layihənin maliyyələşməsinə imkan vermədilər. İlham Əliyev belə halda qəti qərar qəbul edərək Azərbaycan və Gürcüstandan keçən dəmir yolu tikintisinin maliyyələşdirilməsini ölkəmizin vəsaiti hesabına təmin etdi.
Bu gündən baxdıqda görürük ki, dövlətimizin başçısının vaxtında qəbul etdiyi həmin qərar təkcə ölkəmiz üçün deyil, dünya üçün də vacib addım idi. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Biz nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdik, hətta o vaxt Gürcüstan dövlətinə bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdik və faktiki olaraq bu vəsait hesabına Gürcüstan ərazisində işlər görüldü. Azərbaycan ərazisində dəmir yolu müasirləşdirildi və Türkiyə də öz ərazisindəki hissəni inşa etmişdi. Beləliklə, yeni bir yol açıldı, hansı ki, bu gün müxtəlif ölkələrin yüklərini Ağ dəniz istiqamətinə, Avropaya, Türkiyəyə daşıyır. Sonra gördük ki, bu yolun yükaşırma qabiliyyəti yetərli deyil. Yenə də Azərbaycan vəsaiti hesabına keçən il bu yolun genişləndirilməsi tamamlandı və onun daşıma qabiliyyəti 5 milyon tona çatdırılmışdır".
İndi dünya Orta dəhlizin və "Şimal-Cənub" marşrutunun qlobal ticarətdəki əhəmiyyətini dərk edir. O üzdən Avropa İttifaqı və Avropanın Aİ-yə üzv olmayan digər ölkələri Azərbaycanla əməkdaşlığa, həmçinin yeni layihələrin maliyyələşdirilməsinə təşəbbüs göstərirlər.
Ümumiyyətlə, Prezident İlham Əliyev ölkəmizi dünyanın önəmli logistika mərkəzinə çevirmək üçün çox işlər görüb. Dövlət başçısının təşəbbüsü ilə son 20 ildə 1500 kilometrdən çox dəmir yolu çəkilib, 1800 kilometr yol təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. O ki qaldı Zəngəzur dəhlizinə, ermənilər nə etsələr də, gec-tez bu yol açılacaq. Bu, N.Paşinyanın son dövrlər verdiyi bəyanatlardan da hiss olunur. Çünki başqa əlac yoxdur. Əsas məsələ Prezident İlham Əliyevin qətiyyətli mövqeyidir ki, o da ortadadır. Üstəlik, biz Ermənistanın nə deyəcəyinə əhəmiyyət vermədən Zəngəzur dəhlizi ilə bağlı lazımi işləri sürətlə görürük. Artıq Horadiz-Ağbənd dəmir yolunun 60, Bərdə-Ağdam dəmir yolunun isə 94 faizi inşa edilib.
Məlum olduğu kimi, Orta dəhliz qədər də "Şimal-Cənub" qlobal ticarət marşrutu dünya üçün əhəmiyyətli yoldur. Hələlik bu marşrutda çox işlər görülməlidir. Odur ki, hazırda "Şimal-Cənub" marşrutu üzərindən Orta dəhlizdə daşınan qədər yük ötürülmür. Lakin gələcəkdə bu ticarət yolu üzərindən də milyon tonlarla yük daşınacaq. Azərbaycan isə bu marşrutda da söz sahibidir. Rusiyadan başlanan bu marşrutun üç əsas qolundan biri Azərbaycandan keçir. Eyni zamanda bu marşrutla Azərbaycan vasitəsilə yüklərin Qərbə və Şərqə daşınması mümkün olacaq.
Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun Avropaya olan nəqliyyat yollarını bağlayıb. Bu səbəbdən şimal qonşumuz "Şimal-Cənub" nəqliyyat dəhlizinin fəaliyyətinin genişləndirilməsində maraqlıdır. Azərbaycan tərəfi isə öz növbəsində dəhlizin işlək olması və daha çox yükün daşınması üçün lazım olan işləri görür. "Şimal-Cənub" marşrutunda önəmli rol oynayan Sumqayıt-Yalama yolunun reabilitasiyası və müasirləşdirilməsi, daşınma imkanları və qatarların sürətinin artırılması istiqamətində icra edilən layihə 80 faiz səviyyəsində yerinə yetirilib.
Məlum olduğu kimi, "Şimal-Cənub" ticarət marşrutunun fəaliyyətinin genişlənməsi və bu yolun dünyanın əhəmiyyətli ticarət marşrutuna çevrilməsi üçün İranda Rəşt-Astara dəmir yolu çəkilməlidir. Azərbaycan tərəfi bu istiqamətdə öz ərazisində lazım olan işləri görür. Tikintinin indiyəcən gecikməsi isə İran ərazisində görüləcək işlərlə bağlıdır. Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda "Şimal-Cənub" marşrutunun səmərəli fəaliyyəti üçün Rusiya, Azərbaycan və İran xarici işlər, nəqliyyat, energetika nazirləri və gömrük xidmətləri arasında görüş keçirilməsi və həmin görüşdə işlərin sürətləndirilməsi üçün müvafiq qərarların qəbul edilməsi gözlənilir.
Xatırladaq ki, 2023-cü ilin mayında Rusiya və İran Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsinin tikintisi haqqında saziş bağlayıblar. Bu infrastrukturun tamamlanması Sankt-Peterburqdan Fars körfəzindəki Bəndər-Abbas limanına qədər fasiləsiz dəmir yolu əlaqəsi yaradacaq. Tikinti işlərinin 2027-2028-ci illərdə başa çatması nəzərdə tutulur.
Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında formalaşdırılıb. Dəhlizin əsas məqsədi Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya yükdaşımaların müddətini azaltmaqdır. Hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması 6 həftədən artıq vaxt alırsa, "Şimal-Cənub" dəhlizinin tam fəaliyyətə başlaması ilə bu müddətin iki dəfə azalacağı proqnozlaşdırılır.
Hesablamalara görə, dəhlizin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq ki, bu da Azərbaycanın regionun əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə olacaq.
Rüstəm KAMAL,
"Azərbaycan"
Prezidentin Mətbuat Xidmətinin məlumatı
CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir
XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb
Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB
Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub
Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib
XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq
"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO
İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var
Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib
Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək
Türkiyə XİN: İslamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir
Viktor Orban: Bizə keçmişdə qaldığımızı dedilər, amma sizə bildirirəm ki, gələcək bizimdir
Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur
İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir
Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb
Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!