04 İyun 2025 08:35
478
İQTİSADİYYAT
A- A+
Sərgilərdə təqdim olunan enerji layihələri təkcə "mühərrik"ləri deyil, ideyaları da hərəkətə gətirir

Sərgilərdə təqdim olunan enerji layihələri təkcə "mühərrik"ləri deyil, ideyaları da hərəkətə gətirir


"Bakı-Ekspo" Mərkəzi müasir texnologiyaların, dinamik təqdimatların və beynəlxalq əməkdaşlığın bir araya gəldiyi iki mühüm sərgiyə növbəti dəfə öz qapılarını açdı. 

Bu gün "Caspian Oil and Gas" və 13-cü "Caspian Power" təkcə enerji sahəsində texnoloji yeniliklərin nümayiş olunduğu bir sərgi olmaqla kifayətlənmir, həm də müxtəlif ölkələrin şirkətləri, dövlət rəsmiləri və sahə mütəxəssisləri üçün əməkdaşlıq, fikir mübadiləsi və gələcəyə dair ortaq baxışların formalaşdığı qlobal platforma kimi çıxış edir. "Bakı-Ekspo" Mərkəzində yaranan bu peşəkar və innovativ mühit enerji sənayesinin bugünkü reallıqlarını və sabaha olan baxışını birləşdirir. 

Pavilyonlarda təqdim olunan qabaqcıl texnologiyalar və ekoloji həllər regionda və dünyada enerji keçidinin nə qədər sürətlə irəlilədiyini aydın şəkildə əks etdirir. 30-cu yubiley sərgisi olaraq "Caspian Oil and Gas" keçmişin uğurlarını, bu günün gücünü və sabahın potensialını eyni səhnədə birləşdirən simvolik bir görüş yerinə çevrilib. Burada hər stend, hər təqdimat, hər fikir bir tarix danışır. İllər öncə sərginin ilk addımlarından başlayan yol bu gün enerjinin qloballaşan dilinə çevrilib. 30-cu yubiley ab-havası isə tədbirə xüsusi bir ehtiram, qürur və gələcəyə inam qatır. Sərgi mərkəzinə ayaq basandan etibarən insanı özünə çəkən bir enerji atmosferi hiss olunur. Sanki burada təkcə cihazlar və texnologiyalar deyil, eyni zamanda ideyalar, məqsədlər və gələcək üçün qurulan ümidlər nümayiş olunur. İşıqlı stendlər, interaktiv ekranlar, canlı təqdimatlar və dünyanın dörd bir yanından gələn iştirakçıların səmimi dialoqları bu tədbiri adi bir sərgidən fərqləndirir. 

Qeyd edək ki, sərgidə 300-dən çox şirkət iştirak edir. Onların arasında dünyanın enerji nəhəngləri olan BP, "TotalEnergies", SOCAR, ADNOC, "Equinor", MOL Group, "ExxonMobil", "Chevron", TPAO, "Itochu", KazMunayGas, "Lukoil", "Masdar", "ACWA Power" və başqaları var. Stendlərdə nümayiş etdirilən texnologiyalar arasında süni intellektlə idarə olunan qazma sistemləri, boru xətlərinin dronlarla nəzarət sistemləri və karbon emissiyalarının azaldılmasına yönəlmiş həllər diqqət çəkir. Ona görə də deyə bilərik ki, Bakı hazırda sadəcə şəhər deyil, bir fikir mərkəzinə çevrilib. Paytaxtımız bu gün təkcə enerjini çıxaran və ixrac edən yox, həm də onu dərk edən, dəyişdirən və sabaha daşıyan bir gücdür. Çünki enerji təkcə hasil olunan resurs deyil, həm də paylaşılacaq məsuliyyətdir. 

Hər guşə sanki enerji sektorunun gələcəyinə açılan bir pəncərədir. Günəş panelləri, külək turbinləri, süni intellektlə təchiz edilmiş idarəetmə sistemləri, "ağıllı şəbəkə" konseptləri sərginin əsas elementləridir. Diqqətçəkən məqamlardan biri də odur ki, burada yalnız maşınlar deyil, vizyonlar da sərgilənir. Mavi ekranlarda parlayan rəqəmlər sanki sabahın xəritəsini çəkir. Dünyanın dörd bir yanından gəlmiş  şirkətləri təmsil edən nümayəndələr həm məhsullarını, həm də  inandıqları dəyərləri paylaşırlar. Burada hər künc, hər stend, hər detal bir hekayə danışır. Bunlar insan əzminin, yeniliyə olan marağın, diqqətin və gələcəyə olan inamın hekayəsidir. Ziyarətçilər bir neçə dəqiqə içində müxtəlif ölkələrin qabaqcıl texnoloji nailiyyətləri ilə tanış olur, interaktiv stendlərdəki prosesləri müşahidə edir, ekspertlərlə bilavasitə dialoq qurmaq imkanı qazanır, gördüklərini və öyrəndiklərini yaddaşlarına hopdururlar. Gənc bir mühəndis sərgidə gördüyü hansısa yenilikdən ilhamlanıb sabahın liderinə çevrilə bilər. Bir əcnəbi  investor burada eşitdiyi ideya ilə yeni  istiqamət aça bilər. 

