29 Mart 2026 16:43
193
CƏMİYYƏT
A- A+
Abşeronda aramsız yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Abşeronda aramsız yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Son günlər havaların intensiv yağmurlu keçməsi və yağıntının normadan qat-qat artıq olması Abşeron rayonunun bir sıra ərazilərində subasma halları ilə müşahidə olunub. Yağışlar xüsusilə rayonun ən böyük yaşayış məntəqələri olan Xırdalan şəhəri və Masazır kəndində də ciddi fəsadların yaranmasına gətirib çıxarıb.

Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aramsız yağan yağışın yaratdığı fəsadların aradan qaldırılması, küçələrdə və məhəllələrdə yığan suyun kənarlaşdırılması istiqamətində dərhal lazimi tədbirlərin görülməsinə başlanılıb. Belə ki, martın 27-si səhər saatlarından etibarən Abşeron Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yerli idarələri ilə birgə, o cümlədən yerli bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və rayonun digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışıblar.

Təbiət hadisəsi ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətində aidiyyatı qurumların əməkdaşları ilə birgə qərargah yaradılıb. Hazırda Abşeron Rayon Fövqəladə Hallar Komissiyası aidiyyatı qurumlarla birgə fəaliyyət göstərir və bu istiqamətdə həyata keçirilən fəaliyyətimiz davam etdirilməkdədir.

Məlumat üçün bildiririk ki, iki gün ərzində ehtiyac duyulan ərazilərdən əhalinin təxliyəsi həyata keçirilib. Təxliyə olunan insanlar üçün sığınacaqlar yaradılıb, eyni zamanda, gecələmələri üçün kirayə evlər tutulub. Bir çox ünvanlarda subasmanın qarşısı alınıb. Nasosxanaların fəaliyyəti xüsusi nəzarətə götürülərək gücləndirilmiş rejimə keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırmızı Aypara Cəmiyyəti: Gərginliyin başlamasından bəri İranda təxminən 21 min mülki şəxs yaralanıb

23:59
29 Mart

Küveytdə hərbi baza raket və PUA hücumuna məruz qalıb, 10 hərbçi yaralanıb

22:57
29 Mart

Media: İran Beer-Şevadakı sənaye parkına və Neqev səhrasında hərbi mərkəzlərə hücum edib  

22:38
29 Mart

Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı ABŞ-İran münaqişəsinin həlli yollarını müzakirə ediblər  

22:37
29 Mart

Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib  

22:03
29 Mart

Nazir müavini: Rasim Balayev hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi  

21:19
29 Mart

Media: İsfahan Texnologiya Universiteti hava hücumlarına məruz qalıb  

21:19
29 Mart

Konfutsi İnstitutunun direktoru: Çin Azərbaycan üçün etibarlı tərəfdaşdır 

20:28
29 Mart

FHN: Su basmış ərazilərdən ümumilikdə 278 nəfər təhlükəsiz yerlərə təxliyə edilib  

18:41
29 Mart

Sənətin yaddaşında əbədiləşən sima - Rasim Balayev 

17:27
29 Mart

Abşeronda aramsız yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır

16:43
29 Mart

Bakıda su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib  

15:57
29 Mart

Bakıda və Abşeron yarımadasında yağıntıların intensivliyi və anomaliyası yüksək olub  

15:19
29 Mart

C.Ə.Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında

15:10
29 Mart

Səfirlik: Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün bütün lazımi prosedurlara başlanılıb VİDEO  

15:03
29 Mart

Azərbaycanda “Yer saatı 2026” beynəlxalq kampaniyası qeyd edilib  

14:49
29 Mart

Xalq artisti Rasim Balayev vəfat edib

14:48
29 Mart

BMT-də Hörmüz boğazı vasitəsilə tədarüklərin təmin edilməsi üçün məqsədli qrup yaradılır

14:38
29 Mart

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

14:13
29 Mart

BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub

13:53
29 Mart

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyirlər

13:38
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!