06 İyul 2025 08:30
724
İQTİSADİYYAT
A- A+
Şəmkirdə festival festivala qarışdı

Şəmkirdə festival festivala qarışdı


Şəmkirdə kənd təsərrüfatının inkişafına, yerli məhsulların tanıdılmasına və aqrar sahibkarlığın təşviqinə xidmət məqsədilə Aqrar Biznes və Tərəvəz festivalları keçirilib. 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Şəmkir Rayon İcra Hakimiyyəti və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi regionun kənd təsərrüfatı potensialını tanıtmaq, aqrar sahəyə investisiya cəlb etmək, yerli məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirmək, həmçinin fermerlərlə biznes qurumları arasında əməkdaşlığı gücləndirmək olub.

Festival çərçivəsində yerli fermerlər, aqrar sahədə fəaliyyət göstərən müəssisələr və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şirkətlər öz məhsullarını və xidmətlərini nümayiş etdiriblər. Tərəvəz Festivalında Şəmkir rayonunun zəngin tərəvəz çeşidləri - pomidor, xiyar, bibər, badımcan və digər yerli məhsullar təqdim olunub. Festivalda Qazax-Tovuz iqtisadi rayonu üzrə Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz rayonlarından fermerlər və yerli rayon sakinləri iştirak ediblər.

Aqrar Biznes Festivalı çərçivəsində aqrar sahəyə dair müasir kənd təsərrüfatı texnikası və texnologiyalar, yüksək məhsuldar toxum nümunələri, orqanik və mineral gübrələr, eləcə də bitki mühafizə vasitələri sərgilənib. Festival iştirakçıları yerli fermerlərin yüksəkkeyfiyyətli, ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaq və birbaşa istehsalçılardan alış etmək imkanı əldə ediblər. Festivalda kənd təsərrüfatı məhsullarının sərgisi ilə yanaşı, istixana sahibləri və fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün açıq havada ziyafət təşkil edilib.

Festivalın ənənəsinə uyğun olaraq həmçinin bank və bank olmayan kredit təşkilatlarının və dövlətin maliyyə qurumlarının iştirakı ilə kredit yarmarkası keçirilib. 

Panel sessiyalarda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Biznesin İnkişafı Fondu, Aqrar Sığorta Fondu, banklar və kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel sessiyası zamanı dövlətin kənd təsərrüfatı sektoruna yönəltdiyi maliyyə dəstək alətləri, subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta imkanları və fermerlər üçün yaradılan maliyyə mexanizmləri barədə məlumatlar verilib. Həmçinin festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən fermerlər üçün " Kartof bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri" mövzusunda təlim keçirilib.


Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!