Səudiyyə Ərəbistanının "ACWA Power"  şirkətinə məxsus pavilyonda  külək turbinləri fırlanır, bir az kənarda isə Azərbaycanın neft və qaz infrastrukturu interaktiv xəritə üzərində nümayiş olunur. Düşünürəm ki, Xəzər Neft və Qaz Sərgisi artıq, doğrudan da, enerji diplomatiyasının mühüm platformasına çevrilib. Burada keçmişin mirası ilə gələcəyin innovasiyası üz-üzə dayanır. Stendlər arasında gəzərkən gözümüz ilk olaraq SOCAR-ın nümayiş etdirdiyi yeni nəsil qazma texnologiyasına sataşır. İştirakçılar və ziyarətçilər  arasında maraqlı bir sükut var, hamı ekranda göstərilən simulyasiyanı diqqətlə izləyir. 

Bir qədər irəlidə BP-nin interaktiv lövhəsi ətrafında toplaşan qonaqlar karbon emissiyalarının azaldılması üzrə yeni konsepsiyanı müzakirə edirlər. BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə yaxınlaşıb sərgi ilə bağlı fikirlərini bölüşməyi xahiş edirik: "BP Azərbaycan dövləti ilə ilk hasilatın pay bölgüsü sazişini imzalayan şirkət kimi birinci gündən etibarən ölkənin neft-qaz sənayesində baş verən bütün vacib hadisələrin iştirakçısı olub. Bu baxımdan Bakı Enerji Həftəsi və onun mühüm tədbiri olan Xəzər Neft-Qaz sərgisində fasiləsiz iştirakımızı qeyd edə bilərəm. Sərginin təsis edilməsindən 30 il keçməsinə baxmayaraq, bu əhəmiyyətli tədbir yenə də öz statusunu qoruyub saxlayır. Məhz bu səbəbdəndir ki, sərgi iştirakçılarının sayı ildən-ilə artır. Hər il həm ölkədə, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən çoxsaylı yeni şirkət sərgiyə gəlir. Əslində, bu sərgi əlavə bir imkandır ki, biz il ərzində, bütövlükdə 30 il müddətində ölkədə göstərdiyimiz fəaliyyət barədə həm özümüzə, həm hökumətə, həm də geniş ictimaiyyətə hesabat verək. Eyni zamanda sərgi yeni planlarımızın bölüşməsi, yeni müqavilələrin imzalanması üçün ideal məkan və geniş əməkdaşlıq meydanıdır. Burada dövlət və hökumət üzvləri, tərəfdaş şirkətlər, ölkədə fəaliyyət göstərən subpodrat şirkətlər, eləcə də media təmsilçiləri və beyin mərkəzlərinin nümayəndələri bir araya gəlirlər. Bu baxımdan sərgi dialoq, hesabat və yeni əməkdaşlıq üçün gözəl platformadır". 

Daha sonra 13-cü Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisi - "Caspian Power" pavilyonuna keçirik. Burada isə həm simvolik, həm də texnoloji baxımdan tam fərqli bir enerji var. Günəş panelləri, elektrik enerjisi ilə çalışan "ağıllı batareya"lar, hətta yerli startapların təqdim etdiyi mikroşəbəkə layihələri də diqqətlərdən yayınmır. Pavilyonla tanış olarkən texnologiyanın yalnız güc və sürət deyil, həm də təbiətlə harmoniya və gələcək nəsillərə cavabdehlik anlamı daşıdığını görmək olur. Günəş panellərinin parıltısı, külək turbini maketlərinin ritmik fırlanışı və alternativ enerji mənbələri üzrə təqdim olunan innovativ həllər bu hissəni fərqli bir enerjiyə bürüyür. Bu pavilyonda ziyarətçiləri daha çox düşündürən sadəcə texnoloji inkişaf deyil, həm də bu texnologiyaların  daha təmiz, davamlı və təhlükəsiz bir gələcəyə xidmət etməsidir. Yerli və beynəlxalq şirkətlərin təqdim etdiyi "yaşıl layihə"lər, "ağıllı şəbəkə"lər gələcəyin enerjisinə atılan real və praktiki addımlar kimi təqdim olunur.

Günboyu keçirilən panel sessiyalar isə sərginin intellektual çəkisini artırır. Enerji keçidi, rəqəmsallaşma, yeni bazar modelləri - bütün bu mövzular dünyanın aparıcı enerji beyinləri tərəfindən müzakirə edilir. Sessiyalarda müxtəlif ölkələrdən gələn mütəxəssislər təkcə texnologiya haqqında danışmır, həm də ortaq gələcəyə dair strateji baxışlar səsləndirirlər. Bu da o deməkdir ki, sərgiyə evsahibliyi edən  ölkəmiz tədbirdə həm də biliklərin, təcrübələrin və qlobal dialoqun təşəbbüskarı kimi çıxış edir. Üstəlik, Azərbaycanın dünyaya açıq, əməkdaşlığa hazır və enerjiyə dair çağırışlara cavab vermək iqtidarında olan bir tərəfdaş olduğu sübuta yetir. 


Züleyxa ƏLİYEVA, 

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!