29 Avqust 2026 08:30
197
SİYASƏT
A- A+
ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq

ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq


Dünyada yaşanan mürəkkəb geosiyasi vəziyyət, iqtisadi problemlər, sülh və sabitliyin təminatı kimi qlobal çağırışlar beynəlxalq təşkilatları daha sıx dialoq qurmağa vadar edir. Bu kontekstdə ərazi və əhali sayına görə dünyanın ən böyük regional təsisatı olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) mühüm rol oynayır. 

Başlıca məqsədləri üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi, çoxsahəli əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin qorunması olan qurum 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis edilib. Zamanla əhatə dairəsini genişləndirən təşkilata 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus üzv qəbul olunub. Avrasiya ərazisinin 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun isə 25 faizini özündə birləşdirən ŞƏT regionda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əsas platformalardan birinə çevrilib. ŞƏT ölkələri - 3,5 milyard insan, 36 milyon kvadratmetr ərazi, Avrasiyanın 65 faizi deməkdir və qurumun ümumi iqtisadi potensialı praktiki olaraq 30 trilyon avro təşkil edir. 

Təşkilatda əhali sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə görə ikinci olan Çin Xalq Respublikası aparıcı rola malikdir. Çin özünün böyük iqtisadi potensialı ilə ŞƏT çərçivəsində ticarət, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsində əsas lokomotiv rolunu oynayır. Çinin 2024-cü ildə ŞƏT-ə üzv ölkələrlə ticarət dövriyyəsi 2,7 faiz artaraq 512,4 milyard ABŞ dollarına çatıb. Eyni zamanda Pekinin müəllifi olduğu "Bir kəmər, bir yol" strategiyasının ŞƏT ailəsindəki ölkələri əhatə etməsi Çinin bu dövlətlərlə tərəfdaşlığa marağını daha da artırıb. 

Şanxay Əməkdaşlıq Təşkilatı da digər strukturlar kimi inkişafının yeni mərhələsinə qədəm qoyur. Təşkilatın Dövlət Başçıları Şurasının növbəti sammiti 31 avqust - 1 sentyabr 2026-cı il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək. Qurumun 25 illiyinə təsadüf edən və dördüncü dəfə Qırğızıstanın sədrliyi ilə baş tutacaq Zirvə görüşü "ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə" şüarı altında təşkil olunacaq. Qırğızıstanın sədrliyi dövründə regional təhlükəsizlik, rəqəmsal transformasiya, nəqliyyat-logistika infrastrukturu ilə yanaşı, maliyyə mexanizmlərinin inkişaf etdirilməsi, o cümlədən ŞƏT-in İnkişaf Bankı, İnkişaf Fondu və İnvestisiya Fondunun yaradılması prioritet məsələlər kimi nəzərdə tutulur. Çin Xalq Respublikasının Sədri Si Cinpin və üzv ölkələrin liderlərinin iştirak edəcəyi Bişkek sammitində yeni şəraitdə ŞƏT çərçivəsində bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də aktual, mühüm beynəlxalq və regional problemlər üzrə ətraflı fikir mübadiləsi aparılacaq. 

Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycan ŞƏT ilə münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycan və Türkiyə daxil olmaqla qurumun 14 dialoq tərəfdaşı var və daha bir neçə ölkə bu statusu almaq üçün müraciət edib. Ölkəmizə dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib, müvafiq əməkdaşlıq memorandumu isə 2016-cı ildə Pekində imzalanıb. Ötən dövr ərzində Azərbaycan təşkilatın Düşənbə və Daşkənd İqtisadi forumlarında fəal təmsil olunub. 2024-cü ildə isə Azərbaycan bu statusun müşahidəçi ölkəyə çevrilməsi üçün ŞƏT-ə rəsmi müraciət edib. Ölkəmizin davamlı inkişafı, regional gücə çevrilməsi, əlverişli coğrafi mövqeyi və gerçəkləşdirdiyi nəhəng infrastruktur layihələri onun təşkilat üçün əhəmiyyətini artırır. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü, Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29 kimi mötəbər qlobal tədbirə evsahibliyi etməsilə etibarlı beynəlxalq tərəfdaş imicini möhkəmləndirib. 

Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-in Zirvə görüşlərində fəxri qonaq qismində iştirakı artıq ənənə halını alıb. Dövlətimizin başçısı 2022-ci ilin sentyabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Səmərqənd Sammitində, 2024-cü ilin iyulunda isə Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayevin dəvəti ilə Astanada keçirilən "ŞƏT plyus" Zirvə görüşündə iştirak edib. Səmərqənd sammitində çıxış edən dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən sonra regionda nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı üçün yeni imkanların yarandığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılacağını diqqətə çatdırıb. 

Ölkəmizlə Çin Xalq Respublikası arasında sürətlə inkişaf edən strateji münasibətlər Azərbaycanın ŞƏT ilə əlaqələrinə də birbaşa müsbət təsir göstərir. 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə növbəti dövlət səfəri və ÇXR Sədri Si Cinpin ilə görüşü zamanı imzalanmış "Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" ikitərəfli əlaqələrdə yeni tarixi səhifə açıb. Dövlətimizin başçısı 2025-ci ildə Çində keçirilən ŞƏT Sammitində iştirak edib. 

ŞƏT ilə əlaqələrin dərinləşməsi əməkdaşlığa, Orta dəhliz kimi qlobal layihələrə dəstəyin artmasına xidmət edir. Xüsusilə Orta dəhlizin üstünlükləri, "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinə verilən dəstək ölkəmizi Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzinə çevirir. Bu infrastruktur ŞƏT ölkələri üçün nəqliyyat-tranzit imkanlarının və enerji resurslarının birgə istifadəsini genişləndirir, həmçinin Azərbaycandakı əlverişli investisiya mühitindən faydalanmağa zəmin yaradır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış

09:40
29 Avqust

"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

09:30
29 Avqust

Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

09:20
29 Avqust

Köhnə texnologiya etibarlıdırmı?

09:10
29 Avqust

ABŞ-də sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı mübarizə sərtləşir

09:00
29 Avqust

Dezinformasiya və süni intellekt: həqiqətin müdafiəsi uğrunda yeni mübarizə

08:50
29 Avqust

Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  

08:40
29 Avqust

ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq

08:30
29 Avqust

Azərbaycan-Rusiya münasibətləri süni şəkildə gərginləşdirilir

08:20
29 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığında əsas hədəf birgə istehsal və üçüncü bazarlara çıxış olmalıdır

08:10
29 Avqust

Əbədi müstəqillik, güclü dövlətçilik 

08:00
29 Avqust

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:16
29 Avqust

BİLDİRİŞ

00:15
29 Avqust

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin növbəti təzahürü: Köçəryan-Sarkisyan tandeminin mühakiməsi 

23:10
28 Avqust

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

22:00
28 Avqust

Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər

21:55
28 Avqust

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub

21:53
28 Avqust

Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

21:50
28 Avqust

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

21:48
28 Avqust

Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər

19:46
28 Avqust

İğdırda “Xarıbülbül” adlı əl işləri sərgi-yarmarkası keçirilir

19:37
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!