09 İyul 2026 10:45
235
Mədəniyyət
A- A+
Şəmkirdə alman mədəni irsi

Şəmkirdə alman mədəni irsi


Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimizə diqqət və qayğı təşkil edir. Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdən sayılır. 

Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsində olmuşdur. Bütün bunlar gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində, xalqımızın tolerantlıq tarixinin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynamışdır.

Tarixdən də məlum olduğu kimi, Gəncədən təxminən 40 kilometr qərbdə - 1819-cu ildə alman kolonialistləri tərəfindən yaradılmış Annenfeld kəndi hazırda Şəmkir şəhərinin əsasını təşkil edir. Bu qədim ünvanda tolerantlığın, xüsusən də alman mədəni irsini və almanların qədim ruhunu özündə yaşadan tikililər çoxdur. Almanlar  Annenfeld  (indi Şəmkir) şəhərində 4 küçə salmış, bu küçələrdə 400-ə qədər ev tikmiş və rus-alman dilində dördsinifli məktəb açmışlar. 

Mütəxəssislərin fikrincə, burada şəhərsalma mədəniyyəti Şəmkirin coğrafi mövqeyi ilə sıx bağlıdır. Hələ həmin dövr küçələrdə, evlərdə bu gün də istifadədə olan kanalizasiya sistemləri quraşdırılmışdır. Bu gün Şəmkirdə küçələr boyunca taxta döşəməli, holland sobalı, şüşəbəndli və geniş zirzəmili, ən azı iki-üç otağı, həyətində yardımçı tikililəri olan mülki evlər eyni istiqamətdə yan-yana düzülmüşdür. Qırmızı kirəmit və ya dəmirlə örtülmüş evlər öz memarlıq simasında qotik üslubun əlamətlərini daşıyır. Bu şəhərin planlı şəkildə salınması, kanalizasiya və su kollektorlarının, su arxlarının, habelə küçələrdə ağacların, yaşıllıq zolaqlarının nizamlı salınması, park və musiqili əyləncə mərkəzinin yaradılması,  mərkəzdə məbədlərin və inzibati binaların yerləşdirilməsi şəhərsalmanın ilkin mərhələdən sistemli xarakter daşıdığını sübut edir. Küçələrin istiqamətli salınması və yaşayış məkanlarının sosial təbəqələşməyə uyğun təşkili də məkanın şüurlu planlaşdırılmasının göstəricisi hesb olunur.

Almanlar Şəmkirdə üzümçülük, maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Ötən əsrin sonlarınadək fəaliyyətdə olan məşhur Şəmkir konyak zavodunu, Lenin qəsəbəsi (indi Çinarlı), Təzəkənd və İrmaşlı kəndlərindəki şərab zavodlarını da onlar tikmişlər. Almanlar Yasamal dağlarının döşündəki meşəliklərdəki bulaqlardan Şəmkirin özünə, eləcə də adıçəkilən kəndlərə su çəkdirmiş, ən nəhayət, bölgədə ilk su-elektrik stansiyası inşa etmişlər ki, bununla da regionda sənaye inkişaf etməyə başlamışdır. 

Qeyd edək ki, almanlar burada məskunlaşdıqları müddət ərzində yerli əhali ilə mehriban ünsiyyət qurmuşlar. Öz dini inanclarını qoruyub saxlayan almanlar qəsəbədə kilsə də inşa etmişlər. Hazırda xalq arasında bura Lüteran kilsəsi kimi tanınır. Şəmkirə yolu düşənlər bu gün həmin kilsəyə böyük maraqla tamaşa edirlər. 

Bəs, görəsən, o illər almanlar niyə məhz Şəmkirdə məskunlaşmışlar? Tarixə nəzər salanda məlum olur ki, 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə ailə imperiyanın ərazisinə köçürülüb. Bu köçürülmə zamanı, daha dəqiq desək, 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Azərbaycanda ilk alman koloniyasının Yelenendorfda (indi Göygöl rayonu), sonra isə ondan 40 kilometr aralıda ikinci alman koloniyasının - Annenfelddə (indi Şəmkir rayonu) əsası qoyulub. 

Qeyd etdiyimiz kimi, almanlar Şəmkirdə üzümçülük və şərabçılığın inkişafı üçün xeyli iş görmüşlər, üzüm plantasiyaları salmış, su dəyirmanları, kiçik su-elektrik stansiyaları yaratmışlar. Gəlişlərinin ikinci ili - 1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə Annenfelddə roman qotik üslubunda Lüteran kilsəsini tikdirmişlər. Kilsənin memarı Ferdinand Lemkul idi.

Təəssüf ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra Azərbaycan xalqı ilə yanaşı, burada yaşayan almanlar da xoşagəlməz hallarla üzləşmişlər. Sovet imperiyası tərəfindən 1928-ci ildə rəsmi şəkildə dinə qarşı mübarizəyə başlanılmışdır. Həmin ilin dekabrında Azərbaycan KP MK-nın qərarı ilə bir çox məscid, kilsə və sinaqoq maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verilmişdir. 1936-1938-ci illərdə - repressiyanın tüğyan etdiyi bir vaxtda Azərbaycanda fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olunmuşlar. Kilsənin son keşişi Emil Royş isə ilk dəfə 1931-ci ildə həbs edilmişdir. Sonra azadlığa buraxılsa da, 1937-ci ildə təkrar həbs edilərək NKVD üçlüyü tərəfindən güllələnməyə məhkum olunmuşdur. 

SSRİ Xalq Daxili İşlər Komissarı L.Beriyanın almanların Cənubi Qafqazdan köçürülməsi haqqında 15 oktyabr 1941-ci il tarixli qərarına əsasən, 3 gün ərzində Şəmkirdə yaşayan almanlar Sibirə və Qazaxıstana sürgün edilmişlər. Bundan sonra kilsə öz fəaliyyətini dayandırmış və burada mədəniyyət evi, müəllimlər evi və tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərmişdir. Uzun müddət təmir-bərpa işləri aparılmadığından bu qədim tikili qəzalı vəziyyətə düşmüşdü. Yalnız Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə kilsə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınmış və Prezident İlham Əliyevin dəstəyi, habelə 2012-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycandır" layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə əsaslı şəkildə bərpa edilmişdir. Kilsənin yerləşdiyi ərazi abadlaşdırılmış, ətrafında park salınmışdır. Kilsədə dini ayinləri, eləcə də musiqili tədbirləri keçirmək üçün orqan quraşdırılmışdır.  


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunmasına dair ictimai müzakirə olub

20:20
09 İyul

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının kompleksi ucaldılır

19:55
09 İyul

Zəngilanda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim olunub

19:53
09 İyul

Naxçıvanın 2025-ci il büdcəsinin icrasına dair məsələ müzakirəyə çıxarılıb

19:50
09 İyul

Çində fabrikdə baş verən yanğın zamanı 28 nəfər ölüb

19:46
09 İyul

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

19:43
09 İyul

Azərbaycan və Fransa arasında parlament diplomatiyası məsələləri müzakirə olunub

19:40
09 İyul

Parlamentlərarası İttifaqın konfransında Azərbaycanın ekoloji bərpa təcrübəsindən danışılıb

19:36
09 İyul

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib

19:33
09 İyul

Azərbaycanda quraqlıq və səhralaşma prosesi üzrə tədqiqat aparılır  

19:30
09 İyul

Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar

17:36
09 İyul

Paytaxtda iki küçədə təmir işləri başa çatıb, daha dörd yolda yenidənqurma davam edir

17:33
09 İyul

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!