19 May 2026 14:32
134
SİYASƏT
A- A+
Şəhərsalma sahəsində Azərbaycanın uğurları beynəlxalq müstəvidə layiqincə qiymətləndirilir

Şəhərsalma sahəsində Azərbaycanın uğurları beynəlxalq müstəvidə layiqincə qiymətləndirilir


“Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçirilməsi tarixi hadisədir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, WUF13-ün məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını, qlobal proseslərdə fəal iştirakını və xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Forumun regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi isə ölkəmizin beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir. Tədbirin açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, bu qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Eyni zamanda, ölkəmiz sabitlik adası kimi xarakterizə olunur.  Məhz bu səbəblərdən də, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi qərarı da bu reallıqların əyani nümunəsidir. 2022-ci ildən etibarən ölkəmiz üç Milli Şəhərsalma Forumunu “UN-Habitat” ilə  birgə keçirib. Ağdamda, Zəngilanda və Xankəndidə tədbirlər təşkil olunub.

Dövlətimizin başçısı mayın 18-də “Euronews” televiziyasına müsahibəsində də vurğulayıb ki,  WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. “Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”,-deyə cənab Prezident bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı çıxışında Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib. Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini isə fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” prosesi çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə  şəhərsalma əsaslandırması təsdiq olunub. Üç müasir hava limanı inşa olunub, yüz kilometrlərlə ölçülən avtomobil və dəmir yolları salınıb, yüzlərlə körpü, onlarla tunel, viaduk inşa edilib. Elektrik enerjisi, su təchizatı, habelə sosial və humanitar sahələrdə genişmiqyaslı layihələr reallaşdırılır.

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində qeyd edib ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq: “Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik”. Dövlət başçısının fikrincə, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.  Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir.

“Ümumiyyətlə, bu gün Azərbaycan ən qabaqcıl şəhərsalma yanaşmalarını tətbiq etməyə çalışır, çoxsaylı beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq qurur. Son illər ərzində bu sahədə həyata keçirilən qanunvericilik islahatları isə kompleks şəkildə şəhərsalma fəaliyyətinin şəffaf, davamlı və qanunauyğun çərçivədə icrasına şərait yaradıb. Diqqət mərkəzində olan məsələlərdən biri də şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasətinin müasir tələblərə uyğun təşkil olunmasıdır. Şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı olmasını təmin etmək üçün ölkəmizdə səmərəli icra mexanizmi formalaşdırılır. Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti beynəlxalq müstəvidə layiqincə qiymətləndirilir. Bakıda keçirilən bu mötəbər beynəlxalq tədbirdə 182 ölkədən 45 mindən artıq insanın iştirakı bu reallığı bir daha təsdiqləyir”,-deyə Samir Vəliyev vurğulayıb.

Rəşad CƏFƏRLİ, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

17:14
19 May

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır

17:11
19 May

WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri müzakirə olunub

17:00
19 May

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib

15:36
19 May

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

15:35
19 May

Şəhərsalma və davamlı inkişaf Azərbaycanın strateji prioritetidir

15:33
19 May

“AZERBAIJAN RAILWAYS” CLOSED JOIND STOCK COMPANY

15:31
19 May

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

15:30
19 May

Şəhərsalma sahəsində Azərbaycanın uğurları beynəlxalq müstəvidə layiqincə qiymətləndirilir

14:32
19 May

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

14:16
19 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır 

14:15
19 May

Malayziya Şəhər Şurasının meri: WUF13 dayanıqlı şəhər inkişafı və təcrübə paylaşımını gücləndirir 

14:13
19 May

Nazir: Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib 

14:12
19 May

WUF13: “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusu müzakirə olunub

14:07
19 May

Ceyhun Bayramov: Şəhərlər regional əməkdaşlıq və dayanıqlı inkişafın strateji platformalarına çevrilir

14:06
19 May

Çingiz Hüseynzadə: İdmanın gözəlliyi onun ədalətindədir

14:02
19 May

Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində gündəlikdə olan məsələlər nəzərdən keçirilib  

14:01
19 May

UN-Habitat-ın icraçı direktoru: Şəhərlər planlaşdırılarkən sənədsiz evlər və gecəqondular nəzərə alınmalıdır  

14:01
19 May

Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb

13:57
19 May

WUF13-də Qlobal Şəhər Məlumatları Koalisiyasının son dövrdə gördüyü işlər açıqlanıb  

13:53
19 May

Prezidentin xüsusi nümayəndəsi: Azərbaycanın memarlıq üslubunu əks etdirən tikililər işğal dövründə dağıdılıb  

13:51
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!