30 Yanvar 2025 21:09
313
SİYASƏT
A- A+
“ŞƏT: narkotiksiz sağlam cəmiyyət yolunda” adlı beynəlxalq dəyirmi masa təşkil olunub

“ŞƏT: narkotiksiz sağlam cəmiyyət yolunda” adlı beynəlxalq dəyirmi masa təşkil olunub


Tacikistan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tacikistandakı Dostluq və Əməkdaşlıq Mərkəzində “ŞƏT: narkotiksiz sağlam cəmiyyət yolunda” mövzusunda beynəlxalq dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistan Respublikası XİN-in MDB ölkələri departamentinin rəhbəri, ŞƏT işləri üzrə milli koordinator v.i.e. Əhməd Saidmurodzoda ŞƏT ilə əməkdaşlığı və bu çərçivədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsində görülmüş işlərdən söhbət açıb. O, ŞƏT Dövlət Başçıları Şurasının 2024-cü ilin 4 iyul tarixli qərarı ilə Düşənbə şəhərində açılması nəzərdə tutulan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əsas element rolunu oynayacaq ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzinin yaradılmasından və bu istiqamətdə aparılan işlərdən danışıb. Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ölkəmizin ŞƏT ilə əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini, Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa qlobal təhdidlərin və çağırışların həllinə çoxtərəfli yanaşmanın tərəfdarı olduğunu və bu kontekstdə Azərbaycanın xarici siyasətinin ŞƏT-in paylaşdığı məqsədlərlə üst-üstə düşdüyünü qeyd edib. Həmçinin narkotik vasitələrə tələb və təklifin azaldılması məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, genişmiqyaslı məlumatlandırma kampaniyalarının həyata keçirilməsi, müalicə üsulları və reabilitasiya xidmətləri sisteminin genişləndirilməsini nəzərdə tutan ardıcıl beşillik dövlət proqramlarının qəbul edildiyini və Azərbaycanın bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətlərini qeyd edib. Tədbirdə iştirak edən ŞƏT-ə üzv ölkələrin Tacikistanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri çıxış edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində ölkələrində həyata keçirilmiş tədbirlər barədə söhbət açıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Derbi sloveniyalı hakimə tapşırıldı

09:15
23 Fevral

Qvardiola yola salınır

09:10
23 Fevral

Millimizin hədəfi qrup birinciliyidir

09:05
23 Fevral

"Futbolun əhatəsi regionlara doğru genişlənəcək"

09:00
23 Fevral

Əs, ey külək

08:55
23 Fevral

Neft-qaz gəlirlərindən asılılıq azalır

08:50
23 Fevral

BTC nə qar bilir, nə boran

08:45
23 Fevral

Azərbaycan regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır

08:40
23 Fevral

"Sülh fondu" İrəvanı müharibəyə təhrik edir

08:35
23 Fevral

Qərb Ermənistanı revanşa təhrik edir

08:30
23 Fevral

Ermənistanın müharibə cinayətləri

08:25
23 Fevral

"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır"

08:20
23 Fevral

Qalibsiz müharibə

08:15
23 Fevral

ABŞ-Avropa İttifaqı qarşıdurması böyüyür

08:10
23 Fevral

Azərbaycan-Yaponiya əlaqələri yüksək xətlə inkişaf edir

08:05
23 Fevral

Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir

08:00
23 Fevral

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli, "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi barədə" 2006-cı il 13 fevral tarixli 363 nömrəli, "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və işçilərinin ümumi say tərkibinin müəyyən edilməsi barədə" 2006-cı il 18 aprel tarixli 392 nömrəli, "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2016-cı il 20 aprel tarixli 869 nömrəli, "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" 2023-cü il 24 iyul tarixli 2242 nömrəli və "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:35
23 Fevral

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:30
23 Fevral

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 170 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:25
23 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə 

00:20
23 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında

00:15
23 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!