29 Aprel 2025 18:17
537
CƏMİYYƏT
A- A+
Senator: Azərbaycanın təcrübəsi Rumıniya üçün mühüm nümunədir

Senator: Azərbaycanın təcrübəsi Rumıniya üçün mühüm nümunədir

Rumıniya parlamentinin üzvü, senator Kristian Sipos Rumıniya-Azərbaycan dostluq qrupu çərçivəsində ölkəmizə rəsmi səfəri barədə video və yazılı məqalə şəklində müsahibə verib. O qeyd edib ki, səfər zamanı ikitərəfli münasibətlərin gücləndirilməsi ilə yanaşı, Azərbaycanın inkişaf modeli və təbii sərvətlərindən istifadəsi diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, senator müsahibəsində Azərbaycanın müstəqilliyini 1991-ci ildə yenidən qazandığını vurğulayaraq, Rumıniyanın bu müstəqilliyi tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb. O, Azərbaycanın öz təbii ehtiyatlarını (xüsusilə təbii qaz və neft) ağıllı şəkildə idarə etməsini, əldə olunan gəlirlərin isə vətəndaşların rifahına yönəldilməsini yüksək qiymətləndirib. “Azərbaycan deyəndə ilk ağıla gələn təbii qazdır”, - deyə K.Sipos bildirib və əlavə edib ki, ölkə beynəlxalq şirkətlərlə əməkdaşlıq etməyi bacarır və maliyyə intizamına ciddi yanaşır. O bildirib ki, səfər çərçivəsində Azərbaycanın Baş naziri və Milli Məclisin üzvləri ilə keçirilən görüşlər də xüsusi önəm daşıyırdı. Diqqətə çatdırıb ki, Azərbaycanın Milli Məclisi 11 milyon əhalisi olan ölkədə cəmi 125 deputatdan ibarət olsa da, effektiv fəaliyyət göstərir.

Senatorun iştirak etdiyi digər rəsmi tədbir isə Bakıdakı Corc Enesku heykəli önünə Azərbaycan hökumətinin təşkil etdiyi gülqoyma mərasimi olub. Səfər zamanı nümayəndə heyəti Azərbaycanın məşhur "Araz" mağazalar şəbəkəsi ilə də tanış olub. Bu mağazalar sosial bərabərliyi qorumaq məqsədilə bütün əhali qruplarına münasib qiymətlərlə məhsullar təqdim edir və bu sistem Rumıniyada mövcud pərakəndə satış strukturu ilə müqayisədə fərqlənir. Energetika, ticarət və turizm kimi sahələrdə əməkdaşlıq imkanları da səfərin gündəliyində yer alıb. Senator K.Sipos bu dialoqların iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində əhəmiyyətli olduğunu bildirib və Rumıniyanın öz milli dəyərlərini qorumaqla yanaşı, Azərbaycanın uğurlu təcrübəsindən də dərs çıxarmalı olduğunu qeyd edib. Senator sonda qeyd edib ki, mövcud çağırışlar qarşısında Rumıniya öz milli kimliyini yenidən qiymətləndirməli və strateji qərarlar qəbul etməlidir. Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi Rumıniya üçün iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm nümunə ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!