15 May 2024 09:30
1765
Mədəniyyət
A- A+
Sevimli müəllim, unudulmaz insan...

Sevimli müəllim, unudulmaz insan...

 

Əgər yaşasaydı, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Şamil Qurbanovun 90 yaşı tamam olacaqdı. Təəssüflər olsun ki, ömür vəfa etmədi. Şamil müəllim 2004-cü il yanvarın 16-da ömrünün 70-ci ilində dünyasını dəyişdi, yaxınlarını, doğmalarını və onu sevənləri kövrəltdi.
Sadə, sadə olduğu qədər də şərəfli bir ömür yaşamış Şamil müəllim 1934-cü il mayın 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdu. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin il ADU-nun (indiki BDU-nun) Jurnalistika şöbəsinə daxil olmuşdu. Universiteti fərqlənmə diplomu ilə bitirərək "Azərbaycan məktəbi" jurnalında ədəbi işçi kimi ilk addımlarını atmışdı. Bir-birindən maraqlı məqalələri ilə oxucuların diqqətini çəkmişdi. 1961-ci ildən isə məzunu olduğu ali təhsil ocağının Jurnalistika fakültəsində baş laborant kimi işləməyə başlamışdı. Şamil müəllimin gələcəyə gedən uğurlu yolları da bu təhsil ocağından start götürmüşdü. Bir il sonra o, Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə aspiranturaya qəbul olmuşdu. 1965-ci ildə "Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)" mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdı. Müdafiəsini başa vurduqdan sonra yenə də mətbuata üz tutmuş, "Bakı" və "Baku" qəzetlərində Ədəbiyyat şöbəsinin müdiri işləmişdi. Amma elmə, təhsilə olan böyük maraq  və sevgi yenidən onu universitetə qaytarmışdı. O, 1968-ci ildən "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında dosent işləmişdi. Böyük sevgi və məhəbbət bəslədiyi Azərbaycan dilini tədris etmişdi. 
Şamil Qurbanov 1971-ci ildən rus ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirələr oxumuşdu. 1975-ci ildə "XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Alim apardığı tədqiqatlar zamanı Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış, o vaxta qədər ictimaiyyətə məlum olmayan və yaxud da az məlum olan yaradıcı şəxsiyyətləri üzə çıxarmışdı. Bunlar Hüseyn Minasazov, Rəhim bəy Məlikov, Məmməd Qarayev, Həmzət bəy Qəbulov-Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı və başqalarıdır. Onun Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə haqqında da dərin tədqiqat əsərləri var. Şamil müəllimin ən böyük ədəbi xidməti Ömər Faiq Nemanzadə və Şeyx Cəmaləddin Əfqani haqqında dəyərli tədqiqatlarıdır. Professor bu görkəmli ziyalılar haqqında məqalələrdən əlavə, kitablar da nəşr etdirmişdir. Bu kitablarda Ömər Faiq Nemanzadənin və Şeyx Cəmaləddin Əfqaninin ədəbi xidmətləri ətraflı şərh olunmuşdur.
Şamil Qurbanov 1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən Elmi Şuranın elmi katibi işləmişdir. 1981-1992-ci illərdə Filologiya fakültəsinin qiyabi və axşam şöbəsinin dekanı olmuşdu. Bundan başqa, o, 10-dan çox beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, Daşkənd və Tbilisi ali məktəblərində Azərbaycan ədəbiyyatını tədris etmişdi. Şamil Qurbanov 22 kitabın, 300-dən çox məqalənin müəllifidir. Məqalələri təkcə ölkəmizdə deyil, İran, İraq, Türkiyə, Gürcüstan və digər ölkələrdə çap olunmuşdur.
Professor Şamil Qurbanov həm insan, həm də müəllim kimi çox səmimi idi. O, Bakı Dövlət Universitetinin "Türk və Şərqi slavyan xalqları ədəbiyyatı" kafedrasının müdiri olmuşdur.
Şamil müəllim 1995-ci və 2000-ci illərdə Bakı şəhərinin Nizami rayonundakı 12 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmişdi. Millət vəkili kimi parlamentdəki müzakirələrdə fəal iştirak etmişdi. Şamil Qurbanov Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü kimi müstəqil Azərbaycan Respublikasında qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsində yaxından iştirak etmiş, ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsində əlindən gələni əsirgəməmişdir. Onun Azərbaycanla Gürcüstan arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsində də çox böyük xidmətləri olmuşdur.
Tanınmış ictimai xadim, təcrübəli alim-pedaqoq, qayğıkeş insan Şamil Qurbanov 2004-cü il yanvarın 16-da Bakı şəhərində dünyasını dəyişmişdir. Onun əziz xatirəsi doğmalarının, əzizlərinin və onu tanıyanların qəlbində daim yaşayacaq. Şamil müəllimi yaşadan həm də onun bir vaxtlar böyük əziyyətlərə qatlaşaraq yazdığı kitablardır. Onun əsərləri hələ bundan sonra da nəsillərin yollarına işıq salacaq və həmişə xoş təəssüratlarla xatırlanacaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar

09:38
05 Oktyabr

Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

09:36
05 Oktyabr

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

09:35
05 Oktyabr

Ermənistanda gərginlik artır

09:25
05 Oktyabr

"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub

09:20
05 Oktyabr

Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub 

09:15
05 Oktyabr

Köçəri quşlar Azərbaycandan niyə yan uçur?

09:10
05 Oktyabr

Mənim Musa müəllimim

09:05
05 Oktyabr

Həzin, gülümsər, şıltaq dalğalar

09:00
05 Oktyabr

Oncallıda cüt məzar

08:55
05 Oktyabr

Xoşbəxtliyimi şagirdlərimin sevincində tapmışam

08:50
05 Oktyabr

Zaqatala təkcə qızıl güllər diyarı deyil

08:45
05 Oktyabr

Goranboyda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı düşərgə təşkil olunub

08:40
05 Oktyabr

Samuxda Macarıstan Universiteti ilə "AgroDairy" şirkəti arasında memorandum imzalanmışdır 

08:35
05 Oktyabr

Aqrar sığorta təkmilləşdikcə ona maraq da artır

08:30
05 Oktyabr

BƏƏ, Azərbaycan, Braziliya: məqsəd bu "üçlük" arasında körpü salmaqdır

08:25
05 Oktyabr

İlham ƏLİYEV: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq!"

08:20
05 Oktyabr

Şəhid ailələrinin üzvləri Şuşa və Ağdamı ziyarət ediblər

08:15
05 Oktyabr

Komandirini xilas edərkən şəhid oldu

08:10
05 Oktyabr

Türk dövlətlərini birləşdirən güclü siyasi-iqtisadi platforma

08:05
05 Oktyabr

Prezident milli hədəfləri bəyan etdi 

08:00
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!