14 Avqust 2024 11:10
125
CƏMİYYƏT
A- A+

Şəkidə aşağı seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilir

 

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıqla əlaqədar 114 saylı Şəki şəhər seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün səsvermə günü prosedurları ilə bağlı maarifləndirici treninqlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 12-də başlayan treninqlərə dairənin tərkibində olan 44 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri olmaqla ümumilikdə 276 nəfər cəlb edilib. Treninqlərin ilk iki günündə keçirilən məşğələlərdə 24 seçki məntəqəsi üzrə 144 komissiya üzvü iştirak edib. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Tehran Əzizov və Elnur Mustafayev aparırlar.

Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib. Treninqlərdə, həmçinin hər bir iştirakçıya “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər sənəd nümunələri təqdim edilib.

Dairə seçki komissiyasının sədri Kamran Rəsulovun verdiyi məlumata görə, bu dairə üzrə Milli Məclisə yeganə mandat uğrunda 8 namizəd mübarizə aparacaq. Onlardan üçü müxtəlif siyasi partiyaları təmsil edir. Beş nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə indiyədək 362 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video