11 Sentyabr 2024 08:05
637
İQTİSADİYYAT
A- A+
Sıfır karbon emissiyalı dünya xəyal deyil

Sıfır karbon emissiyalı dünya xəyal deyil

 

Atmosferə atılan istixana qazlarını azaltmaqla bu hədəfə çatmaq mümkündür

 

Son illər dünyada iqlim dəyişmələri ilə mübarizə getdikcə kütləvi hal alır. Bu, bəşəriyyəti gözləyən qlobal ekoloji təhlükə ilə əlaqədar hər kəsin öz məsuliyyətini dərk etməsindən irəli gəlir. 
Azərbaycanın COP29-a hazırlıq çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə və beynəlxalq tədbirlərdəki çağırışları ilə dünya dövlətlərini bu prosesə təşviqi də məsələyə diqqəti artırır. Bununla bağlı ən çox toxunulan mövzu, səslənən fikirlərdən biri də sıfır karbon emissiyasıdır ki, bütün müzakirələrdən qırmızı xətt kimi keçir. Bəs "sıfır karbon emissiyası" ifadəsi nəyi ehtiva edir və həmin göstəriciyə nail olmaq mümkündürmü? 
Əvvəla bildirək ki, sıfır emissiya insan fəaliyyətindən qaynaqlanan istixana qazlarını və qlobal istiləşmə nəticəsində iqlim dəyişikliyinə səbəb olan amilləri azaltmaq məqsədilə müəyyənləşən bir hədəfdir. Amma bir həqiqət də var ki, atmosferdəki su (H2O), karbon dioksid (CO2), metan (CH4), ozon (O3) kimi istixana qazları planetimiz üçün son dərəcə vacibdir. İstixana qazları olmasaydı, dünyanın orta səth temperaturu -18 °C ətrafında cərəyan edərdi. İstixana qazları  planetimizin təxminən 33 °C istiliyini qoruyub saxlayır. Atmosferdəki müxtəlif qazlar Yer üzündən kosmosa yayılan istiliyin bir qisminin yenidən geridönüşünün təminatçısıdır. İstixana effekti adlandırılan bu proses dünyada hərarətə səbəb olur. Bununla yanaşı, istixana qazları meşə yanğınları və vulkan püskürmələri kimi təbii proseslər nəticəsində atmosferə yayıla və okeanlar, meşələr və ya torpaq tərəfindən yenidən sovrula bilər. Beləliklə, havanın yuxarı təbəqələrindəki istixana qazı nisbətləri tarazlıqda qalır. 
Lakin xüsusən sənaye inqilabından sonra insanqaynaqlı fəaliyyətlər nəticəsində atmosferə yayılan istixana qazlarının miqdarı sürətlə artmağa başlayıb. Bu da dünya səthinin lazımi səviyyədən daha çox qızmasına səbəb olaraq qlobal istiləşməyə və nəticə etibarilə iqlim dəyişikliklərinə gətirib çıxarır.
Sıfır karbon emissiyasına gəlikdə, o, dünyanın orta temperaturundakı artımın məhdudlaşdırılması üçün istixana qazı emissiyasının azaldılaraq sıfıra çatması üçün Paris sazişi ilə müəyyən edilib. Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildə Parisdə keçirilən İqlim Dəyişikliyi Konfransında (COP15) 200 ölkə bu sazişi qəbul edib. Paris sazişi sıfır emissiyasına çatmaq konsepsiyasını məşhurlaşdırsa da, CO2-nin miqdarı artmaqda davam edir. Maraqlı və həm də təəccüblüdür ki, 2020-ci ildən ümumi qlobal emissiyaların təxminən 50 faizi Çin, ABŞ, Hindistan, Rusiya, Yaponiya, İran və Avropa İttifaqının payına düşür.
Paris sazişi dünyanın orta temperaturundakı artımın, sənaye inqilabı öncəsindəki dövrlə müqayisədə 1,5 °C-də azaldılması məqsədi daşıyır. Temperatur artımını 1,5 °C ilə məhdudlaşdırmaq üçün istixana qazı emissiyasını 2030-a qədər 50 faiz azaltmaq, 2050-yə qədər isə sıfır emissiya hədəfinə çatmaq lazımdır. Sıfır emissiya hədəfinə çatmaq üçün isə bərpaolunan enerji mənbələrinə keçid, elektrik nəqliyyat vasitələrinin genişləndirilməsi və ağacəkmə layihələrinin artırılması vacibdir. Bundan əlavə, qida israfının qarşısını almaqla istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Sıfır emissiya hədəfi qlobal istiləşmənin səbəb olduğu ekstremal iqlim hadisələrini azaltmaq və ətraf mühit çirkliliyini minimuma endirmək üçün vacibdir. Bu hədəfə çatmaq kənd təsərrüfatında məhsuldarlığı artırmağa kömək edər, dəniz ekosistemlərini qoruyar və hava çirkliliyini azaldar. Nəticədə insan sağlamlığına və təbiətə ciddi təhlükələr yaradan təsirlər minimuma enər.
2008-ci ildən etibarən hər il sentyabrın 21-də dünyanın fərqli ölkələrində "Planetə ildə bir gün tətil haqqı vermək" şüarı ilə dünya "Sıfır Emissiya Günü" qeyd edilir. Azərbaycanın da əsas məramı sıfır emissiya hədəfinə çatmaqdır. Bu, fərdlərin, vətəndaş cəmiyyətinin, özəl sektorun və dövlətin eyni məqsəd üçün birgə işləməsini tələb edir. 

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!