29 Mart 2026 20:28
199
CƏMİYYƏT
A- A+
Konfutsi İnstitutunun direktoru: Çin Azərbaycan üçün etibarlı tərəfdaşdır 

Konfutsi İnstitutunun direktoru: Çin Azərbaycan üçün etibarlı tərəfdaşdır 


  • Azərbaycan Prezidenti İlham Əliyevin və Çinin Sədri Si Cinpinin strateji rəhbərliyi ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bu günədək siyasi, iqtisadi və humanitar sahələrdə dinamik inkişaf edən ikitərəfli əlaqələr hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

  • AZƏRTAC xəbər verir ki, bu fikirləri Sinxua agentliyinə müsahibəsində çinşünas alim, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib.

  • O xatırladıb ki, Ümummilli Lider Heydər Əliyev hələ 1994-cü ildə Çinə tarixi səfəri zamanı bu ölkənin iqtisadiyyatının modernləşmə modelinin əhəmiyyətini qeyd etmişdi. R.Abbasov iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafının müsbət dinamika nümayiş etdirdiyini vurğulayıb. Belə ki, ötən il Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,87 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin yanvar ayında isə 420 milyon dollar təşkil edib. Bununla da Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşları sırasında üçüncü yerə yüksəlib. Hazırda Azərbaycanda Çin kapitalı ilə fəaliyyət göstərən 350-dən çox müəssisə “yaşıl” enerji, avtomobil istehsalı, informasiya-kommunikasiya texnologiyaları, tikinti materiallarının istehsalı və pərakəndə ticarət sahələrində layihələr həyata keçirir. Çin Azərbaycanla bu ölkənin modernləşmə təcrübəsini paylaşmağa, süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə, Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılmasına, investisiya əməkdaşlığının genişləndirilməsinə hazırdır. Çin və Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində də əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə dəmir yolu ilə yükdaşımaların həcmi ildən-ilə artır ki, bu da regional iqtisadi inkişafın təmin olunmasına və qlobal istehsal-ticarət zəncirlərinin sabitliyinə töhfə verir.

  • Azərbaycan-Çin humanitar əlaqələrinin inkişafına toxunan R.Abbasov deyib ki, Azərbaycanda Çin dilini öyrənməyə maraq ildən-ilə artır, Çin mədəniyyətinə, tarixinə və müasir həyatına diqqət genişlənir. Artıq 10 ildir ki, Bakıda Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu fəaliyyət göstərir. İnstitutun Çin dili kurslarında, eləcə də ölkənin bir çox ali və orta məktəblərində, institutun 13 filialında, elmi və ictimai gənclər təşkilatlarında 4000-dən çox tələbə təhsil alıb. Tələbə mübadilələrinin təşkili, gənclər üçün mədəni-maarifləndirici yay düşərgələrinin keçirilməsi, Çin xalq musiqisi və rəqsləri, ənənəvi tibb, kalliqrafiya və rəssamlıq, döyüş sənətləri, kulinariya və çay mərasimi, stolüstü tennisə həsr olunmuş mədəni və idman tədbirləri Konfutsi İnstitutunu Çin ilə Azərbaycan arasında mədəni mübadilə, xalq diplomatiyası və iki xalqın dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün platformaya çevirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırmızı Aypara Cəmiyyəti: Gərginliyin başlamasından bəri İranda təxminən 21 min mülki şəxs yaralanıb

23:59
29 Mart

Küveytdə hərbi baza raket və PUA hücumuna məruz qalıb, 10 hərbçi yaralanıb

22:57
29 Mart

Media: İran Beer-Şevadakı sənaye parkına və Neqev səhrasında hərbi mərkəzlərə hücum edib  

22:38
29 Mart

Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı ABŞ-İran münaqişəsinin həlli yollarını müzakirə ediblər  

22:37
29 Mart

Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib  

22:03
29 Mart

Nazir müavini: Rasim Balayev hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi  

21:19
29 Mart

Media: İsfahan Texnologiya Universiteti hava hücumlarına məruz qalıb  

21:19
29 Mart

Konfutsi İnstitutunun direktoru: Çin Azərbaycan üçün etibarlı tərəfdaşdır 

20:28
29 Mart

FHN: Su basmış ərazilərdən ümumilikdə 278 nəfər təhlükəsiz yerlərə təxliyə edilib  

18:41
29 Mart

Sənətin yaddaşında əbədiləşən sima - Rasim Balayev 

17:27
29 Mart

Abşeronda aramsız yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır

16:43
29 Mart

Bakıda su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib  

15:57
29 Mart

Bakıda və Abşeron yarımadasında yağıntıların intensivliyi və anomaliyası yüksək olub  

15:19
29 Mart

C.Ə.Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında

15:10
29 Mart

Səfirlik: Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün bütün lazımi prosedurlara başlanılıb VİDEO  

15:03
29 Mart

Azərbaycanda “Yer saatı 2026” beynəlxalq kampaniyası qeyd edilib  

14:49
29 Mart

Xalq artisti Rasim Balayev vəfat edib

14:48
29 Mart

BMT-də Hörmüz boğazı vasitəsilə tədarüklərin təmin edilməsi üçün məqsədli qrup yaradılır

14:38
29 Mart

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

14:13
29 Mart

BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub

13:53
29 Mart

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyirlər

13:38
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!