29 Mart 2026 14:38
198
DÜNYA
A- A+
BMT-də Hörmüz boğazı vasitəsilə tədarüklərin təmin edilməsi üçün məqsədli qrup yaradılır

BMT-də Hörmüz boğazı vasitəsilə tədarüklərin təmin edilməsi üçün məqsədli qrup yaradılır

Yaxın Şərqdə gərginliyin artması fonunda BMT-nin Baş katibi Antonio Quterreş qlobal ərzaq böhranının qarşısının alınması və gübrələrin dəniz yolu ilə ticarətinə dəstək məqsədilə xüsusi mexanizmin yaradılmasına təşəbbüs göstərib.

AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdə davam edən münaqişə və onun genişlənməsi riski qlobal logistikanı pozur. BMT-nin bəyanatında qeyd olunur ki, Hörmüz boğazında gəmiçiliyin pozulması yaxın aylarda “domino effekti” yaradaraq dünyada humanitar vəziyyətə və kənd təsərrüfatı istehsalının həcminə birbaşa təsir göstərə bilər.

Bu problemlərə operativ reaksiya vermək məqsədilə Antonio Quterreş ixtisaslaşmış Məqsədli qrup yaradıb. Quruma rəhbərlik BMT Baş katibinin müavini, BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) icraçı direktoru Jorje Moreyra da Silvaya həvalə olunub. Qrupa həmçinin BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD), Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Beynəlxalq Ticarət Palatası (ICC) daxil edilib.

Qurumun əsas prioriteti Hörmüz boğazı zonasında humanitar problemlərin həllinə yönəlmiş texniki mexanizmlərin hazırlanması olacaq. Zərurət yaranarsa, əlavə ekspert qurumları da bu işə cəlb ediləcək.

BMT-dən bildirilib ki, yeni təşəbbüs təşkilatın təcrübəsinə əsaslanır. Bu çərçivədə Yəmən üçün Yoxlama və Monitorinq Mexanizmi, Qara dəniz taxıl təşəbbüsü və Qəzzaya humanitar yardım tədarükləri üzrə 2720 saylı mexanizm nümunə göstərilir. Qrupun əsas məqsədi gübrələrin və onların istehsalı üçün xammalın fasiləsiz ticarətinə dəstək verməkdir. Qeyd olunub ki, mexanizmin işə salınması üzv dövlətlərlə sıx əməkdaşlıq şəraitində, onların milli suverenliyinə tam hörmətlə və beynəlxalq hüquq çərçivəsində həyata keçiriləcək.

Baş katib problemin hərtərəfli və uzunmüddətli həllinin tapılmasına sadiq olduğunu təsdiqləyib, lakin vurğulayıb ki, regionda qeyri-sabitliyin iqtisadi və humanitar nəticələrini yumşaltmaq üçün dərhal tədbir görülməlidir. “Bu təşəbbüs uğurlu olarsa, münaqişənin həlli üzrə diplomatik proses çərçivəsində ölkələr arasında etimadı möhkəmləndirəcək və daha geniş siyasi nizamlanma üçün mühüm addım olacaq”, – deyə bəyanatda bildirilir.

Məqsədli qrupun texniki fəaliyyəti ilə paralel olaraq, üzv dövlətlərlə siyasi qarşılıqlı fəaliyyətə Yaxın Şərq münaqişəsi üzrə Baş katibin yeni təyin olunmuş şəxsi nümayəndəsi Jan Arno rəhbərlik edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırmızı Aypara Cəmiyyəti: Gərginliyin başlamasından bəri İranda təxminən 21 min mülki şəxs yaralanıb

23:59
29 Mart

Küveytdə hərbi baza raket və PUA hücumuna məruz qalıb, 10 hərbçi yaralanıb

22:57
29 Mart

Media: İran Beer-Şevadakı sənaye parkına və Neqev səhrasında hərbi mərkəzlərə hücum edib  

22:38
29 Mart

Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı ABŞ-İran münaqişəsinin həlli yollarını müzakirə ediblər  

22:37
29 Mart

Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib  

22:03
29 Mart

Nazir müavini: Rasim Balayev hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi  

21:19
29 Mart

Media: İsfahan Texnologiya Universiteti hava hücumlarına məruz qalıb  

21:19
29 Mart

Konfutsi İnstitutunun direktoru: Çin Azərbaycan üçün etibarlı tərəfdaşdır 

20:28
29 Mart

FHN: Su basmış ərazilərdən ümumilikdə 278 nəfər təhlükəsiz yerlərə təxliyə edilib  

18:41
29 Mart

Sənətin yaddaşında əbədiləşən sima - Rasim Balayev 

17:27
29 Mart

Abşeronda aramsız yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır

16:43
29 Mart

Bakıda su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib  

15:57
29 Mart

Bakıda və Abşeron yarımadasında yağıntıların intensivliyi və anomaliyası yüksək olub  

15:19
29 Mart

C.Ə.Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında

15:10
29 Mart

Səfirlik: Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün bütün lazımi prosedurlara başlanılıb VİDEO  

15:03
29 Mart

Azərbaycanda “Yer saatı 2026” beynəlxalq kampaniyası qeyd edilib  

14:49
29 Mart

Xalq artisti Rasim Balayev vəfat edib

14:48
29 Mart

BMT-də Hörmüz boğazı vasitəsilə tədarüklərin təmin edilməsi üçün məqsədli qrup yaradılır

14:38
29 Mart

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

14:13
29 Mart

BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub

13:53
29 Mart

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyirlər

13:38
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!