01 Noyabr 2022 02:23
3139
Mədəniyyət
A- A+
Şeyx Zahid türbəsi

Şeyx Zahid türbəsi

 

Lənkəran rayonunun Şıxakəran kənd qəbiristanlığında yerləşən Şeyx Zahid türbəsi əhalinin uzun illərdən bəri xüsusi inam və ehtiram bəslədiyi müqəddəs ziyarətgahlardandır. 
Şeyx Zahid (Seyid Tacəddin İbrahim ibn Şeyx Rövşən Əmir Şeyx Zahid əz-Zəncani Gilani) 1215-ci ildə anadan olub. Onun atası Rövşən Əmir Gilani Lənkəran rayonunun Siyavurd (indiki Siyavar) kəndində yaşayıb. Şeyx Zahid  dövrünün böyük alimi Eyn əz-Zaman Seyid Cəmaləddinin müridi olub. Şeyx Cəmaləddin uzun müddət Astarada yaşayıb. O, 1253-cü il noyabrın 28-də vəfat edib və Butəsər (indiki Pensər) kəndində dəfn olunub. Zahidlik dini rütbəsini də Tacəddin İbrahimə verən Şeyx Cəmaləddin olub.
Şeyx Zahid ömrünün çox hissəsini Hiləkəranda (Şıxakəran kəndi) keçirib. Zəmanəsinin tanınmış mürşidi sayılmaqla yanaşı, əkinçiliklə məşğul olan Şeyx Zahidin xeyriyyəçiliyi, şairliyi haqqında da müxtəlif mənbələrdə məlumatlara rast gəlinir. Müridləri Gilan, Muğan və Şirvanda dini təbliğ edən görkəmli şəxsiyyətlər olublar. Onlardan biri də Şeyx Səfiəddin idi. İyirmi dörd yaşında Lənkərana gələrək Şeyx Zahiddən dərs alan Şeyx Səfiəddin onun qızı Bibifatimə ilə evlənib. Bu nikahdan onların Məhiyyəddin, Sədrəddin və Əbu Səid adlı üç oğlu dünyaya gəlib. İctimai-siyasi xadim, sərkərdə Şah İsmayıl Xətainin dördüncü babası Şeyx Sədrəddin Musanın (1305-1392) anası Lənkərandan, atası isə Ərdəbilin Kelxoran kəndindəndir.
Şeyx Zahid Azərbaycan, ərəb, fars, kürd, talış və gilək dillərini bilməklə yanaşı, poeziyaya da böyük maraq göstərib. Müridləri də onun yolunu davam etdiriblər.
O, Azərbaycanın bir çox bölgəsinə, xüsusən müridləri yaşayan Güştas (Salyan), Mahmudabad, Sərab, Ərdəbil, Meşkin, Xalxal, Xoy və digər şəhərlərə səyahət edib. Ehtiyacı olanlara yardım əli uzatmaq üçün dövrünün hökmdarları və vəzifə sahibləri ilə görüşərək söhbətlər edib. Muğanda Qazan xanla üç dəfə görüşməsi (1290-1295-ci illər) isə onun necə böyük hörmət sahibi olduğunu bir daha təsdiq edir. Şeyx Zahidin xahişilə Astara hakimi Məlik Əhmədin həbsdən azad etdirilməsi bir sıra məxəzlərdə xüsusi qeyd olunub.
A.A.Bakıxanovun "Gülüstani-İrəm" adlı məşhur əsərində, həmçinin yazıçı Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanında Şah İsmayılın 1501-ci ildə ulu babası Şeyx Zahidin məqbərəsini ziyarət etməsi təsvirini tapıb.
İsgəndər bəy Münşi "Tarixi-alamarayi Abbasi" adlı əsərində yazır ki, I Şah Abbas (1587-1629) Şeyx Səfiəddinin məzarını ziyarət etmək üçün Ərdəbilə, daha sonra Şeyx Zahidin məzarını görmək məqsədilə 1609-cu ildə Şıxakərana gəlib və hər iki məzarın təmirini üzərinə götürüb.
Türbənin tədqiqatçıları qeyd edirlər ki, Şeyx Zahid məqbərəsinin ərazisi fəxri dəfnlər yeri olub. Məqbərə Təbriz və Şirvan-Abşeron memarlıq üslubunda tikilmiş möhtəşəm minarəsi, kaşı bəzəkləri ilə diqqəti cəlb edib.
Şeyx Zahid 1300-cü ilin mart ayında vəfat etdikdən sonra onun məzarı ziyarətgaha çevrilib. Müridi və kürəkəni olmuş Şeyx Səfiəddin məzarın üstündə məqbərə tikdirib. İslam dininin təbliğatçısı kimi Şərqdə böyük nüfuza malik olan Şeyx Zahidin məqbərəsini Gilan, Muğan, Mazandaran, Xorasan və digər yerlərdən tez-tez ziyarətə gəliblər.
Tarixdən bəllidir ki, Şeyx Zahidin məqbərəsi bir neçə dəfə sel sularına məruz qalıb. 1478-ci ildə məzarı yenidən su basdıqda Şah İsmayıl Xətainin atası Şeyx Heydər bir neçə nəfər mahir bənna və nəccarla gələrək, məqbərə ilə günbəzi yenidən təmir etdirib.
Bu müqəddəsliyə hörmət və ehtiram əlaməti olaraq Lənkəran Dövlət Dram Teatrının mərhum rejissoru, Əməkdar incəsənət xadimi Baba Rzayev "Şeyx Zahid Gilani" adlı bədii-tarixi dram əsəri yazaraq həmin sənət ocağında səhnəyə qoyub. Pyesdə kökümüz, şəxsiyyətlərimiz və özümüzə məxsus digər dəyərlərimiz gerçəkliklə təqdim olunur. Əsər Şeyx Zahid şəxsiyyətinin tarixdəki mövqeyi haqqında obyektiv fikir yaratmağa kömək edir.
Şah İsmayıl Xətainin altıncı babası olan Şeyx Zahidin məqbərəsi digər türbə, məqbərə, ocaq və pirlər kimi ötən əsrin 30-cu illərində dağıntılara məruz qalıb. 1950-ci illərin əvvəllərində bu abidə şıxakəranlı usta Dadaş Nəzər oğlu (1896-1969) tərəfindən türbə kimi yenidən təmir olunub.
Səkkiz əsrə yaxın dövrü əhatə edən Şeyx Zahid müqəddəsliyi bu günə kimi qorunub saxlanılıb, minlərlə insanın mütərəqqi fikirlərlə yetişməsinə müsbət təsir göstərib.
Məlumata görə, hazırda Şeyx Zahidin qırx nəfərdən çox törəməsi Türkiyədə yaşayır.
  
