29 Mart 2026 17:27
192
Mədəniyyət
A- A+
Sənətin yaddaşında əbədiləşən sima - Rasim Balayev 

Sənətin yaddaşında əbədiləşən sima - Rasim Balayev 


Nəsiminin fəlsəfəsi, Babəkin qılıncı və Beyrəyin eşqi onun simasında bir ömrün sənət salnaməsinə çevrildi. Bu sima xalqın tarixini, mübarizəsini və duyğularını yaşadan canlı bir yaddaş idi. O, 77 illik ömrünü sənətə həsr edərək yaratdığı hər obrazla tamaşaçıların yaddaşına əbədi həkk olundu.

Bu böyük sənət yolunun sahibi Azərbaycan kino sənətinin sütunlarından biri, Xalq artisti, “İstiqlal” və “Şərəf” ordenli Rasim Balayevdir.

1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində oynadığı rollarla o, əsl tamaşaçı sevgisini qazanıb.


Rasim Balayev artıq 34 yaşında Azərbaycanın Xalq artisti idi. Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsiminin dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınırdı. Onun bu parlaq ifası VII Ümumittifaq Kinofestivalında “Ən yaxşı kişi rolu” mükafatı ilə təltif olundu və gənc aktyorun sənətdəki böyük yolunun başlanğıcını qoydu.

"Babək” (1979) filmi isə Rasim Balayev sənətinin gücünü daha geniş miqyasda təsdiqlədi. "Bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən yaxşıdır" nidası aktyorun səsi ilə yeni bir nəfəs aldı.


Görkəmli sənətkar ardıcıl olaraq Almaniyada, Türkiyədə, Rusiyada, İranda, Tacikistanda, Özbəkistanda, Gürcüstanda və digər yerlərdə ekranlaşdırılan 70-dən çox filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi obrazları tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb.

Rasim Balayev 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyət göstərib.

Onun əmək və fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib, ali dövlət ordenləri və mükafatları ilə təltif olunub. Rasim Balayev 1998-ci il avqustun 7-də “Şöhrət”, 2018-ci il avqustun 1-də “Şərəf”, 2023-cü il avqustun 7-də isə “İstiqlal” ordenləri ilə təltif edilib.

Bu gün vəfat edən Xalq artisti Rasim Balayevin yaratdığı obrazlar uzun illər tamaşaçı yaddaşında yaşayacaqdır. Onun vəfatı Azərbaycan mədəniyyəti və kino sənəti üçün ağır itkidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırmızı Aypara Cəmiyyəti: Gərginliyin başlamasından bəri İranda təxminən 21 min mülki şəxs yaralanıb

23:59
29 Mart

Küveytdə hərbi baza raket və PUA hücumuna məruz qalıb, 10 hərbçi yaralanıb

22:57
29 Mart

Media: İran Beer-Şevadakı sənaye parkına və Neqev səhrasında hərbi mərkəzlərə hücum edib  

22:38
29 Mart

Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı ABŞ-İran münaqişəsinin həlli yollarını müzakirə ediblər  

22:37
29 Mart

Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib  

22:03
29 Mart

Nazir müavini: Rasim Balayev hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi  

21:19
29 Mart

Media: İsfahan Texnologiya Universiteti hava hücumlarına məruz qalıb  

21:19
29 Mart

Konfutsi İnstitutunun direktoru: Çin Azərbaycan üçün etibarlı tərəfdaşdır 

20:28
29 Mart

FHN: Su basmış ərazilərdən ümumilikdə 278 nəfər təhlükəsiz yerlərə təxliyə edilib  

18:41
29 Mart

Sənətin yaddaşında əbədiləşən sima - Rasim Balayev 

17:27
29 Mart

Abşeronda aramsız yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır

16:43
29 Mart

Bakıda su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib  

15:57
29 Mart

Bakıda və Abşeron yarımadasında yağıntıların intensivliyi və anomaliyası yüksək olub  

15:19
29 Mart

C.Ə.Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında

15:10
29 Mart

Səfirlik: Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün bütün lazımi prosedurlara başlanılıb VİDEO  

15:03
29 Mart

Azərbaycanda “Yer saatı 2026” beynəlxalq kampaniyası qeyd edilib  

14:49
29 Mart

Xalq artisti Rasim Balayev vəfat edib

14:48
29 Mart

BMT-də Hörmüz boğazı vasitəsilə tədarüklərin təmin edilməsi üçün məqsədli qrup yaradılır

14:38
29 Mart

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

14:13
29 Mart

BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub

13:53
29 Mart

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyirlər

13:38
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!