08 İyul 2025 08:15
402
İQTİSADİYYAT
A- A+
Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verildi

Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verildi


Dövlət başçısının tapşırığı ilə iqtisadiyyatın gələcək dövrün çağırışlarına uyğunlaşdırılmasına imkan verməsi məqsədilə yaradılan İqtisadi Şuranın 11 aprel 2025-ci il tarixli qərarına əsasən, şuranın tərkibində Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu yaradılmışdır. 

İşçi qrupunun yaradılmasında əsas məqsədlər sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması, qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkilindən ibarətdir.

Dövlət başçısı İşçi qrupunun qarşısında sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması tapşırığı qoymuşdur. 

İqtisadi sahənin əsas sütunu olan sənaye sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Koordinasiya Qrupunun rəhbəri “Mətanət A” Şirkətinin Müşahidə Şurasının sədri və Azərbaycan Tikinti Materialları İstesalçıları Assosiasiyasının (ATMİA) İdarə Heyətinin sədri Bəşirov Elxan Hidayət oğlu seçilmişdir. Koordinasiya qrupu ölkənin 100-dən çox aparıcı şirkətini özündə birləşdirir. Qrupun rəhbəri koordinasiya üzvləri ilə birgə maneə və çətinliklərlə bağlı təklifləri müzakirə edir, onları təhlil edərək optimallaşdırır və qanunvericiliyə uyğun formada layihələndirərək dövlət başçısının köməkçisinə təqdim edir. 

Sahibkarlara yaradılan maneələr dövlət proqramlarının icrasını gecikdirir. Bu maneələr birdəfəlik aradan qaldırılmalı və bunun  üçün lazımi tədbirlər görülməlidir. 

Ölkənin sosialyönümlü iqtisadiyyatı və dövlət başçısı tərəfindən nümayiş etdirilən güclü siyasi iradəyə uyğun olaraq, ölkədə iqtisadi aktivliyin artırılması və insanların  iş yerləri ilə təmin edilməsi iqtisadi siyasətin prioritetliyinin göstəricisidir.

Həyata keçirilən bütün bu tədbirlər və aparılan islahatlar sənaye sahələrinin sürətlə inkişafına daha da təkan verəcəkdir. Cənab Prezidentin sözü ilə desək, Azərbaycanda sənayeləşmə sürətlə inkişaf edir. Sənaye sahələrinin inkişafı isə güclü Azərbaycan deməkdir. Ulu Öndərimizin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı bu gün cənab Prezidentin həyata keçirdiyi iqtisadi islahatlarla reallığa çevrilmişdir. 

Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. Məhz iqtisadi gücümüzə söykənərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda iqtisadi gücümüzlə doğma torpaqlarımıza həyat yenidən qayıdır. 

Cənab Prezident dəfələrlə “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir” deyə bildirib.

Hər bir sahibkar ölkəmizin sosial-iqtisadi inkişafında, istehsal potensialını artırmaq  üçün öz öhdəsinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməlidir. Azərbaycanda dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait yaradılıb, bütün lazımi dəstək göstərilir. Şübhəsiz, dövlət və özəl sektorun birgə fəaliyyəti ilə ölkənin sosial-iqtisadi inkişafı üçün qarşıya çıxan maneə və çətinliklərin həlli istiqamətində həyata keçirilən tədbirlər öz töhfəsini verəcəkdir.

Bu səbəbdən sahibkarlar dövlət tərəfindən yaradılan portal (https://economicreforms.gov.az/) vasitəsilə maneə və çətinlikləri qeyd etməklə öz təkliflərini verməlidirlər.


“Mətanət A” şirkəti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!