Ağaddin BABAYEV,
"Lənkəran" qəzetinin əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də

17:15
20 Avqust

Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir 

17:11
20 Avqust

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin ƏSASNAMƏSİ 

17:08
20 Avqust

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi”nin və strukturunun təsdiq edilməsi haqqında

17:05
20 Avqust

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında

17:02
20 Avqust

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

16:10
20 Avqust

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb

16:05
20 Avqust

İki əsrin yadigarı, Qafqazın ən hündür minarəsi 

16:00
20 Avqust

Azərbaycan enerji mütəxəssisləri Çində qabaqcıl texnologiyalar üzrə təlim keçirlər

15:55
20 Avqust

AZAL sərnişinlərinə yeni imkan: əlavə xidmətlər üçün ödəniş göyərtədə mümkün olacaq

15:50
20 Avqust

Naxçıvanda ictimai nəqliyyata əlçatanlıq 95 faizə yüksəlib

15:45
20 Avqust

“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur

15:40
20 Avqust

Coğrafiyaçı-alim: Xəzərin geri çəkilməsi sahilyanı ekosistemlərin dəyişməsinə səbəb ola bilər 

15:35
20 Avqust

AZCON Holdingin uğuru

15:30
20 Avqust

Şəkərli içkilərin mədə xərçəngi riskini artırdığı müəyyən edilib

15:25
20 Avqust

Afrikanın inkişafı üçün təhlükəsizlik və sərmayə lazımdır

15:20
20 Avqust

Avropa meşə yanğınları ilə mübarizədə peyk texnologiyalarından istifadə edir

15:15
20 Avqust

Səudiyyə Ərəbistanında bu ilin ikinci rübündə verilən investisiya lisenziyalarının sayı 252 faiz artıb

15:10
20 Avqust

Avropada təbii qaz bahalaşır

15:05
20 Avqust

Hindistanda dövlət məktəblərinə görə kampaniya başladılıb

15:00
20 Avqust

Yüksək dozada D vitamini yaddaşı gücləndirə bilər

14:55
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!